Rusiya Prezidenti Vladimir Putin

Putin general-polkovnik Çupriyanı müvəqqəti olaraq fövqəladə hallar naziri təyin edib

19
(Yenilənib 23:11 10.09.2021)
Ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

BAKI, 10 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin FHN general-polkovniki Aleksandr Çupriyanı müvəqqəti olaraq fövqəladə hallar naziri təyin edib. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq sərəncam ölkənin hüquqi informasiya portalında dərc olunub.

Qeyd edək ki, ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

"Rusiya FHN kədərlə xəbər verir ki, Yevgeni Ziniçev Arktika zonasının fövqəladə hallar vaxtı müdafiəsinə həsr olunmuş təlimlər zamanı xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub", - deyə FHN-in məlumatında deyilir.

Yevgeni Ziniçev 1966-cı il avqustun 18-də Leninqradda anadan olub. Sankt-Peterburq Biznes və Hüquq İnstitutunun İqtisadiyyat və Maliyyə fakültələrini bitirib. 2013-cü ildə Baş Qərargahın Hərbi Akademiyasında peşəkar hazırlıq keçib.

1984-86-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Şimal Donanmasında müddətli xidmət keçib. 1987-2015-ci illərdə dövlət təhlükəsizlik orqanlarında işləyib.

15 yanvar 2020-ci ildən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə naziri vəzifəsini icra edib.

21 yanvar 2020-ci ildə Yevgeni Ziniçev yenidən Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin edilib.

Həmçinin oxuyun:

Azərbaycanın Baş naziri rusiyalı həmkarına başsağlığı verib

19
Teqlər:
FHN
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Sutka ərzində Rusiyada 822 nəfər koronavirusun qurbanı olub

6
(Yenilənib 14:20 25.09.2021)
Koronavirusun yayılmasının qarşısının alınması üzrə operativ qərargahdan verilən məlumata görə, indiyə qədər ölkədə 203 095 nəfər bu xəstəlikdən ölüb.

BAKI, 25 sentyabr - Sputnik. Son sutka ərzində Rusiyada 822 nəfər COVID-19 xəstəsi dünyasını dəyişib. RİA Novosti-nin xəbərinə görə, bu barədə koronavirusun yayılmasının qarşısının alınması üzrə operativ qərargahdan məlumat verilib.

"Son sutka ərzində 822 nəfərin ölümü təsdiq olunub", - deyə məlumatda deyilir.

Pandemiyanın başlanmasından indiyə qədər ölkədə 203 095 nəfər bu xəstəlikdən ölüb.

Həmçinin oxuyun:

Azərbaycanda COVID-19: yoluxanların və ölənlərin sayı qismən azalıb

6
Teqlər:
COVID-19, Koronavirus, Rusiya
ABŞ bayrağı

Mütəxəssis yeni anti-Rusiya sanksiyalarının ABŞ-a qarşı necə oynayacağını izah edib

9
(Yenilənib 22:25 24.09.2021)
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan müdafiə büdcəsini qəbul edib.

BAKI, 24 sentyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan müdafiə büdcəsini qəbul edib.

Konqresmenlər Rusiya və onun 35 vətəndaşının, yəni məmurların, iş adamlarının və jurnalistlərin suveren borcları, xüsusən də, "Şimal axını-2" qaz kəməri ilə əlaqədar olaraq yeni məhdudiyyətlərin genişləndirilməsinin düzəlişi ilə bağlı razılığa gəliblər.

Sənəd hələ senatda müzakirə edilməməli və prezident Co Baydenin imzasını almalıdır.

Siyasi Ekspertlər və Məsləhətçilər Assosiasiyasının üzvü, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Siyasi nəzəriyyə kafedrasının dosenti Kirill Koktış Sputnik radiosunun efirində yeni sanksiyaların ABŞ-ın Rusiyadan daha çox özünə zərər verə biləcəyi ilə bağlı fikirlərini bildirib. Bu, xüsusilə Rusiya Federasiyasının suveren borcuna qoyulan məhdudiyyətlərə aiddir.

"Əlbəttə ki, məhdudiyyətlər çox fərqli ola bilər, o cümlədən "SWIFT" banklararası ödəniş sistemindən uzaqlaşdırıla bilər. Bu ticarət əməliyyatlarının ciddi şəkildə çətinləşməsinə gətirib çıxara bilər. SWIFT deyir ki, heç kim Rusiyanı söndürmək niyyətində deyil, bunlar boş təhdidlərdir. Əlbəttə ki, bu məntiqlidir. Şirkətin müştəri itkisinə ehtiyac yoxdur, çünki bu imicə pis təsir göstərir. Üstəlik, İranı söndürmək üçün çox neqativ təcrübə var. Bundan əlavə, bu cür sanksiyalar hesablaşmaların kriptovalyutalara keçidini sürətləndirəcək. Bu sanksiyalar ABŞ-a əks təsir göstərəcək və hazırda dollardan tikilən iqtisadi məkanı dağıdacaq. ABŞ-ın səyləri ilə bu, çox tez baş verə bilər", - Kirill Koktış hesab edir.

9

Dövlət başçısı Türkmənistan prezidentinə təbrik ünvanlayıb

0
İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanır.

BAKI, 25 sentyabr - Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədova bu ölkənin müstəqillik günü ilə əlaqədar təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əlamətdar ildönümü – qardaş Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, müstəqillik illəri ərzində ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənmiş, qarşılıqlı faydalı əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və yeni məzmun kəsb etmişdir.

İnanıram ki, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, zəngin potensiala malik ikitərəfli və çoxtərəfli əməkdaşlığımız bundan sonra da dinamik və ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim rifah və firavanlıq arzulayıram".

0
Teqlər:
Qurbanqulu Berdımühəmmədov, İlham Əliyev