Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MAKS-2021 aviasalonu: mülki və hərbi aviakosmik yeniliklər

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidЗакрытие международного авиационно-космического салона МАКС-2019
Закрытие международного авиационно-космического салона МАКС-2019 - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Abunə olmaq
Moskvanın Jukovski aerodromunda iyulun 20-də start götürən aviasalon ikinci günündən etibarən karantin qaydalarına riayət etməklə hər kəsin üzünə açıq olacaq.

BAKI, 20 iyul — Sputnik. Beynəlxalq MAKS-2021 aviakosmik salonu çərşənbə axşamı, iyulun 20-də Moskva ətrafındakı Jukovski aerodromunda fəaliyyətə başlayır. Sputnik Azərbaycan-ın məlumatına görə, altı gün davam edəcək aviasalon ziyarətçilər üçün iyulun 21-dən açıq olacaq.

Bu il pandemiya səbəbindən MAKS-2021-də iştirak etmək istəyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Sərgiyə yalnız vaksinin vurulması barədə QR-kod, yaxud da mənfi PZR testi nəticəsi ilə girmək olar.

Prezident də gələcək

Rusiya Prezidenti Vladimir Putin iyulun 20-də 15-ci aviasiya-kosmik MAKS salonunun açılışını edəcək. Bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, o, ölkədə istehsal olunan aviatexnikanın qabaqcıl nümunələrinə baxış keçirəcək.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov Putinin yeni birmühərrikli təyyarəyə baxış keçirib-keçirməyəcəyi haqda sualı cavablandırmaqla bağlı çətinlik çəkmişdi: “Hələlik necə təqdimat olacağını bilmirəm, heç nə deyə bilmərəm”. Ancaq o qeyd etmişdi ki, Putin ənənəvi olaraq MAKS-da uçuşları izləyəcək. Həmçinin, Rusiya lideri ölkədə mülki aviasiya məsələlərində əsas layihələrin gerçəkləşdirilməsi üzrə iclas keçirəcək.

Birmühərrikli qırıcı və başqaları

Aviasalonun ilk günü Birləşmiş Aviatikinti Korporasiyası (BAK, “Rostex” dövlət korporasiyasının tərkibinə daxildir) Rusiyanın yeni birmühərrikli qırıcı təyyarəsinin onlayn təqdimatını keçirəcək. Təqdimat “Rostex”in YouTube kanalında, eləcə də layihənin öz saytında yayımlanacaq.

Tədbirdən bir neçə gün əvvəl sosial şəbəkədə yeni təyyarənin fotoları yayılmağa başladı. Xarici görünüşü bəlli olsa da, yeni qırıcının xarakteristikaları barədə dəqiq məlumat hələlik açıqlanmayıb.

MAKS-ın statik dayanacağında qonaqlar və partnyorlar eləcə də hərbi aviasiyanın potensial liderləri və ixrac bestsellerləri ilə tanış ola biləcəklər. “Rosoboroneksport”un məlumatına görə, bunlar beşinci nəsil Су-57Э qırıcısı, МиГ-35, МиГ-29 və Су-35 qırıcıları, Ил-78МК-90А yanacaqdoldurma təyyarəsi, Ил-76МД-90А hərbi nəqliyyat təyyarəsi, Ка-52К, Ми-28НЭ, Ми-35П, Ми-35М, Ка-226Т vertolyotlarıdır.

Uçuş proqramı

Ən dolğun uçuş proqramı aviasalonun ilk gününə planlaşdırılıb. İyulun 20-də “prezident üçün nümayiş”də tamaşaçılar Су-57 və МиГ-35 qırıcılarının, Ка-226 və Ми-171 vertolyotlarının, mülki SSJ100 və МС-21-310 təyyarələrinin uçuş və pilotajını izləyəcəklər.

Nümayişin sonunda Rusiya Hərbi Kosmik Qüvvələri təyyarələri qrup uçuşu keçirəcəklər. Proqramın ümumi sürəyinin 55 dəqiqə olacağı gözlənilir.

Mülki yeniliklər

Aviasalonda Rusiyanın ПД-14 mühərrikli МС-21-310 təyyarəsi yeniliklər sırasındadır. Uçuş proqramına onun ilk kütləvi uçuşu daxildir. Təyyarə hazırda sınaq mərhələsindədir. МС-21-300-ün baza versiyasının xarici Pratt & Whitney mühərriki ilə ilk uçuşu da iki il əvvəl MAKS çərçivəsində baş tutmuşdu.

Həmçinin ilk dəfə geniş tamaşaçı kütləsinə Rusiyanın regional Ил-114-300 təyyarəsi təqdim olunacaq. Onun seriya tədarükü 2023-cü ildə başlayacaq. 2030-cu ilədək yüz belə maşının tədarükü planlaşdırılıb.

Təyyarəni eləcə də statik ekspozisiyada görmək mümkün olacaq. BAK həmçinin SSJ 100 təyyarəsini göstərəcək, tamaşaçılar eləcə də onun biznes-versiyasını görə biləcəklər.

Airbus da öz məhsulunu təqdim edəcək. Şirkət ilk dəfə Rusiyada darfüzelyajlı A220 təyyarəsini göstərəcək. Bundan başqa, Avropa istehsalçısı uzunmagistrallı genişfüzelyajlı A350-ni də təqdim edəcək.

“Rusiya vertolyotları” holdinqi MAKS çərçivəsində tamaşaçılara ofşor əməliyyatların yerinə yetirilməsi və dəniz buruq platformalarına xidmət üçün nəzərdə tutulan Ми-171А3 vertolyotunu təqdim edəcək. Salonda onun təcrübə nümunəsi göstəriləcək, sərgidən dərhal sonra isə sınaqlara göndəriləcək.

Sərgi iştirakçıları Ка-32А11М və modernləşdirilmiş yüngül "Ансат-М" vertolyotlarını da görə biləcəklər.

Dron ovçusu, anti-PUA kompleksi

HKM konserni “Almaz-Antey” də aviasalonda öz layihələrini göstərəcək.

“Aviasalonun qonaqları konsernin naviqasiya və müşahidə, rabitə, aeronaviqasiya məlumatı və təhlükəsizliyin təmini sahəsində innovasiyaları ilə, eləcə də hava hərəkətinin təşkili sistemləri ilə qarşılıqlı əlaqədə olan göyərtə sistemləri və trenajor kompleksləri ilə tanış olacaqlar”, - konsernin mətbuat xidmətindən bildirilib.

Xeyli sayda unikal yeniliyin, o cümlədən dron ovçusu "Волк-18"in, pilotsuz aparatların neytrallaşdırılması və obyektlərin təhlükəsizliyinin təminatı üçün radiolokasiya-optik "ROSC-1" kompleksi, mobil, azqabaritli bərk meteoroloji radiolokator "ДМРЛ-3" və X-diapazonda uçuş sahəsini müşahidə edən "Алькор” radiolokasiya stansiyasının da nümayiş olunacağı göslənilir.

Kosmik yeniliklər

MAKS-da “Roskosmos” korporasiyası “Odissey” virtual reallıq sistemini təqdim edəcək. O, açıq kosmosa çıxışı hiss etməyə imkan verir. Bundan başqa, arzu edənlər "Союз МС" pilotlu kosmik gəmisinin trenajorunda aparatın orbitə çıxarılmasını, BKS-ə qoşulmasını və atmosferə endirilməsini təcrübə edə biləcəklər.

Eləcə də oxuyun:

Xəbər lenti
0