Moskva şəhəri

Rusiyada mənzil kirayəsinə görə vergitutma tətbiq oluna bilər

11
(Yenilənib 21:52 21.08.2021)
Nazirlik: “Kirayə fondunun böyük hissəsi “qara” bazardadır və ölkə büdcəsinə heç bir mənfəət vermir. İnstusional şəkildə mənzil kirayəsi Rusiyada mövcud deyil”.

BAKI, 21 avgust — Sputnik. Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi mənzil kirayəsinə görə vergitutma tətbiq olunmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müvafiq sənəd federal normativ hüquqi aktlar portalında yerləşdirilib.

Nazirlik hesab edir ki, bu tədbir kommersiya və qeyri-kommersiya təyinatlı mənzil kirayəsi bazarının inkiçafına şərait yaradacaq.

“Kirayə fondunun böyük hissəsi “qara” bazardadır və ölkə büdcəsinə heç bir mənfəət vermir. İnstusional şəkildə mənzil kirayəsi Rusiyada mövcud deyil”, - deyə layihədə bildirilir.

Bundan əlavə nazirlik ipoteka kreditləri verməklə kommersiya kirayə layihələrinin dəstəklənməsi üçün mexanizmlərin yaradılması, güzəştli şərtlərlə torpaq sahələrinin ayrılması və vətəndaşlara uzunmüddətli icarə qismində mənzil şəraitinin yaxşılaşdırılmasına dair də təkliflər irəli sürüb.

Həmçinin oxuyun:

Ekspert: “İpoteka kreditlərinin verilmə şərtləri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb”

11
Teqlər:
kirayə
ABŞ bayrağı

Mütəxəssis yeni anti-Rusiya sanksiyalarının ABŞ-a qarşı necə oynayacağını izah edib

9
(Yenilənib 22:25 24.09.2021)
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan müdafiə büdcəsini qəbul edib.

BAKI, 24 sentyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan müdafiə büdcəsini qəbul edib.

Konqresmenlər Rusiya və onun 35 vətəndaşının, yəni məmurların, iş adamlarının və jurnalistlərin suveren borcları, xüsusən də, "Şimal axını-2" qaz kəməri ilə əlaqədar olaraq yeni məhdudiyyətlərin genişləndirilməsinin düzəlişi ilə bağlı razılığa gəliblər.

Sənəd hələ senatda müzakirə edilməməli və prezident Co Baydenin imzasını almalıdır.

Siyasi Ekspertlər və Məsləhətçilər Assosiasiyasının üzvü, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Siyasi nəzəriyyə kafedrasının dosenti Kirill Koktış Sputnik radiosunun efirində yeni sanksiyaların ABŞ-ın Rusiyadan daha çox özünə zərər verə biləcəyi ilə bağlı fikirlərini bildirib. Bu, xüsusilə Rusiya Federasiyasının suveren borcuna qoyulan məhdudiyyətlərə aiddir.

"Əlbəttə ki, məhdudiyyətlər çox fərqli ola bilər, o cümlədən "SWIFT" banklararası ödəniş sistemindən uzaqlaşdırıla bilər. Bu ticarət əməliyyatlarının ciddi şəkildə çətinləşməsinə gətirib çıxara bilər. SWIFT deyir ki, heç kim Rusiyanı söndürmək niyyətində deyil, bunlar boş təhdidlərdir. Əlbəttə ki, bu məntiqlidir. Şirkətin müştəri itkisinə ehtiyac yoxdur, çünki bu imicə pis təsir göstərir. Üstəlik, İranı söndürmək üçün çox neqativ təcrübə var. Bundan əlavə, bu cür sanksiyalar hesablaşmaların kriptovalyutalara keçidini sürətləndirəcək. Bu sanksiyalar ABŞ-a əks təsir göstərəcək və hazırda dollardan tikilən iqtisadi məkanı dağıdacaq. ABŞ-ın səyləri ilə bu, çox tez baş verə bilər", - Kirill Koktış hesab edir.

9
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi

309
(Yenilənib 16:00 24.09.2021)
Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası cümə günü, sentyabrın 24-də keçirdiyi iclasda Dövlət Dumasına seçkilərin baş tutmuş və etibarlı olması barədə protokol qəbul edib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini, mandatların yekun bölgüsünü açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Protokolun 100 faizlik emalından sonra federal dairə üzrə Rusiya Dövlət Dumasına beş partiyadan namizədlər seçilib: Vahid Rusiya Partiyası 324 mandat, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) - 57, Ədalətli Rusiya - həqiqət uğrunda - 27, Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) 21, Yeni insanlar Partiyası -13 mandat qazanıb.

Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına və 9 subyektin icra orqanlarına seçkilər 17-19 sentyabrda keçirilib. Seçkilərdə seçici fəallığı 51,72 faiz olub.

Moskvada və altı subyektdə - Kursk, Nijeqorod, Yaroslav, Murmansk, Rostov və Sevastopolda distansion elektron səsvermə təşkil olunub.

Eləcə də oxuyun:

309
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, iclas, protokol
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama

0
(Yenilənib 10:53 25.09.2021)
DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:

“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:

“Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

"Ərazidə olan  yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".

0
Teqlər:
Polis, vətəndaş, məktəb, döyülmə