Şimal axını – 2 qaz kəmərinin tikintisi

"Artıq cavabları verilib": "Şimal axını-2" layihəsini satmaq ideyası barədə

15
(Yenilənib 18:28 30.08.2021)
KİV-in yazdığına görə, alman məmurlar Avropa İttifaqının (Aİ) təlimatlarından yayınmaq üçün "Qazprom"a "Şimal axını-2"-ni satmağı təklif ediblər. Siyasi elmlər namizədi Dmitri Juravlyov Sputnik radiosunun efirində bu ideyanı şərh edib.

BAKI, 30 avqust — Sputnik. "Frankfurter Allgemeine Zeitung" qəzeti alman məmurlarına istinadla yazıb ki, əgər "Qazprom" "Şimal axını-2"-ni başqa bir sertifikasiyalı əməliyyat şirkətinə satarsa, Aİ-nin təbii qazla bağlı təlimatlarından yayına bilər.

Avropa qaydaları neft hasilatı ilə məşğul olan şirkətlə infrastruktur operatorlarının ayrı-ayrı qurumlar olmasını tələb edir. Əks halda, hasilat gücünün 50 faizi müstəqil təchizatçıya ayrılmalıdır.

Bir qədər əvvəl Düsseldorf Ali Regional Məhkəməsi "Şimal axını-2"-ni qazla bağlı təlimatlardan azad etməkdən imtina edən layihə operatoru "Nord Stream 2 AG"-nin Almaniya tənzimləyicisinin qərarına qarşı apellyasiya şikayətini rədd edib.

Əgər şirkət həmin qərara etiraz etməsə, bu, əslində Rusiya holdinqinin qaz kəmərinin gücünün yalnız yarısını istifadə edə biləcəyi mənasına gələcək.

Regional Problemlər İnstitutunun elmi rəhbəri, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti, siyasi elmlər namizədi Dmitri Juravlyov Sputnik radiosunun efirində avropalıların "Şimal axını-2"-ni satmaqla bağlı təklifini şərh edib.

"Təbii qazla bağlı təlimatlar tələb edir ki, neft hasilatı və daşınması bir əldə cəmləşməsin. Odur ki Avropa İttifaqında təklif edirlər: biz sizin qazınıza toxunmuruq, amma həmin o təlimatın yerinə yetirilməsi üçün qoy "Qazprom" özü qaz kəmərini satsın. Onlar neft kəmərlərinə də bir neçə dəfə belə yanaşmaq istəyiblər, ancaq, bağışlayın məni, cavablarını alıblar. Bu, Qərbin tamamilə qeyri-korrekt ideya üzərində qurulmuş fantastik arzusudur. Guya texniki proses şirkətlər arasında bölünərsə, onda rəqabət və işdə effektivlik yaranar", – deyə Dmitri Juravlyov bildirib.

Onun sözlərinə görə, "Şimal axını-2" layihəsi ilə bağlı bu ideya işə yaramır.

"Rəqabət o vaxt baş verir ki, iki şirkət bir istehlakçı uğrunda mübarizə aparır. İstehsalın bir hissəsini digərindən ayırmaqla rəqabət yaratmaq olmaz. İki bir-biri ilə əlaqəli istehsal proqramı rəqabət aparmır, bir-birini tamamlayır. "Şimal axını-2" yalnız Ukraynanın qazpaylayıcı sistemi ilə rəqabət apara bilər. Ancaq onların təlimatlarındakı ideya başqadır: texnoloji prosesin hər mərhələsinin müstəqil olmasını istəyirlər ki, guya nəticədə rəqabət yaranacaq və bu da işin səmərəsini artıracaq. Bu, tamamilə mifdir, ancaq onlar uzun illərdir ki, bu mifi təbliğ edirlər", - deyə Juravlyov fikirlərini yekunlaşdırıb.

15

Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm - Türkiyə prezidenti

2
Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

BAKI, 23 sentyabr - Sputnik. Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Daha sonra Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkiləcəyini deyib.

Türkiyə Prezidenti Naxçıvana dəmir yolunun çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

2
Teqlər:
Türkiyə, İğdır, dəmir yolu
Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli

Rusiyada Aİ-95 benzininin birja qiyməti rekord vurdu

267
(Yenilənib 17:13 23.09.2021)
Rosstat-ın məlumatlarına görə, ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir.

BAKI, 23 sentyabr - Sputnik. Sankt-Peterburq əmtəə xammal birjasında iki gün ərzində Ai-95 markalı benzinin qiyməti Rusiyada növbəti rekordu vurub. RİA Novosti-nin məlumatına görə, birjadakı sövdələşmələrdə bu markalı benzinin qiyməti bir ton üçün 60,38 min rubl (1550 manat) həddini keçib.

Eyni zamanda, Rosstat-ın məlumatlarına görə, Ai-95-in ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir. Belə ki, hazırda bu markalı benzinin orta qiyməti sentyabr ayı ərzində təqribən 0,24 rubl (təqribən 0,06 manat) azalıb.

Rusiyanın Energetika Nazirliyi birjada qiymət artımını ölkədə bir neçə neftayırma zavodlarında təmir işlərinin getməsi, habelə bazarın yay yanacaq növlərindən qış növlərinə keçidi ilə əlaqələndirib.

Nazirlikdən həmçinin bildirilib ki, birja hərraclarında benzin qıtlığı ola bilməz.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Həmçinin oxuyun:

SOCAR benzinin bahalaşmasına münasibət bildirib

267