Rusiya XİN: ölkəmizin daxili işlərinə müdaxilə qəti şəkildə yolverilməzdir

29
Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib ki, Qərb Moskva ilə münasibətlərin indiyə qədər olmamış səviyyədə korlanmasına əl atıb.

BAKI, 10 sentyabr — Sputnik. ABŞ səfiri ilə görüşdə Moskvanın ABŞ "rəqəmsal nəhəngləri" tərəfindən Dövlət Dumasına seçkilərə hazırlıq və onların keçirilməsi ilə bağlı Rusiya qanunvericiliyinin pozulmasına dair təkzibedilməz sübutları olduğu qeyd olunub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə XİN-in bəyanatında deyilir.

"Bununla əlaqədar olaraq ölkəmizin daxili işlərinə müdaxilənin qəti şəkildə yolverilməz olduğu bildirilib", - deyə bəyanatda bildirilib və o da əlavə olunub ki, görüşdə "ikitərəfli münasibətlərə dair digər məsələlər də müzakirə olunub".

Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib ki, Qərb Moskva ilə münasibətlərin indiyə qədər olmamış səviyyədə korlanmasına əl atıb.

Lavrov həmçinin deyib ki, hazırda Rusiya Qərbdəki tərəfdaşların etibarlı olmasına əmin ola bilməz. 

Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomat jurnalistlərin suallarına cavab verməyib. Ümumilikdə səfir XİN-də təqribən 20 dəqiqə vaxt keçirib.

ABŞ səfirliyinin mətbuat katibi Ceysox Rebholts bildirib ki, Sallivan XİN rəhbərinin müavini Sergey Ryabkovla görüşüb. Görüşün məqsədi Baydenin Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmaq səylərinin müzakirəsi olub.

Diplomatik mənbədən agentliyə məlum olub ki, səfirin XİN-ə dəvət olunmasına ABŞ-ın Rusiyadakı seçkilərə müdaxiləsi olub.

Xatırladaq ki, prezidentlər Vladimir Putin və Co Bayden iyunun 16-da Cenevrədə keçirilmiş görüşdə iki ölkə arasında münasibətlərin korlanması üzündən geri çağırılmış səfirlərin qarşılıqlı surətdə paytaxtlara qaytarılması barədə razılığa gəliblər. Rusiyanın nümayəndəsi Anatoli Antonov mart ayında Moskvaya geri çağırılıb, lakin iyul ayında yenidən Birləşmiş Ştatlara qayıdıb.

 

29
Teqlər:
səfir

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

54
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

54
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Vladimir Putin, arxiv şəkli

Putin Dövlət Dumasının qarşısında duran vəzifələri ifadə edib

203
(Yenilənib 18:48 25.09.2021)
Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

BAKI, 25 sentyabr - Sputnik. Rusiyanın prezidenti Vladimir Putin yeni çağırış Dövlət Duması deputatlarının qarşısında duran vəzifələri dilə gətirib.

Dumanın qarşısında duran vəzifələr arasında aşağıdakılar da qeyd olunub:


yoxsulluq səviyyəsinin minimuma endirilməsi

gəlir səviyyəsi aşağı olan ailələrdə uşaqların həyat, inkişaf şəraitinin və qidalanmasının yaxşılaşdırılması

müasir təhsil və səhiyyənin alçatan olması

iqtisadiyyatın strukturunda yüksək texnologiyalara əsaslanan sahələrin artırılması.

Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Rusiya pralamentinin aşağı palatası beş partiyanın nümayəndələrindən formalaşıb: "Yedinaya Rossiya", RFKP, "Spravedlivaya Rossiya", RLDP və "Novıye lyudi".

Həmçinin oxuyun:

Azərbaycanın dövlət başçısı Rusiya prezidentini təbrik edib

203
Teqlər:
Putin, Duma