barmaq izi

Rusiyada əcnəbilərə onların barmaq izlərinin əksi olan çipli kart veriləcək

21
(Yenilənib 22:26 04.09.2021)
Kartların 85,6x53,98 mm ölçüdə v ikitərəfli olması nəzərdə tutulur. Kartın ön tərəfində 3x4 ölçüdə şəkil, əcnəbi şəxsin soyadı, adı və atasının adı, cinsi və təvəllüdü qeyd olunacaq.

BAKI, 4 sentyabr — Sputnik. Rusiyanın Daxili İşlər Nazirliyində əmək miqrantlarını və ölkəyə 90 gündən artıq müddətə gəlmiş şəxsləri onların şəxsi məlumatları, fotoşəkli və barmaq izlərinin əks olunduğu çipli plastik kart almağa məcbur edəcək əmr layihəsi hazırlanıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sənəd cari ilin dekabrın 29-da qüvvəyə minəcək.

Sənədə həmçinin həmin plastik kartların təsviri də əlavə olunub. Kartların 85,6x53,98 mm ölçüdə v ikitərəfli olması nəzərdə tutulur. Kartın ön tərəfində 3x4 ölçüdə şəkil, əcnəbi şəxsin soyadı, adı və atasının adı, cinsi və təvəllüdü qeyd olunacaq.

Arxa tərəfdə isə kart sahibinin vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatlar, habelə şəxsi məlumatların olduğu çip yerləşdiriləcək.

Sənəddə həmçinin əlin iki barmağının papilyar xətlərinin təsviri də olacaq.

Lakin bu cür şipli kartlar yalnız texniki imkanlar daxilində veriləcək. Qalan bütün hallarda əcnəbilərə çipsiz kartlar veriləcək.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 29-dan etibarən Rusiyaya gələn bütün miqrantlar və 90 gündən artıq müddətə gəlmiş əcnəbilər hökmən daktiloskopiyadan keçiriləcəklər.

Həmçinin oxuyun:

Miqrantlar üçün xüsusi şərtlər: Moskvada əcnəbilərin peyvəndi necə aparılır?

21
Teqlər:
Rusiya, daktiloskopik
Sergey Lavrov

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

376
(Yenilənib 22:53 25.09.2021)
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

376
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Vladimir Putin, arxiv şəkli

Putin Dövlət Dumasının qarşısında duran vəzifələri ifadə edib

365
(Yenilənib 18:48 25.09.2021)
Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

BAKI, 25 sentyabr - Sputnik. Rusiyanın prezidenti Vladimir Putin yeni çağırış Dövlət Duması deputatlarının qarşısında duran vəzifələri dilə gətirib.

Dumanın qarşısında duran vəzifələr arasında aşağıdakılar da qeyd olunub:


yoxsulluq səviyyəsinin minimuma endirilməsi

gəlir səviyyəsi aşağı olan ailələrdə uşaqların həyat, inkişaf şəraitinin və qidalanmasının yaxşılaşdırılması

müasir təhsil və səhiyyənin alçatan olması

iqtisadiyyatın strukturunda yüksək texnologiyalara əsaslanan sahələrin artırılması.

Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Rusiya pralamentinin aşağı palatası beş partiyanın nümayəndələrindən formalaşıb: "Yedinaya Rossiya", RFKP, "Spravedlivaya Rossiya", RLDP və "Novıye lyudi".

Həmçinin oxuyun:

Azərbaycanın dövlət başçısı Rusiya prezidentini təbrik edib

365
Teqlər:
Putin, Duma
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES