Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, arxiv şəkli

ABŞ-ın Beynəlxalq Ordu Oyunlarında iştirakı maraqlı olardı - Şoyqu

18
(Yenilənib 10:42 29.08.2021)
"Armi-2021"in 34 müsabiqəsində 42 ölkədən 277 komandada beş mindən çox hərbçi iştirak edir. Onlar arasında Azərbaycan təmsilçiləri də var.

BAKI, 28 avqust - Sputnik. ABŞ hərbçilərinin Rusiya Müdafiə Nazirliyi tərəfindən keçirilən Beynəlxalq Ordu Oyunlarında iştirakı Rusiya üçün maraqlı olardı.

Sputnik Azərbaycan bildirir ki, bunu YouTube kanalında "Соловьев Live" kanalına müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

"Bilirsiniz, bizə də maraqlı olardı. Şanslar barədə danışmıram, əlbəttə, onların da texnikasına baxmaq istərdik. Məsələn, "Formula-1" yarışları keçirilir, orada müxtəlif tərəflər iştirak edirlər", - Şoyqu deyib.

"Biz 2014-cü ildə, müxtəlif hadisələrdən öncə buna yaxın idik, Krım referendumundan əvvəl biz Almaniya, Böyük Britaniya və İtaliya ilə danışmışdıq. İtaliya ilə təkərli tankların tank biatlonunda iştirakının mümkünlüyünü də müzakirə edirdik", - nazir əlavə edib.

Beynəlxalq Ordu Oyunları avqustun 22-dən sentyabrın 4-dək 11 ölkənin (Rusiya, Belarus, Əlcəzair, Ermənistan, İran, Qazaxıstan, Qətər, Özbəkistan, Serbiya, Çin, Vyetnam) ərazisində keçirilir. "Armi-2021"in 34 müsabiqəsində 42 ölkədən 277 komandada beş mindən çox hərbçi iştirak edir. Onlar arasında Azərbaycan təmsilçiləri də var.

Sentyabrın 1-də isə Beynəlxalq Ordu Oyunlarının iştirakçı ölkələrinin nümayəndələri yarışların gələn ilki təşkilat məsələlərini müzakirə etmək üçün toplaşacaqlar.

Eləcə də oxuyun:

18
Teqlər:
Rusiya, ABŞ, ordu, oyunlar, iştirak, Sergey Şoyqu
 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il.

Prezident İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi

2473
(Yenilənib 13:54 21.09.2021)
Sentyabrın 20-də Rusiyanın Perm Dövlət Milli Araşdırma Universitetində atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç. Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, sentyabrın 20-də Rusiyanın Perm şəhərində yerləşən universitetdə (Perm Dövlət Milli Araşdırma Universiteti) atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Eləcə də oxuyun:

2473
Teqlər:
Rusiya, Azərbaycan, Prezident İlham Əliyev, Vladimir Putin, başsağlığı, Perm
Rusiyada kişi seçki məntəqəsində səs verir

Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlandı

342
Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) partiyaları qərarlaşıblar.

 

BAKI, 21 sentyabr — Sputnik. Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qalib gəlib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) verib.

Məlumata əsasən, bülletenlərin sayılmasından sonra partiya seçkilərdə 49,82% səs toplayıb. İkinci yerdə 18,93% səslə KPRF (Rusiya Federasiyası Kommunist Partiyası), üçüncü yerdə isə 7,55% səslə LDPR (Rusiya Liberal Demokrat Partiyası) qərarlaşıb.

Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) qərarlaşıblar.

Bununla da, Rusiya Dövlət Dumasına Federal dairə üzrə beş partiya keçib.

Eləcə də oxuyun:

342
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, nəticə
Kompüter masasında qəzetlər, arxiv şəkli

Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar