Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Moskva üçtərəfli işçi qrupunun işindən razıdır"

27
(Yenilənib 18:25 31.08.2021)
Lavrov deyib ki, Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə işçi qrupunun işinin necə getməsindən razıdırlar.

BAKI, 31 avqust — Sputnik. Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə işçi qrupunun işindən razıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə işçi qrupunun işinin necə getməsindən razıyıq", - deyə Lavrov erməni həmkarı ilə görüşün yekunlarına dair brifinqdə bildirib.

Lavrov bu mexanizmin fəaliyyətinin "nəinki Cənubi Qafqazın iqtisadi bərpasına kömək edəcəyinə, həm də bütün bölgə üçün siyasi həll və rifah üçün daha etibarlı bir zəmin yaradacağına" ümid etdiyini bildirib.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar.

İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun:

* Lavrov Qərbə sərt cavab verdi – "Bizimlə bu dillə danışmaq axmaqlıqdır"

* Lavrov Ermənistanı Qarabağla bağlı imzalanan sənədə əməl etməyə çağırdı

Lavrov erməni həmkarı ilə görüşdü

27
Sergey Lavrov

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

376
(Yenilənib 22:53 25.09.2021)
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

376
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Vladimir Putin, arxiv şəkli

Putin Dövlət Dumasının qarşısında duran vəzifələri ifadə edib

365
(Yenilənib 18:48 25.09.2021)
Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

BAKI, 25 sentyabr - Sputnik. Rusiyanın prezidenti Vladimir Putin yeni çağırış Dövlət Duması deputatlarının qarşısında duran vəzifələri dilə gətirib.

Dumanın qarşısında duran vəzifələr arasında aşağıdakılar da qeyd olunub:


yoxsulluq səviyyəsinin minimuma endirilməsi

gəlir səviyyəsi aşağı olan ailələrdə uşaqların həyat, inkişaf şəraitinin və qidalanmasının yaxşılaşdırılması

müasir təhsil və səhiyyənin alçatan olması

iqtisadiyyatın strukturunda yüksək texnologiyalara əsaslanan sahələrin artırılması.

Dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyaların nümayəndələri ilə görüşdə hamını seçkiqabağı vədləri sözsüz yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Rusiya pralamentinin aşağı palatası beş partiyanın nümayəndələrindən formalaşıb: "Yedinaya Rossiya", RFKP, "Spravedlivaya Rossiya", RLDP və "Novıye lyudi".

Həmçinin oxuyun:

Azərbaycanın dövlət başçısı Rusiya prezidentini təbrik edib

365
Teqlər:
Putin, Duma
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES