Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə S-400-lərlə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirəcək

© © Serbian Presidential Press Service via APЗенитно-ракетный комплекс С-400, фото из архива
Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin yay-payız aylarında həmin silahlar Türkiyəyə təhvil verilib.

BAKI, 29 iyul — Sputnik. Rusiya ilə hərbi-texniki əməkdaşlıq, o cümlədən S-400-lərlə bağlı iş birliyi Türkiyənin tələbatını ödəyir və buna görə də davam edəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Mücahid Küçükyılmaz deyib.

"S-400 kompleksləri ilə bağlı olaraq bizim mövqeyimiz hər zaman açıq olub. Biz S-400-lərlə bağlı nə düşünürüksə, ictimaiyyətə də elə onu deyirik. Mövzu ilə bağlı olaraq, istər Qərb ölkələri olsun, istərsə Rusiya, həmsöhbətlərimizlə əlaqələrimizdə bildirdiyimiz təfərrüatlar qüvvədə qalır. Rusiya ilə hərbi-texniki əməkdaşlıq, o cümlədən S-400-lərlə bağlı iş birliyi Türkiyənin tələbatını ödəyir və Qərb ölkələri ilə olduğu kimi, bu ölkə ilə də deyilən sahədə əməkdaşlıq davam etdiriləcək", - deyə Küçükyılmaz RİA Novosti-yə bildirib.

Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin yay-payız aylarında həmin silahlar Türkiyəyə təhvil verilib.

Bu sövdələşmə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub. Aprelin sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə S-400-lərin ikinci alayının alınması ilə əlaqədar danışıqlar apardığını bildirib.

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland iyul ayında konqresdə keçirilən dinləmələrdə bildirib ki, Türkiyənin Rusiyadan silah alınmasını davam etdirəcəyi təqdirdə, Birləşmiş Ştatlar Ankaraya qarşı mövcud sanksiyaları saxlayacaq və yenilərini də tətbiq edəcək.

Həmçinin oxuyun:

* S-400-lə bağlı mövqeyimiz dəyişməzdir – Ərdoğan Baydenə nələri deyib

* Vaşinqtondan Ankaraya növbəti S-400 xəbərdarlığı

* Əvvəldən fikirləşmək lazım idi: ABŞ Rusiyaya cavab verməyin yolunu tapdı

Xəbər lenti
0