Rusiyada partlayıcı maddə reseptlərini yayan saytların bloklanması üçün qanun hazırlanıb

900
(Yenilənib 20:18 06.09.2021)
Saytların bliklanması üçün məqalələrin dəyərləndirilməsi meyarları idarələrarası əmr çərçivəsində müəyyən olunacaq, layihənin icrası isə federal və regional büdcələrdən əlavə vəsaitin xərclənməsini tələb etməyəcək.

BAKI, 6 sentyabr — Sputnik. Rusiyada partlayıcı maddələrin "resept"lərini və silah hazırlanması üsullarını yayan saytların hüquq mühafizə orqanları tərəfindən bloklanmasına icazə verən qanun layihəsi hazırlanıb. Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir ki, müvafiq sənədin mətni federal normativ aktlar portalında dərc olunub.

"Qətnamə layihəsində DİN, FTX, Milli Qvardiya və Federal rabitə sahəsində nəzarət xidmətinə müvafiq informasiya növlərinin "Rusiyada yayılması qadağan olunan məlumatların yerləşdirildiyi İnternet səhifələrinin Vahid reyestrinə" daxil edilməsi səlahiyyətinin verilməsini nəzərdə tutur", - deyə qanun layihəsində izahatda deyilir.

Qeyd olunur ki, "müvafiq informasiya növləri" dedikdə partlayıcı maddələrin hazırlanması, habelə silahların qanunsuz hazırlanması və xüsusiyyətlərinin dəyişdirilməsi üsulları barədə İnternetdə yerləşdirilən məlumatlar nəzərdə tutulur.

İzahat mtənində həmçinin bildirilir ki, saytların bloklanması üçün məqalələrin dəyərləndirilməsi meyarları idarələrarası əmr çərçivəsində müəyyən olunacaq, layihənin icrası isə federal və regional büdcələrdən əlavə vəsaitin xərclənməsini tələb etməyəcək.

Həmçinin oxuyun:

Rusiyada böyük əməliyyat, 30-dan çox terrorçu saxlanıldı

900
Teqlər:
DİN, sayt, qadağan
Moskvada Cümə məscidində Ramazan bayram namazının qılınması, arxiv şəkli

Moskvada məscid çatışmır

4
(Yenilənib 01:27 17.09.2021)
Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir.

BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov deyib.

"Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl  də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.

"Onlar gah yağışın, gah qarın altında səkidə dua etməli olurlar. Məsələ bunda deyil ki, RPK-nın proqramına uyğun proqramımız olsun, söhbət küçələrdə insan sıxlığını azaltmaq məqsədilə bir, yaxud iki məscidin tikilməsindən gedir", - müfti deyib.

O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür. 

Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil.

"Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.

4
Teqlər:
məscid, Moskva, çatışmazlıq
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli

Moskva Bakı Yerevandan cavab gözləyir

750
(Yenilənib 19:14 16.09.2021)
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, onlar Ermənistanla Azərbaycan arasında sərhədin ayrı-ayrı hissələrindəki vəziyyəti diqqətlə izləyirlər.

BAKI, 16 sentyabr - Sputnik. Moskva Bakı və Yerevandan delimitasiya məsələləri barədə təklifə cavab gözləyir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı deyib. 

"Biz Ermənistanla Azərbaycan arasında sərhədin ayrı-ayrı hissələrindəki vəziyyəti diqqətlə izləyirik. Situasiyanın inkişafı... növbəti dəfə təsdiq edir ki, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca delimitasiya və sonrakı demarkasiya prosesinin işə salınmasının sürətləndirilməsinə ehtiyac var", - o əlavə edib. 

O xatırladıb ki, bu məsələyə dair Rusiyanın təklifləri həm Bakıya, həm Yerevana çatdırılıb. 

"Sonrakı istiqaməti müəyyənləşdirmək üçün tezliklə cavab veriləcəyini gözləyirik", - Zaxarova qeyd edib. 

Rusiya həmçinin Azərbaycanın Türkiyə ilə birlikdə Xəzərdə keçirdiyi təlimlərə dair mövqeyini Bakının diqqətinə çatdırıb. 

Sputnik Azərbaycan bildirir ki, bunu bəyan edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təfərrüatlara varmayıb. 

"Bu barədə Rusiyanın mövqeyi rəsmi Bakının diqqətinə çatdırılıb. Azərbaycanlı həmkarlarımızın həmin mövqeni anlayışla qarşılamalarını nəzərə alaraq hesab edirəm ki, ictimai şərhlərdən qaçınmaq mümkündür", - Zaxarova brifinqdə deyib.

Sentyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, Xəzərin Azərbaycan sektorunda Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.
Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər. 

Eləcə də oxuyun:

750
Teqlər:
Ermənistan, Rusiya, Azərbaycan, sərhəd
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

0
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun:

0