Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: Cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir

34
Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq özünün cənub sərhədlərinin, Mərkəzi Asiyada tərəfdaşların təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir.

BAKI, 27 avqust — Sputnik. Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq özünün cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib.

"Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq özünün cənub sərhədlərinin, Mərkəzi Asiyada tərəfdaşların təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir", - deyə Lavrov Təhlükəsizlik Şurasının iclasında qeyd edib.

Qeyd edək ki, Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

 

Həmçinin oxuyun:

Putin Təhlükəsizlik Şurasını təcili toplayıb

34
Teqlər:
Rusiya, Əfqanıstan
 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il.

Prezident İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi

1371
(Yenilənib 13:54 21.09.2021)
Sentyabrın 20-də Rusiyanın Perm Dövlət Milli Araşdırma Universitetində atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç. Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, sentyabrın 20-də Rusiyanın Perm şəhərində yerləşən universitetdə (Perm Dövlət Milli Araşdırma Universiteti) atışma baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Eləcə də oxuyun:

1371
Teqlər:
Rusiya, Azərbaycan, Prezident İlham Əliyev, Vladimir Putin, başsağlığı, Perm
Rusiyada kişi seçki məntəqəsində səs verir

Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlandı

339
Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) partiyaları qərarlaşıblar.

 

BAKI, 21 sentyabr — Sputnik. Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qalib gəlib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) verib.

Məlumata əsasən, bülletenlərin sayılmasından sonra partiya seçkilərdə 49,82% səs toplayıb. İkinci yerdə 18,93% səslə KPRF (Rusiya Federasiyası Kommunist Partiyası), üçüncü yerdə isə 7,55% səslə LDPR (Rusiya Liberal Demokrat Partiyası) qərarlaşıb.

Nəticələrə əsasən, ilk beşlikdə həmçinin Ədalətli Rusiya – Həqiqət naminə (7,46%) və Yeni adamlar (5,32%) qərarlaşıblar.

Bununla da, Rusiya Dövlət Dumasına Federal dairə üzrə beş partiya keçib.

Eləcə də oxuyun:

339
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, nəticə

Kanar adalarında vulkan püskürməsi: onlarla evə ziyan dəydi