Rusiya Baş naziri Mixail Mishustin və Azərbaycanın Baş naziri Əli Əsədov (solda) görüş zamanı, 20 may 2021

Azərbaycanın Baş naziri rusiyalı həmkarına başsağlığı verib

21
(Yenilənib 11:53 09.09.2021)
Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Yevgeni Ziniçev xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

"Rusiya FHN kədərlə xəbər verir ki, Yevgeni Ziniçev Arktika zonasının fövqəladə hallar vaxtı müdafiəsinə həsr olunmuş təlimlər zamanı xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub", - deyə FHN-in məlumatında deyilir.

Yevgeni Ziniçev 1966-cı il avqustun 18-də Leninqradda anadan olub. Sankt-Peterburq Biznes və Hüquq İnstitutunun İqtisadiyyat və Maliyyə fakültələrini bitirib. 2013-cü ildə Baş Qərargahın Hərbi Akademiyasında peşəkar hazırlıq keçib.

1984-86-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Şimal Donanmasında müddətli xidmət keçib. 1987-2015-ci illərdə dövlət təhlükəsizlik orqanlarında işləyib.

15 yanvar 2020-ci ildən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə naziri vəzifəsini icra edib.

21 yanvar 2020-ci ildə Yevgeni Ziniçev yenidən Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin edilib.

Həmçinin oxuyun:

Rusiya FHN rəhbəri Ziniçev həlak olub

21

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

11
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

11
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Vladimir Putin, arxiv şəkli

Putin Dövlət Dumasının qarşısında duran vəzifələri ifadə edib

180
(Yenilənib 18:48 25.09.2021)
Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

BAKI, 25 sentyabr - Sputnik. Rusiyanın prezidenti Vladimir Putin yeni çağırış Dövlət Duması deputatlarının qarşısında duran vəzifələri dilə gətirib.

Dumanın qarşısında duran vəzifələr arasında aşağıdakılar da qeyd olunub:


yoxsulluq səviyyəsinin minimuma endirilməsi

gəlir səviyyəsi aşağı olan ailələrdə uşaqların həyat, inkişaf şəraitinin və qidalanmasının yaxşılaşdırılması

müasir təhsil və səhiyyənin alçatan olması

iqtisadiyyatın strukturunda yüksək texnologiyalara əsaslanan sahələrin artırılması.

Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Rusiya pralamentinin aşağı palatası beş partiyanın nümayəndələrindən formalaşıb: "Yedinaya Rossiya", RFKP, "Spravedlivaya Rossiya", RLDP və "Novıye lyudi".

Həmçinin oxuyun:

Azərbaycanın dövlət başçısı Rusiya prezidentini təbrik edib

180
Teqlər:
Putin, Duma