Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN "Əl-Qaidə"ni dünya üçün təhlükə adlandırıb

18
(Yenilənib 16:48 09.09.2021)
Bir müddət dünyanın müxtəlif yerlərindən olan cihadçıların cazibə nöqtəsinə çevrilən İŞİD-in* Yaxın Şərqdə ortaya çıxması ilə yaranan xarici terrorçu yaraqlıların problemi indiki şəraitdə xüsusilə aktual görünür.

BAKI, 9 sentyabr — Sputnik. Rusiya tərəfi "Əl-Qaidə"nin* kifayət qədər döyüş, maliyyə və texniki potensiala malik olduğuna görə onu dünya üçün təhlükəli hesab edir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində bildirib.

"Bir müddət dünyanın müxtəlif yerlərindən olan cihadçıların cazibə nöqtəsinə çevrilən İŞİD-in* Yaxın Şərqdə ortaya çıxması ilə yaranan xarici terrorçu yaraqlıların problemi indiki şəraitdə xüsusilə aktual görünür", - deyə Sıromolotov bildirib.

"Hərbi məğlubiyyət nəticəsində (Rusiyanın birbaşa iştirakı ilə) İŞİD* öz ölkələrinə və ya üçüncü ölkələrə qaçan, tərkibi keçmiş terrorçu yaraqlılardan ibarət olan geniş bir yeraltı şəbəkəyə çevrilib", - deyə o, qeyd edib.

"Kifayət qədər döyüş, maliyyə və texniki potensiala malik olan "Əl-Qaidə"* dünya üçün heç də az təhlükəli deyil. Ancaq lazımi işlər aparılır və əminəm ki, birgə səylərlə sadalanan bütün problemlər səmərəli şəkildə həll olunacaq", – deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavininin RİA Novosti ilə tam müsahibəsini Moskva vaxtı ilə saat 11:00-da www.ria.ru saytında oxuya bilərsiniz.

* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

18
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi

305
(Yenilənib 16:00 24.09.2021)
Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası cümə günü, sentyabrın 24-də keçirdiyi iclasda Dövlət Dumasına seçkilərin baş tutmuş və etibarlı olması barədə protokol qəbul edib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini, mandatların yekun bölgüsünü açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Protokolun 100 faizlik emalından sonra federal dairə üzrə Rusiya Dövlət Dumasına beş partiyadan namizədlər seçilib: Vahid Rusiya Partiyası 324 mandat, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) - 57, Ədalətli Rusiya - həqiqət uğrunda - 27, Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) 21, Yeni insanlar Partiyası -13 mandat qazanıb.

Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına və 9 subyektin icra orqanlarına seçkilər 17-19 sentyabrda keçirilib. Seçkilərdə seçici fəallığı 51,72 faiz olub.

Moskvada və altı subyektdə - Kursk, Nijeqorod, Yaroslav, Murmansk, Rostov və Sevastopolda distansion elektron səsvermə təşkil olunub.

Eləcə də oxuyun:

305
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, iclas, protokol
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

İlham Əliyev Putin barədə: "Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür"

198
Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona" jurnalına eksklüziv müsahibəsində həm rusiyalı həmkarı ilə bağlı fikirlərini açıqlayıb, həm də Rusiya xalqına mesaj göndərib.

BAKI, 24 sentyabr — Sputnik. Münasibətlərimizin inkişafına bu cür ton və istiqamət verən Prezident Putin ilə bizik. Son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik. Doğrudur, biz yüksək səviyyəyə çatmışıq, lakin bununla belə, bu gün münasibətlərimizi həm keyfiyyətinə, həm formasına, həm də müxtəlifliyinə görə daha yüksək səviyyəyə çatdırmaq üçün fəal iş gedir. Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona" jurnalına eksklüziv müsahibəsində bildirib.

"Fürsətdən istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu ölkənin reallıqlarını, bizim dövlətlərarası münasibətlərin mahiyyətini və xarakterini daha düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa, qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır və mən həm müharibə dövründə, həm də müharibədən sonra Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və indiyə qədər alıram. Bunlar dəstək məktubları, təbriklərdir, müəyyən səbəblər üzündən Rusiyaya köçüb getmiş bəzi keçmiş bakılılar da yazır, burada heç vaxt olmayanlar da. Onlar müharibə dövründə bizim ölkəmizə daha müsbət münasibət bəsləməyə başlayıblar", - deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev Azərbaycan – Rusiya ikitərəfli münasibətlərin inkişafı məsələsindən də danışıb: "İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu. Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik.

Qonşular arasında münasibətlər heç də həmişə bizim aramızdakı münasibətlər kimi olmur. Əlbəttə, təvazökarlıqdan uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə, iki ölkənin prezidentlərinin, onların komandalarının bütün başqa üzvlərinin və ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim: pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən 1 milyon rusiyalı gəlib. Qısa müddətdə praktiki olaraq iki dəfə artmış bu göstərici komfortluq göstəricisidir. Ona görə ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri yerlərə gedirlər. Bir də ki, Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir".

Prezident qeyd edib ki, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub: "Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir.

Siz də qeyd etdiniz ki, burada böyük rus icması var. Onlar ölkəmizin layiqli vətəndaşlarıdır, onlar ikitərəfli əlaqələrin möhkəmlənməsi işində çox böyük rol oynayırlar. Bizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb, dövlətə məxsus ali təhsil müəssisələrində tədrisin rus dilində olduğu fakültələr var, on minlərlə tələbə və məktəbli rus dilində təhsil alır. Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm. Sizin auditoriyanın imkanlarından istifadə edərək rusiyalıları Azərbaycana, Qarabağa, bu gözəl mənzərəli yerlərə gəlməyə, - bizdə pandemiya artıq azalıb, - Azərbaycanı daha yaxşı tanımağa və dostluğumuzu möhkəmləndirməyə dəvət etmək istərdim. Bir də, əlbəttə, rusiyalılara bütün işlərində uğurlar diləyirəm".

Eləcə də oxuyun:

198
Teqlər:
Prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, müsahibə, münasibət, məqsəd

Səfir İranın təlimləri, Ermənistana daşınan yüklər Seyid Həsən Amilinin təhdidi barədə

0
(Yenilənib 21:37 24.09.2021)
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatların çox yayılmasına təəssüf edir.

BAKI, 24 sentyabr - Sputnik. İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu günlərdə Culfa-Aslanduz arasında, Azərbaycanla sərhəd boyunca hərbi təlimlərinin keçirilmə səbəbini izah edərkən deyib. 

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib və bu, planlı təlim olub:

"Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz".

Musəvi Ərdəbil məscidinin imamı Seyid Həsən Amilinin Azərbaycanı təhdid edən moizəsi barədə deyib ki, "dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".

İran səfiri ölkənin "altılıq" (Azərbaycan-Türkiyə-İran-Rusiya-Gürcüstan-Ermənistan) formatına dəstək verdiyini də bildirib. Qeyd edib ki, "bu, bütün region ölkələrinin xeyrinədir". 

"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm", - səfir deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb:

"Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar.

Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".

Həmçinin oxuyun:

* Allahşükür Paşazadə: "Ərdəbil kimi qədim, zəngin tarixə malik Azərbaycan şəhəri..."

* Gorus-Qafan yolu yenidən gündəmdə: İran səfiri Bakıda daha bir rəsmi ilə görüşdü

* Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?

0