Vladimir Putin, arxiv şəkli

Putin: Qlobal təhlükəsizlik ciddi sınaq qarşısındadır

17
(Yenilənib 21:11 09.09.2021)
Hazırda dünyada vəziyyətin çox təlatümlü olduğunu bildirən Rusiya prezidentinin sözlərinə görə, köhnə regional münaqişələr nəinki başa çatıb, hətta daha şiddətlə yenidən alovlanıb

BAKI, 9 sentyabr — Sputnik. Qlobal təhlükəsizlik ciddi sınaq qarşısında qalıb, köhnə münaqişələr yenidən alovlanır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin səsləndirib.

"Strateji sabitlik sistemi nəzərəçarpacaq dərəcədə deqradasiyaya uğrayıb. Köhnə regional münaqişələr nəinki başa çatıb, hətta daha da şiddətlə yenidən alovlanıb", – deyə Putin videokonfrans formatında keçirilən BRICS (Brazilya, Hindistan, Çin, Cənubi Afrika) sammitində çıxış edərkən bildirib.

Rusiya Prezidenti qeyd edib ki, hazırda dünyada vəziyyət çox təlatümlüdür.

"Dünyada vəziyyətin kifayət qədər təlatümlü olduğu nəzərə alınarsa, BRICS ölkələrinin sıx əməkdaşlığına böyük ehtiyac var", – deyə o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 9-da BRICS ölkələrinin 13-cü sammiti Hindistanın sədrliyi ilə öz işinə başlayıb. Hindistan qurumda sədrliyi müddətində "BRICS-in 15 ili: davamlılıq, konsolidasiya və fikir birliyi naminə BRICS daxili əməkdaşlıq" mövzusunu əsas götürüb.

17
Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli

Rusiyada Aİ-95 benzininin birja qiyməti rekord vurdu

134
(Yenilənib 17:13 23.09.2021)
Rosstat-ın məlumatlarına görə, ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir.

BAKI, 23 sentyabr - Sputnik. Sankt-Peterburq əmtəə xammal birjasında iki gün ərzində Ai-95 markalı benzinin qiyməti Rusiyada növbəti rekordu vurub. RİA Novosti-nin məlumatına görə, birjadakı sövdələşmələrdə bu markalı benzinin qiyməti bir ton üçün 60,38 min rubl (1550 manat) həddini keçib.

Eyni zamanda, Rosstat-ın məlumatlarına görə, Ai-95-in ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir. Belə ki, hazırda bu markalı benzinin orta qiyməti sentyabr ayı ərzində təqribən 0,24 rubl (təqribən 0,06 manat) azalıb.

Rusiyanın Energetika Nazirliyi birjada qiymət artımını ölkədə bir neçə neftayırma zavodlarında təmir işlərinin getməsi, habelə bazarın yay yanacaq növlərindən qış növlərinə keçidi ilə əlaqələndirib.

Nazirlikdən həmçinin bildirilib ki, birja hərraclarında benzin qıtlığı ola bilməz.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Həmçinin oxuyun:

SOCAR benzinin bahalaşmasına münasibət bildirib

134
Rusiya XİN rəhbəri Sergey Lavrov

Lavrovun zarafatı NATO-nun baş katibini güldürdü

306
(Yenilənib 15:25 23.09.2021)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Yens Stoltenberqlə görüş zamanı onları həvəslə çəkən jurnalistlərə "Uşaqlar, şansınızı zorlamayın, Rusiya NATO-ya qoşulmayacaq", - deyib.

BAKI, 23 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO baş katibi Yens Stoltenberqlə görüşdə Rusiyanın Alyansla münasibətlərdəki gərginliyi azaltmaq təkliflərinə diqqət çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Lavrov görüşdən əvvəl protokola uyğun foto çəkilişi zamanı jurnalistlərlə zarafat etməyi də unutmayıb:

"Uşaqlar, şansınızı zorlamayın, Rusiya NATO-ya qoşulmağa hazırlaşmır".

Lavrovun bu sözləri görüş iştirakçılarının, eləcə də NATO-nun baş katibi Stoltenberqin gülüşünə səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya ilə NATO arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.

"Rusiya tərəfindən təmas xətti boyunca gərginliyin azaldılmasına sərt şəkildə yenidən diqqət çəkildi", - deyə Rusiya XİN-in teleqram saytında qeyd olunub.

Qeyd edək ki, hazırda Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası davam edir.

Baş Assambleyanın bu ilki iclası "COVID-19 pandemiyasının keçid dövrü", "Davamlılığın bərpası", "Planetin ehtiyaclarına cavab vermək", "İnsan hüquqlarına hörmət" və "BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq" kimi mövzulara həsr edilib.

306
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

0
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?