Lavrov: "Baydenin bəyanatı pozitivdir"

22
(Yenilənib 15:21 01.09.2021)
Lavrov deyib ki, bu cür bəyanatları dəstəkləyirik, qərbli həmkarları son onilliklərdə başladıqları avantüralardan dərs çıxarmağa çoxdan səsləyirdik.

BAKI, 1 sentyabr — Sputnik. ABŞ Prezidenti Co Baydenin digər ölkələrin işlərinə qarışmağı "dayandırmaq" barədə bəyanatı pozitivdir, Moskva bu cür yanaşmanı alqışlayır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Həm ABŞ Prezidenti Bayden, həm də Fransa Prezidenti (Emmanuel - red.) Makronun qeyd etdiyi çox maraqlı bir məqamdır: hər ikisi, demək olar ki, bir və ya iki günlük fərqlə bəyan etdilər ki, Qərb tipli demokratiyanı tətbiq etmək üçün digər ölkələrin daxili işlərinə müdaxilə etməyi dayandırmalıyıq. Biz bu cür bəyanatları dəstəkləyirik. Qərbli həmkarlarımızı son onilliklərdə başladıqları avantüralardan dərs çıxarmağa çoxdan səsləyirdik", - deyə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı bildirib.

Lavrov onu da əlavə edib ki, Rusiya və ABŞ arasında kibertəhlükəsizliklə bağlı əməkdaşlıq edilə bilər.

"Rusiya və ABŞ kibertəhlükəsizlik məsələləri ilə bağlı yeni təmaslara hazırlaşır", - deyə o, əlavə edib.

22
Rusiya Prezidenti Vladimir Putin

Putin: Vəziyyət nəinki stabil deyil, hətta ciddi risk daşıyır

1450
(Yenilənib 11:59 16.09.2021)
Rusiya Prezidenti Əfqanıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin səylərini birləşdirməyin vacibliyini vurğulayıb.

BAKI, 16 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsuliyyət zonasında vəziyyət nəinki stabil deyil, hətta region ölkələri üçün ciddi risk daşıyır. RİA Novosti xəbər verir ki, bunu KTMT sammitinə videokonfrans rejimində qatılan Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Artıq qeyd olunduğu kimi, KTMT məsuliyyət zonasında və quruma üzv dövlətlərin xarici sərhədlərində vəziyyət nəinki stabil deyil, hətta bizim ölkələrimiz üçün çox ciddi təhdid yaradır və risk daşıyır", – deyə o bildirib.

Putin Əfqanıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin səylərini birləşdirməyin vacibliyini də vurğulayıb.

Onu da qeyd edək ki, Putin KTMT-nin Düşənbədə keçirilən Zirvə toplantısına qatıla bilmədiyi üçün toplantı iştirakçılarından üzr istəyib.

O, tədbirə videoformatda qoşulub və sammit iştirakçılarına üzrxahlığını çatdırıb.

Dövlət başçısı deyib ki, ünsiyyətdə olduğu insanlar arasında koronavirusa yoluxanlar var:

"Koronavirusa bir-iki nəfər deyil, onlarla insan yoluxub. Ona görə də son anda Düşənbəyə səfərimi təxirə saldım və buna təəssüf edirəm. Bildiyiniz kimi buna səbəb ətrafımdakı insanların koronavirusa yoluxmasıdır".

Qeyd edək ki, sentyabrın 15-də başlayan toplantda Rusiya, Taciksitan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.

Həmçinin oxuyun:

KTMT Əfqanıstana dair qərar verdi

Kabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...

1450

Əfqanıstan, "Şimal Axını-2" seçkiyə müdaxilə: Lavrovun əsas açıqlamaları

1418
(Yenilənib 16:02 15.09.2021)
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Düşənbədə jurnalistlərin suallarını cavablandırıb.

BAKI, 15 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Düşənbədə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Moskva Talibanı* tanımağa tələsmir və Əfqanıstan hökuməti haqqında danışmaq hələ tezdir. Həmçinin, Rusiya diplomatiyasının rəhbəri Əfqanıstandan olan qaçqınlar, NATO ilə qarşılıqlı əlaqə və ABŞ-ın Rusiya Federasiyasındakı seçkilərə müdaxiləsi mövzusuna da toxunub.

Taliblər

Sergey Lavrov bildirib ki, indiyə qədər dünyada heç kim talibləri rəsmən tanımağa tələsmir.

"Taliblər hələ heç bir ölkə tərəfindən tanınmayıblar. Hamı deyir ki, ilk növbədə təhlükəsizlik məsələləri, vətəndaşların hüquqlarına nəzarət və diplomatik missiyaların normal fəaliyyətini təmin etmək mövzusunda mövcud məsələlər üzrə onlarla əlaqə saxlamaq lazımdır. Ancaq onları rəsmən tanımaq üçün heç kim tələsmir", - deyə Lavrov jurnalistlərə bildirib.

Rusiyalı nazir onu da qeyd edib ki, çox az vaxt keçdiyinə görə Əfqanıstanın yeni hökumətini mühakimə etmək hələ tezdir.

Lavrovun fikrincə, bu, Mərkəzi Asiyanın qonşu ölkələri üçün hər hansı bir riskin istisna edilməsi üçün zəruridir.

"Taliblər özləri öz məqsədlərini bildiriblər, o cümlədən onlar terrorizmə qarşı sonrakı mübarizəyə, narkotik ticarəti ilə mübarizəyə sadiq qalacaqlarını bəyan edərək hər kəsi Əfqanıstan ərazisindən qonşu ölkələrə heç bir təhlükənin yaranmaması üçün əllərindən gələni edəcəklərinə əmin ediblər", - deyə nazir qeyd edib.

Lavrovun sözlərinə görə, taliblər qonşu ölkələrdə sabitliyi pozmaq niyyətində olmadıqlarına və Əfqanıstan cəmiyyətinin bütün siyasi, etnik və konfessional spektrini əks etdirən inklüziv bir hökumətin yaranmasını əminliklə bildiriblər.

"Dünyanın əksər ölkələri kimi, biz də bu yanaşmanı alqışladıq və indi bunun necə həyata keçiriləcəyini müşahidə edirik", - deyə XİN rəhbəri əlavə edib.

Moskva miqrasiya böhranına görə məsuliyyət daşımır

Rusiya bunun məsuliyyət yükünü daşımayacağını söyləyib.

Həmçinin rusiyalı nazir Qərbin hərəkətlərinə görə Əfqanıstandakı vəziyyətlə əlaqədar mümkün miqrasiya böhranı mövzusuna da toxunub. O qeyd edib ki, Rusiya buna görə məsuliyyət daşımaq niyyətində deyil.

"Miqrantlar Əfqanıstandan, İraqdan, Qərb həmkarlarımızın həyəcanlandırdığı bütün ölkələrdən gəlirlər, indi isə elə həmin qərbli həmkarlar Belarus tərəfinin hərəkətlərini "hibrid müharibə" adlandıraraq səslərini yüksəldirlər. Əgər Qərb qanunsuz miqrasiyadan bu qədər narahatdırsa, onda Qərbin sakitləşməsinə ehtiyac var. Xatırladım ki, ilk dəfə qanunsuz miqrasiya mövzusu NATO Liviyanı bombaladıqdan sonra ortaya çıxıb və Liviya "qara dəliyə" çevrilib", - deyə Lavrov bildirib.

"Avropa Birliyi bunun özü üçün çox ağır olduğunu başa düşdükdə hər kəsi bu miqrantların taleyinə görə məsuliyyət yükünü bölüşməyə çağırmağa başlayıb. Biz nəinki dəstəkləmədiyimiz, həmçinin qınadığımız bir işə görə məsuliyyət yükünü bölüşmək niyyətində deyilik", - deyə nazir əlavə edib.

NATO

S.Lavrov Rusiyanın NATO ilə qarşılıqlı əlaqəsi mövzusuna da toxunub. Onun sözlərinə görə, NATO hərbi xətt üzrə dialoqa qəti şəkildə qarşı çıxıb.

Nazir vurğulayıb ki, Moskva "yarımisterik tonlarda deyil, peşəkar olaraq" danışmağa hazırdır.

"Ümumiyyətlə, onlar (Şimali Atlantika Alyansı - red.) Ukrayna və Krımdakı hadisələrdən sonra hərbçilər arasında dialoq aparmaqdan qəti şəkildə imtina ediblər. Biz bu cür emosional, yarımisterik tonlarda deyil, peşəkar şəkildə danışmağa hazırıq", - deyə xarici işlər naziri bildirib.

Seçkilərə müdaxilə

Rusiya xarici işlər naziri qeyd edib ki, Moskva Vaşinqtondan ABŞ-ın Rusiyadakı seçkilərə niyə müdaxilə etdiyi sualına cavab verməsini gözləyir.

Sentyabrın 10-da ABŞ-ın Moskvadakı səfiri Con Sallivan idarəyə çağırılıb.

"Ona (səfirə - red.) verilən məlumatlar kifayət qədər ciddi olub. Vəssalam. Amerikalı həmkarlarımızdan bunun niyə baş verdiyinə dair cavab gözləyirik", - deyə o bildirib.

ABŞ-ın Rusiya işlərinə müdaxiləsi faktlarının bir sıra xarici platformaların qadağan edilmiş məzmunu silməkdən imtina etməsi ilə əlaqədar olduğunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika səfirinə konkret hansı faktların təqdim edildiyi sualına cavab verərkən bildirib.

"Mən bu faktlarla bağlı təfərrüata varmayacağam. Faktlar bir sıra Qərb internet platformalarının qadağan olunmuş məzmunu silməkdən imtina etməsi ilə əlaqədardır. Ümumiyyətlə, mən belə deyəcəyəm. Konkret faktlar Amerika səfirinə ötürülüb. O, bu sənədi yoxlayacağına söz verdiyi məlumat kimi qəbul edib. Düzdür, o deyib ki, kiminsə Rusiya qanunvericiliyini pozduğu barədə onlarda heç bir məlumat yoxdur", - deyə nazir jurnalistlərə bildirib.

"Şimal Axını-2"

Sergey Lavrov müsahibədə "Şimal Axını-2"nin gələcək taleyi barədə danışaraq, hücumların layihəyə davam etdiyini söyləyib.

"Şübhə etmirəm ki, bu qaz kəmərinə hücum cəhdləri davam edəcək. Ona qarşı çıxmaqda ən çox canfəşanlıq edən azlıqdır, aqressiv olan bu azlığa ilk növbədə Baltikyanı ölkələr, Polşa və digər AB ölkələri daxildir", - deyə Lavrov jurnalistlərə bildirib.

* Rusiya Federasiyası və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

Eləcə də oxuyun:

1418
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Məktəblərdə yeni dərslik tətbiq olunacaq

0
(Yenilənib 14:38 16.09.2021)
Növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq ki, bu da "Təbiət" dərsliyidir.

BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.

O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".

R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".

Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".

0