Azərbaycan XİN başçısı ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədri ilə görüşüb

Ceyhun Bayramov Minsk Qrupunun rusiyalı yeni həmsədrini qəbul edib

1469
(Yenilənib 22:09 30.08.2021)
Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

BAKI, 30 avqust — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb. 

Məlumata görə, nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.

İqor Xovayev bu səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.

Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iyulun 30-da ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. İqor Xovayev qurumda 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olan İqor Popovu əvəz etməyə başlayıb.  

Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı

İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.

İngilis, fransız və Vyetnam dillərini bilir.

Həmçinin oxuyun:

* Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?

* İlham Əliyev: "İyirmi səkkiz il ərzində Minsk qrupu çox imkanları əldən verib"

 

1469
 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il.

Prezident İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi

1224
(Yenilənib 13:54 21.09.2021)
Sentyabrın 20-də Rusiyanın Perm Dövlət Milli Araşdırma Universitetində atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç. Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, sentyabrın 20-də Rusiyanın Perm şəhərində yerləşən universitetdə (Perm Dövlət Milli Araşdırma Universiteti) atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Eləcə də oxuyun:

1224
Teqlər:
Rusiya, Azərbaycan, Prezident İlham Əliyev, Vladimir Putin, başsağlığı, Perm
Rusiyada kişi seçki məntəqəsində səs verir

Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlandı

337
Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) partiyaları qərarlaşıblar.

 

BAKI, 21 sentyabr — Sputnik. Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qalib gəlib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) verib.

Məlumata əsasən, bülletenlərin sayılmasından sonra partiya seçkilərdə 49,82% səs toplayıb. İkinci yerdə 18,93% səslə KPRF (Rusiya Federasiyası Kommunist Partiyası), üçüncü yerdə isə 7,55% səslə LDPR (Rusiya Liberal Demokrat Partiyası) qərarlaşıb.

Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) qərarlaşıblar.

Bununla da, Rusiya Dövlət Dumasına Federal dairə üzrə beş partiya keçib.

Eləcə də oxuyun:

337
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, nəticə
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı