Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Merkel nədən danışdılar - detallar

© Sputnik / Sergey Guneev / Mediabanka keçidVladimir Putin və Angela Merkel, arxiv şəkli
Vladimir Putin və Angela Merkel, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşüb. İki ölkə liderinin görüşü təxminən üç saat davam edib. Bundan sonra onlar mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
BAKI, 20 avqust — Sputnik. "Bizim bu gün Almaniya Kansleri xanım Angela Merkellə görüşümüz ənənəvi olaraq konstruktiv, işgüzar şəraitdə keçdi. Biz müfəssəl şəkildə, eyni zamanda nümayəndə heyəti ilə də, Rusiya-Almaniya münasibətlərinin inkişaf perspektivlərini müzakirə etdik, geniş spektrdə məsələlər barədə fikir mübadiləsi apardıq.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin cümə günü, avqustun 20-də Almaniya Kansleri Angela Merkellə Moskvada keçirilən görüşünün nəticələrinə dair mətbuat konfransında deyib. 
Qeyd edək ki, iki ölkə liderinin görüşü təxminən üç saat davam edib. Bu gün Merkel Rusiyadan sonra Ukraynaya səfər edəcək.
Rusiya lideri qeyd edib ki, hətta vəzifəsindən getdikdən sonra da ölkəsində Merkelin gəlişinə şad olacaqlar.

Prioritet Əfqanıstandır

Putin qeyd edib ki, danışışqlarda prioritet mövzu Əfqanıstan olub. 
"Biz digər partnyorlarımızla, həm Birləşmiş Ştatlarla, həm Avropa dövlətlərilə, biz - yəni Rusiya - Əfqanıstanda situasiyanın normallaşdırılması və onunla dinc qonşuluq münasibətlərinin qurulması məqsədilə əfqan xalqına dəstək vermək üçün səylərimizi birləşdirməliyik",- Putin deyib.
"Taliban hərəkatı bu gün, demək olar ki, paytaxt da daxil olmaqla ölkənin bütün ərazisinə nəzarət edir. Bu, reallıqdır və məhz bu reallıqdan çıxış etmək, əfqan dövlətinin dağılmamasına çalışmaq lazımdır", - Rusiya Prezidenti əlavə edib. 
O, həmçinin terrorçuların Əfqanıstanla qonşu olan ölkələrə sızmasına imkan verməməyə çağırıb. Eləcə də bildirib ki, terrorçular bunu özlərini qaçqın kimi göstərərək də gerçəkləşdirə bilərlər. 
Angela Merkel taliblərin Əfqanıstanda haklimiyyəti ələ keçirməsini "məyusedici məqam" adlandıraraq, bunun reallıq olduğunu və bununla hesablaşmaq gərək olduğunu bildirib. 
O, Rusiyadan taliblərlə danışıqlarda diqqəti humanitar yardım məsələsinə yönəltməyi xahiş etdiyini söyləyib: 
"Bizim nöqteyi-nəzərimizdən, 20 il ərzində NATO-nun Əfqanıstanda əməliyyatları zamanı Almaniya ilə əməkdaşlıq etmiş insanlara yardım əli uzatmaq prioritet sayılmalıdır: onlara Almaniyada təhlükəsiz sığınacaq vermək, yaxın günlərdə onlrın Almaniyaya aparılmasını təmin etmək gərəkdir. Rusiya tərəfindən taliblərlə danışıqlar zamanı BMT-nin Əfqanıstana humanitar yardım göstərə biləcəyi məsələsini qabartmağı xahiş etdim. Bizə, bundesverə, federal polisə yardım etmiş insanlara Əfqanıstanı tərk etmək imkanı verilməlidir".

Ukraynada vəziyyət

Ukrayna məsələsinə toxunan Vladimir Putin qeyd edib ki, Almaniya Kanslerilə bu ölkənin cənub-şərqindəki vəziyyəti də müzakirə edib.
"Bu gün həm Rusiya, həm Almaniya tərəfi təmas xəttində gərginliyin artmasından narahatlığını bildirib. Bu mövzunu müzakirə etdik, ümid edirəm ki, bu müzakirələr ən yaxın zamanda davam etdiriləcək. Biz birlikdə Donbasda sülhün bərqərar olması imkanlarını aradıq, təəssüf ki, hələlik buna nail olmaq mümkün deyil", - Putin deyib.
Rusiya Prezidenti Merkeldən Ukraynaya səfəri zamanı Donbas üzrə öhdəliklərini yerinə yetirməsi üçün Kiyevə təsir göstərməyi xahiş edib.
"Biz Ukraynadakı vəziyyət barədə də danışdıq. Mübahisəli məsələlərin həlli üçün hazırda əlimizdə olan yeganə siyasi format - Normand formatıdır. İndi bir qədər durğunluq var. Təəssüf ki, sərhəd boyunca Ukrayna hərbçiləri həlak olurlar və mən bu formatı dirçəltmək üçün çox çağırışlar etmişəm", - öz növbəsində Merkel bildirib.
Rusiya Prezidenti həmçinin Angela Merkeli əmin edib ki, hətta onun vəzifəsindən getməsindən sonra da Rusiya Ukrayna ilə qazın tranziti üzrə müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərini yerinə yetirəcək.

"Şimal axını-2"

Almaniya Kansleri Vladimir Putinlə "Şimal axını-2" və ABŞ-ın bu layihə üzrə razılaşmalarını da müzakirə etdiyini deyib.
"Biz ikitərəfli iqtisadi əlaqələr barədə də danışdıq, onlar inkişaf edir və bu baxımdan "Şimal axını-2"ni də müzakirə etdik. Vurğulamaq istəyirıəm ki, bu ikitərəfli Rusiya-Almaniya layihəsi deyil, Avropa xarakterli bir işdir, çünki orada digər dövlətlərdən olan müəssisələr də iştirak edir", - Merkel jurnalistlərə deyib. 
O, ABŞ-la Almaniya arasında imzalanan sənəddən, Qraf Georq Valderzeenin Ukraynaya qaz tranziti üzrə nazirlər kabinetinin xüsusi nümayəndəsi təyin edilməsindən danışdıqlarını da açıqlayıb.
"Biz müzakirə zamanı qeyd etdik ki, Qraf Valderzee 2024-cü ildən sonra da Ukraynaya qaz tranziti ilə bağlı  təcrübəli vasiltəçi olacaq. Bu məsələdə biz nəzərə alınmalı bütün iqtisadi aspektlərə rəğmən, müəyyən məsuliyyət daşıyırıq", - Almaniya Kansleri deyib.

Aleksey Navalnı 

Bloger Aleksey Navalnı siyasi fəaliyyətinə görə yox, xarici partnyorlara qarşı kriminal qanun pozuntularına görə həbs olunub, Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Siyasi fəaliyyətə gəlincə, heç kim biznes layihələrini, üstəlik qanun pozuntusunu gerçəkləşdirmək üçün siyasi fəaliyyətlə pərdələnməməlidir", - Putin deyib. 
"Biz Rusiyada vəziyyətin sabit, proqnozlaşdırıla bilən olması üçün əlimizdən gələni edəcəyik. Rusiya özünün inqilab limitini hələ 20-ci əsrdə bitirib, daha inqilab istəmirik, cəmiyyətimizin və dövlətimizin təkamülünü istəyirik. Ümid edirəm ki, elə də olacaq", - Rusiya lideri qeyd edib. 

Merkel gedəndən sonra 

Rusiya Prezidenti Almaniyada hakimiyyət dəyişildikdən sonra iki ölkə arasında iqtisadi əməkdaşlığın həcmi və keyfiyyətinin saxlanacağına ümidvar olduğunu deyib.
"Ümumilikdə bizim qarşılıqlı münasibətlərimizin həcmi və keyfiyyəti kökündəın dəyişib. Əlbəttə ki, müsbətə doğru. Ümidvaram ki, seçkidən sonra hakimiyyət dəyişəndə də bu tendensiya qorunub saxlanacaq", - Putin mətbuat konfransında bildirib.
Eləcə də oxuyun:
Pakistan xarici işlər naziri Əfqanıstana görə Bakıya gəlir
Lavrov Əfqanıstandakı son durumu açıqladı
Bayden və Merkel "Şimal axını" ilə bağlı razılığa gəldilər
Putin: "Qazprom" "Şimal axını-2" kəmərinə qaz vurmağa hazırdır
Xəbər lenti
0