Sergey Lavrov

Lavrov Qərbə sərt cavab verdi "Bizimlə bu dillə danışmaq axmaqlıqdır"

1201
(Yenilənib 16:42 30.08.2021)
Rusiya XİN başçısı deyib ki, onlarla bu cür danışmaq olmaz. Prinsipcə, bu cür heç kimlə danışmaq olmaz.

BAKI, 30 avqust — Sputnik. Qərb Rusiya ilə Moskvadan "davranışını dəyişdirməsini" tələb etmək mövqeyindən danışa bilməz. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu ölkələrin, strukturların nümayəndələri (Qərb və NATO – red.) bizə bildirirlər: Bəli, biz Rusiya ilə əlaqələri normallaşdırmağa hazırıq, lakin əvvəlcə Rusiya öz davranışını dəyişməli və bunu, onu etməlidir. Bizimlə bu cür danışmaq olmaz. Prinsipcə, bu cür heç kimlə danışmaq olmaz. <...> Rusiya Federasiyası ilə bu cür dillə danışmaq sadəcə axmaqlıqdır", - deyə Lavrov bildirib.

O, həmçinin qeyd edib ki, Moskvanın xoş niyyəti hər kəsə məlumdur: "Bərabər şərtlərlə danışmaq istəyirsinizsə - istənilən vaxt xoş gəlmisiniz, qapılarımız açıqdır".

Lavrov bildirib ki, son 20 ildə Rusiya öz ləyaqətini bərpa edib və bu, heç də hamının xoşuna gəlmir: "Bizim Qərbdən olan həmkarlarımız hərəkətimizi tormozlamaq istəyir, birtərəfli qanunsuz sanksiyaları elan etmək üçün istənilən səbəb axtarırlar".

Həmçinin oxuyun:

Lavrov: Cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir

Həyatı heç kimə öyrətməyə ehtiyac yoxdur – Lavrovdan ABŞ-a mesaj

Lavrov: "Rusiya Mərkəzi Asiyada ABŞ hərbçilərini görmək istəmir"

1201
 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il.

Prezident İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi

1343
(Yenilənib 13:54 21.09.2021)
Sentyabrın 20-də Rusiyanın Perm Dövlət Milli Araşdırma Universitetində atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç. Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, sentyabrın 20-də Rusiyanın Perm şəhərində yerləşən universitetdə (Perm Dövlət Milli Araşdırma Universiteti) atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Eləcə də oxuyun:

1343
Teqlər:
Rusiya, Azərbaycan, Prezident İlham Əliyev, Vladimir Putin, başsağlığı, Perm
Rusiyada kişi seçki məntəqəsində səs verir

Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlandı

339
Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) partiyaları qərarlaşıblar.

 

BAKI, 21 sentyabr — Sputnik. Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qalib gəlib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) verib.

Məlumata əsasən, bülletenlərin sayılmasından sonra partiya seçkilərdə 49,82% səs toplayıb. İkinci yerdə 18,93% səslə KPRF (Rusiya Federasiyası Kommunist Partiyası), üçüncü yerdə isə 7,55% səslə LDPR (Rusiya Liberal Demokrat Partiyası) qərarlaşıb.

Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) qərarlaşıblar.

Bununla da, Rusiya Dövlət Dumasına Federal dairə üzrə beş partiya keçib.

Eləcə də oxuyun:

339
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, nəticə

Kanar adalarında vulkan püskürməsi: onlarla evə ziyan dəydi

0
Kumbre Vyexa vulkanından axan lava Kanar adaları arxipelaqının bir hissəsi olan Palma adasındakı yaşayış məntəqələrinə yaxınlaşır.Ətraflı videomuzda.

Dron görüntülərində lavanın hovuza axaraq suyun qaynamasına səbəb olduğu əks olunub. Tüstü, kül və ara-sıra yanğınların yerli sakinlərin təxliyə edilməsinə səbəb olduğu bildirilir.

Palma adasındakı Kumbre Vyexa (Köhnə zirvə) vulkanının püskürməsini bazar ertəsi lentə alıblar. Bir neçə gün ərzində yerli hakimiyyət orqanları onun artan seysmik aktivliyini izləyiblər. Adanın boşaldılması bazar günü başlayıb. Beş mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonuncu dəfə Kanar adalarında vulkan püskürməsi 2011-ci ildə qeydə alınıb. Sonra El Hyerro adası yaxınlığındakı sualtı vulkan bir neçə ay aktiv idi.

 

0