Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il
Rusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
İclasda Federasiya Şurasının spikeri, Dövlət Dumasının sədri, Kreml administrasiyasının rəhbəri, TŞ katibi, DİN rəhbəri, FTB direktoru, XKX rəhbəri və prezidentin xüsusi nümayəndəsi iştirak ediblər.

BAKI, 28 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

“İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub”, - Peskov deyib.

Eləcə də oxuyun:

Xəbər lenti
0