Rusiya prezidenti Vladimir Putin, 13 iyul 2021-ci il

Putin Rusiya-Yaponiya əlaqələrinin normallaşdırılmasını istəyir

447
(Yenilənib 13:51 03.09.2021)
Rusiya prezidenti deyib ki, onlar heç vaxt sülh müqaviləsi ilə bağlı dialoqdan imtina etməyiblər, sabiq baş nazirlə bu işi 50-ci illərin məlum sənədləri əsasında qurmağa hazır olduqlarını təsdiqləyiblər.

BAKI, 3 sentyabr — Sputnik. Rusiya və Yaponiya əlaqələrin tam şəkildə normallaşmasında maraqlıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin bildirib.

"Həm Rusiya, həm də Yaponiya münasibətlərimizin tam normallaşmasında maraqlıdır, əməkdaşlığı inkişaf etdirməkdə qarşılıqlı strateji marağımızı nəzərdə tuturam. Biz həmişə beynəlxalq sənədlərdə əks olunan İkinci Dünya müharibəsinin nəticələrinə hörmət edilməsinin zəruriliyindən danışmışıq. Biz heç vaxt sülh müqaviləsi ilə bağlı dialoqdan imtina etməmişik, sabiq baş nazirlə bu işi 50-ci illərin məlum sənədləri əsasında qurmağa hazır olduğumuzu təsdiqləmişik. Yapon tərəfdaşlarımız mövqelərini daim dəyişirdilər", - deyə Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Şərq İqtisadi Forumu 2-4 sentyabr tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir.

Həmçinin oxuyun:

* Putin mobil telefondan istifadə etmədiyini bildirib

447
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

8
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

8
Teqlər:
'exit-poll', Rusiya

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər

5
Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiya Dövlət Dumasına sentyabrın 17-19-da keçirilən seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında və Moskva vilayətində seçki prosesinin gedişini izləyiblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov APA-nın Moskva müxbirinə üç gün ərzində apardıqları müşahidələr haqqında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində fəaliyyət göstərirdi. Bundan başqa, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”.

Azərbaycan millət vəkili Rusiya qanunvericiliyinə tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəyin yalnız səsvermə bitəndən sonra təqdim edilə bilinəcəyini bildirib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərarası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanuna müvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.

Həmçinin oxuyun:

Rusiyada parlament seçkilərinin səsverməsi başa çatıb

5
Teqlər:
Rusiya, seçki, seçkilər