Robert Koçaryan, 14 iyun 2021-ci il

Putinin partiyası Koçaryanı Moskvaya çağırıb

570
(Yenilənib 14:39 11.09.2021)
Səfər çərçivəsində, Koçaryan partiya liderləri ilə görüşəcək. Tərəflər regiondakı vəziyyəti müzakirə edəcəklər.

BAKI, 11 sentyabr - Sputnik. Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryanı Moskvaya dəvət edib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, məlumatı “Tert” qəzeti yayıb.

Rusiyanın hakim partiyası R.Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırıb.

Qəzetin məlumatına görə, səfər çərçivəsində, o, partiya liderləri ilə görüşəcək. Tərəflər regiondakı vəziyyəti müzakirə edəcəklər.

570

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər

5
Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiya Dövlət Dumasına sentyabrın 17-19-da keçirilən seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında və Moskva vilayətində seçki prosesinin gedişini izləyiblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov APA-nın Moskva müxbirinə üç gün ərzində apardıqları müşahidələr haqqında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində fəaliyyət göstərirdi. Bundan başqa, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”.

Azərbaycan millət vəkili Rusiya qanunvericiliyinə tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəyin yalnız səsvermə bitəndən sonra təqdim edilə bilinəcəyini bildirib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərarası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanuna müvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.

Həmçinin oxuyun:

Rusiyada parlament seçkilərinin səsverməsi başa çatıb

5
Teqlər:
Rusiya, seçki, seçkilər
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova

Rusiyada parlament seçkilərinin səsverməsi başa çatıb

10
(Yenilənib 21:56 19.09.2021)
Bütün ölkə üzrə ən çox seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydəalınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

BAKI, 19 sentyabr - Sputnik. Rusiya Federasiyasının səkkizinci çağırış Dövlət Dumasına səsvermə başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.

Onun sözlərinə görə, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb.

Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

Qeyd edək ki, Azərbaycanda yaşayan Rusiya vətəndaşları səkkizinci çağırış Dövlət Dumasına seçkilərdə iştirak ediblər. Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına keçirilən seçkilərin üçüncü günü - bazar günü Səfirlikdə təşkil olunmuş seçki məntəqəsində səs veriblər. Sentyabrın 11-də isə Gəncə şəhərində Rusiya vətəndaşlarının əvvəlcədən səsverməsi təşkil olunub.

Həmçinin oxuyun:

Seçkilərdə əvvəldən səs vermiş vətəndaşların sayı 38 min nəfərdir – Rusiya XİN

10
Teqlər:
seçki, Rusiya, Duma
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

0
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

0
Teqlər:
Belarus, ixrac, idxal