Roskosmos şirkətinin avadanlığı, arxiv şəkli

"Roskosmos"da vəzifəyə təyin olunanlar yalan detektorundan keçirilirlər

15
(Yenilənib 20:11 09.08.2021)
Bu barədə məlumat verən verən qurumun rəhbəri Dmitri Roqozin bildirib ki, ötən ilin yay aylarından etibarən dövlət korporasiyasında və quruma daxil olan digər müəssisələrdə mühüm vəzifələrə təyinat zamanı məcburi qaydada poliqraf yoxlamasından keçmək tələbi qoyulur.

 

BAKI, 9 avqust — Sputnik. Raket-kosmos sənayesində korrupsiyanın qarşısını almaq məqsədilə "Roskosmos" və onun müəssisələrinin rəhbərliyinə namizədlər üçün məcburi yalan detektoru testi tətbiq edilir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə dövlət korporasiyasının direktoru Dmitri Roqozin məlumat verib.

"Mən keçən ilin yay aylarından etibarən dövlət korporasiyasında və bizim digər müəssisələrdə mühüm vəzifələrə təyinat zamanı məcburi qaydada poliqraf yoxlamasından keçmək tələbi qoymuşam", – deyə o öz Facebook səhifəsində müdafiə sənayesi kompleksində korrupsiyaya görə ölüm hökmünün qaytarılması ilə bağlı məsələni şərh edərkən yazıb.

"Roskosmos"un mətbuat xidmətindən RİA Novosti-nin sualına cavab olaraq vəziyyətə aydınlıq gətirilib və bildirilib ki, söhbət poliqraf yoxlaması tələb edən baş direktorun müavinləri və digər əməkdaşlardan gedir.

Qeyd edək ki, 2018-ci ilin iyun ayında Roqozin "Roskosmos"un rəhbərliyinə gətirilən vaxt söz vermişdi ki, dövlət korporasiyasında müftəxorlara, intriqa yaradanlara və digər bəd əməl sahiblərinə yer olmayacaq.

15
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada qanunvericilik icra orqanlarına seçki keçirilir

8
Birbaşa Rusiyada keçirilən seçkidə iştirak edə bilməyən, Azərbaycan ərazisində olan rusiyalılar bazar günü, sentyabrın 19-da Bakıda səs verə biləcəklər.

BAKI, 18 sentyabr - Sputnik. Dövlət Dumasına onlayn səs verən seçicilərin sayı 70%-ə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

"Səsvermənin sonunadək, hesab edirəm ki, bu göstərici 90%-ə çatacaq. Bu cür aktivlik adi klassik məntəqələrdə olmur, hətta bunu təsəvvür etmək də çətindir", - MSK sədrinin köməkçisi Nikolay Bulayev "Rossiya 24"ün efirində deyib.

Rusiyada vahid səsvermə günü sentyabrın 17-dən 19-dək keçirilir. Vətəndaşlar deputatları, eləcə də doqquz subyektin rəhbərlərini, regional parlamentin və bələdiyyə orqanlarının nümayəndələrini seçirlər.

Moskva, Nijeqorod, Yaroslav, Murmansk, Rostov vilayətlərində, eləcə də Sevastopolda məsafədən səsvermə imkanları yaradılıb.

Parlamentin aşağı palatası qarışıq seçki sistemi ilə beş il müddətinə seçilir: 225 namizəd partiya siyahısı və daha 225-i birmandatlı dairələrdən bir tur ərzində seçilir.

Bütün səviyyələrdə seçkilərdə 23 partiya 74 min namizəd irəli sürərək onları qeydiyyatdan keçirib.

"Mobil seçici" texnologiyası ilə səsvermədə 80%-lik nəticə 

RF MSK sədrinin müavini Nikolay Bulayev bildirib ki, yerləşdiyi məkana görə "mobil seçici" texnologiyası vasitəsilə səs verən rusiyalıların fəallığı çox yüksəkdir - 80%-dən də artıqdır. 

"Mobil seçici" texnologiyası ilə səs vermək istəyən vətəndaşların sayının 3,5 milyon olduğu bildirilir.

"Onlar hamısı motivasiyalı adamlardır, ancaq səs vermək üçün yenə də seçki məntəqəsinə gəlmək lazımdır", - Bulayev deyib.

Beynəlxalq müşahidəçilər

Rusiya Federasiyasında keçirilən seçkini ictimai nəzarət mərkəzlərində 380-dən çox xarici müşahidəçi və ekspert izləyir. Bu barədə RF İctimai Palatası yanında səsverməyə ictimai nəzarət üzrə koordinasiya şurasının sədri Maksim Qriqoryev bildirib.

"Bizə xarici müşahidəçilər də qoşulurlar, onlar ictimai mərkəzlərdə, qərargahlarda və seçki məntəqəsindədirlər... 80 ölkədən 383 beynəlxalq müşahidəçinin elektron səsverməyə nəzarətə tam əlçatanlığı təmin olunub", - Qriqoryev brifinqdə deyib.

Bosniya və Herseqovinanın Ombudsmanı Yasminka Cümhur Dövlət Dumasına seçkidə videomüşahidə sisteminin rahat olduğunu qeyd edib.

"Hazırda hansısa nəticələr çıxarmaq çətindir, biz müxtəlif məntəqələrə baş çəkilməsi və monitorinq əsasında ayrıca məlumat almışıq. Ancaq üç əsas şeyə diqqət yetirmək istəyirəm: bu, informasiya texnolopgiyalarının seçki prosesinin izlənməsində roludur. Videomüşahidə sayəsində şikayətlərə baxılması prosesi sürətlənir, çünki kameralarda pozuntuları izləmək mümkündür. Üstəlik, insan haqları üzrə müvəkkil seçkini izləyə bilər. Üçüncüsü - necə düzgün əməkdaşlıq və qarşılıqlı fəaliyyət qurmaqdır. Çünki ombudsman institutu vətəndaşla hakimiyyət arasında birləşdirici bənddir, digər tərəfdən MSK qərar qəbul edir bə və ombudsman MSK ilə qarşılıqlı əlaqədə olmalıdır", - Cumhur deyib.

Məcburən səs verənlər

RF MSK səs verməyə məcbur edilmə ilə bağlı ölkənin 45 subyektindən 137 müraciət alıb. Bunu RF MSK sədri Ella Pamfilova bildirib.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına prosesin müxtəlif iştirakçılarından 6317 yazılı müraciət daxil olub. Bunlardan beş mindən çoxu sarğu xarakteri daşıyıb - seçicilər hansısa aspektlərin izah olunmasını xahiş ediblər.

"Səs verməyə məcbur edilmə barədə müraciətlərə xüsusi diqqət ayırırıq. Bu məsələ ilə bağlı MSK-ya Rusiyanın 45 subyektindən 137 müraciət daxil olub. Seçicilər distansion elektron səsverməyə məcbur edildiklərini bildirirlər, 16 müraciətdə isə müəyyən partiya və ya namizədə səs verməyə məcbur olunma haqda qeyd olunub", - Pamfilova deyib.

Bakıda da seçki olacaq

Rusiyada keçirilən seçkidə iştirak edə bilməyən, Azərbaycan ərazisində olan rusiyalılar isə bazar günü, sentyabrın 19-da Bakıda səs verə biləcəklər. Onlar Rusiyanın Bakıdakı səfirliyində təşkil olunan seçkiyə qatılaraq konstitusion hüquqlarını gerçəkləşdirə bilərlər.

8
Teqlər:
seçki, Rusiya Federasiyası Dövlət Duması, Bakı
Koronavirusa qarşı AstraZeneca və  Moderna vaksinləri, arxiv şəkli

Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb

11
(Yenilənib 21:15 17.09.2021)
"R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın "R-Pharm" əczaçılıq şirkəti Oksford universiteti və AstraZeneca-nın lisenziyası əsasında koronavirusa qarşı peyvənd istehsalına başlayıb. Rusiyanın Sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov jurnalistlərə verdiyi açıqlamada peyvəndin ixrac məqsədi ilə istehsal olunduğunu, daxili bazarın isə Rusiya məhsulları ilə tam təmin edildiyini bildirib.

"Rusiyada artıq xarici peyvəndlər istehsal olunur, "R-Farm"da AstraZeneca ixrac müqavilələri əsasında istehsal olunur. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə. Ancaq burada və indi tələsik tələbatın fonunda öz istehsal sahələrimizlə işləyirik", - deyə Osmakov bildirib.

"R-Farm"ın baş direktoru Vasili İqnatyev may ayında RİA Novosti-yə bildirib ki, şirkət iyun ayında Oksford universitetinin və AstraZeneca lisenziyası əsasında koronovirus əleyhinə ilk peyvənd partiyasını buraxmağı planlaşdırıb. O nun sözlərinə görə, "R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

Həmçinin oxuyun:

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

11
Teqlər:
vaksin, AstraZeneca
Fransanın xarici işlər naziri  Jan İv Lö Drian, arxiv şəkli

Fransa ilə ABŞ arasında ciddi böhran var - XİN rəhbəri etiraf etdi

0
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib.

BAKI, 18 sentyabr - Sputnik. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian ABŞ-la münasibətlərində ciddi böhran olduğunu etiraf edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir: "Tarixdə ilk dəfə olaraq Fransa səfirinin ABŞ-dan geri çağırılması ciddi siyasi akt, böhranın dərinliyinin göstəricisidir", - deyib.

Qeyd edək ki, Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırmasına Avstraliyanın sentyabrın 15-də Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq haqda (AUKUS) müqavilə imzalaması səbəb olub. Çünki Avstraliya eyni zamanda Fransanın Naval Group sualtı qayıq şirkəti ilə razılaşmadan çıxdığını bəyan edib. "Əsrin müqaviləsi" adlandırılan, 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərindəki razılaşma "Barracuda" sinfindən olan 12 zərbə sualtı qayığının tikintisini nəzərdə tuturdu.

Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib. Onun sözlərinə görə, "müqavilənin dayandırılmasından çox hiddətlənib". Fransa həm Avstraliya, həm də ABŞ-dan izahat gözləyir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn isə Parisin mövqeyini anladıqlarını bildirib.

"Biz fransız həmkarlarımızla onların səfirlərini məsləhətləşmələr üçün Parisə çağırmaq barədə qərarına görə sıx təmasdayıq... Onların mövqelərini anlayır və fikir ayrılıqlarını yoluna qoymaq üçün qarşılıqlı fəaliyyətdə olacağıq, biz uzunmüddətli müttəfiqliyimiz ərzində başqa məqamlarda da eyni cür davranmışıq", - Hornun yazılı açıqlamasında deyilir.

Hornun sözlərinə görə, ABŞ Fransanı özünün "köhnə tərəfdaşı və ən güclü partnyorlarından biri" hesab edir.

Avstraliyanın Xarici işlər naziri Maris Peyn də Fransa səfiri Jan-Pyer Tebonun geri çağırılmasından üzüldüyünü söyləyib. O qeyd edib ki, Fransanın Avstraliyanın sualtı qayıqların alınmasına dair müqavilədən imtinasına görə məyusluğunu anlayır, ancaq onun hökuməti milli təhlükəsizliyin təminatı məqsədilə sözügedən qərarı verib. Xanım Peyn əlavə edib ki, Kanberra Parislə münasibətlərinə dəyər verir və gələcəkdə qarşılıqlı fəaliyyətə hazırdır.

0