Kosmonavt, arxiv şəkli

Ruslar kosmosa uçmaq üçün yeni texnologiyanı test edirlər: hava əvəzinə maye

17
(Yenilənib 09:54 25.08.2021)
Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır.

BAKI, 25 avqust - Sputnik. "Roskosmos"un baş direktoru Dmitri Roqozin deyib ki, 2017-ci il dekabrın 19-da təşkil olunmuş eksperimentin nəticələrindən 10-15 il sonra kosmonavtları uzun məsafələrə göndərmək üçün istifadə olunacaq. Yəni onlar fantastik filmlərdə gördüyümüz kimi, xüsusi maye ilə dolu kapsullarda uzunmüddətli uçuşları rahatca keçirəcəklər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, həmin eksperiment zamanı Nikolas adlı taksa maye ilə dolu akvariuma salınmışdı və su altında nəfəs alırdı.

Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır. O vurğulayıb ki, əgər maye ilə nəfəs almaq texnologiyası 21 il əvvəl mövcud olsaydı, o zaman "Kursk" sualtı qayığının heyətini faciəli ölümdən qurtarmaq olardı.

"Roskosmos" rəhbəri eləcə də təcrübədə istifadə olunan taksanın taleyindən də danışıb. Onun sözlərinə görə, it hazırda onun köməkçisi Artyom Lepesinin yanında yaşayır və motosikldə gəzir. 

Xatırladaq ki, 2017-ci ilin dekabrında D.Roqozin Serbiyanın prezidenti Aleksandr Vuçiçə yerli texnologiyanı - su altına nəfəs almağa imkan verən oksigen tərkibli mayeni nümayiş etdirmişdi. Bunun üçün taksadan istifadə olunmuşdu. Maye dolu çənə atılan taksa ağciyərləri maye ilə dolanadək çabalayırdı, sonra isə rahatca nəfəs almağa başladı.

 

"Kursk" K-141 atom sualtı qayığı 2000-ci il avqustun 12-də Barens dənizində qəzaya uğrayıb. O zaman 118 nəfər - bütün heyət və qayığa ezam olunmuş "Daqdizel" zavodunun nümayəndəsi həlak olmuşdu. Baş prokurorluğun məlumatına görə, faciəyə səbəb yanacağın komponentlərinin sızması nəticəsində torpedanın partlaması olmuşdu. 23 nəfər hermetik 9-cu bölmədə sağ qalmışdı. Müxtəlif versiyalara görə, onlar bir neçə saatdan iki sutkayadək sağ qala bilərdilər. Ancaq onları nə rusiyalı, nə də əməliyyata cəlb olunmuş xarici mütəxəssislər xilas edə bildilər.

Eləcə də oxuyun:

 

17
Teqlər:
Dmitri Roqozin, eksperiment, maye, hava, oksigen, kosmos, sualtı qayıq
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Peskov Putinlə Ərdoğanın münasibətlərinin hansı səviyyədə olduğunu açıqlayıb

491
(Yenilənib 21:16 26.09.2021)
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında çox etibarlı iş əlaqəsi var.

BAKI, 26 sentyabr - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında çox etibarlı iş əlaqəsi var.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, "Rossiya1" telekanalının efirində "Moskva. Kreml. Putin" verilişində deyib.

Peskov bildirib ki, bu güvən iki lider arasında ciddi danışıqlar üçün əlverişlidir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya birgünlük işgüzar səfərə gedəcək. 

Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edir.  

Dmitri Peskov daha əvvəl bu səfərlə bağlı deyib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər.

"Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.

Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.

Həmçinin oxuyun:

* Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı

* Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm - Türkiyə prezidenti

491
Vladimir Jirinovski, arxiv şəkli

Jirinovski Putinə abortdan imtina edən qadınlara kompensasiya verilməsini təklif edib

59
(Yenilənib 21:21 26.09.2021)
RLDP sədri bu sözləri prezidentin Dövlət Dumasında təmsil olunacaq partiya nümayəndələri ilə görüşü zamanı deyib.

BAKI, 25 sentyabr – Sputnik. Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkə başçısı Vladimir Putinə qadınlara abortdan imtina etməyə görə kompensasiya verilməsini təklif edib. Bu barədə RİA Novosti xəbər verir.

“Təklif edirəm ki, abortlardan imtinaya görə kompensasiya tətbiq olunsun”, - deyə RLDP sədri prezidentin Dövlət Dumasında təmsil olunacaq partiya nümayəndələri ilə görüşündə deyib.

Jirinovskinin rəhbərlik etdiyi partiyada hesab edirlər ki, bu, ölkədə demoqrafik artıma səbəb ola bilər. Belə ki, RLDP abortdan imtina etdikləri təqdirdə qadınlara böyük məbləğdə pul verilməsini təklif edir. Eyni zamanda partiya sədri bir müddət əvvəl bildirib ki, bu halda sonradan doğulacaq uşaqlar alınaraq xüsusi müəssisələrə yerləşdirilməlidirlər.

Həmçinin oxuyun:

Putin Dövlət Dumasının qarşısında duran vəzifələri ifadə edib

59
Teqlər:
Vladimir Jirinovski, abort, kompensasiya
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev, arxiv şəkli

Xüsusi Təyinatlı Qüvvələrin komandanı Anım Günü müharibə qəhrəmanları ilə bir arada

0
(Yenilənib 20:23 27.09.2021)
Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsusi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.

Anım mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

 

0