Rusiya daha ambisiyalı hədəflər qoymalıdır Putin

267
Rusiya lideri deyib ki, ölkəsi iqtisadiyyatda, ekologiyada, rəqəmsal transformasiyada dəyişikliklərin tempini artırmalıdır.

BAKI, 19 iyul – Sputnik. Rusiya iqtisadiyyatda, sosial sahədə, ekologiyada, rəqəmsal tramsformasiyada dəyişikliklərin tempini artırmalı, daha iddialı hədəflər seçməlidir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələr üzrə şiuranın iclasında deyib.

“Biz iqtisadiyyatda, sosial sahədə, regionlarımızın və infrastrukturun inkişafında, ekoloji problemlərin həllində, ölkənin rəqəmsal məsələlərinin gerçəkləşdirilməsində dəyişikliklərin tempini çoxaltmalıyıq”, - Rusiya lideri deyib.

“Lazım olan yerdə isə plankanı qaldırmalıyıq. Daha iddialı məqsədlər və vəzifələr qoymalıyıq. Verilən vədlərin təxirə salınmasına isə bəhanələr uydurmamalıyıq”, - Putin əlavə edib.

Rusiyada işsizlik səviyyəsi

Putin qeyd edib ki, ölkəsində işsizlik səviyyəsi, demək olar ki, 2019-cu ilin göstəricilərinə qayıdıb.

“Bütün makroiqtisadi göstəricilərin arxasında həmişə konkret adamı və onun problemini görmək lazımdır. Məsələn, artıq işsizlik səviyyəsi, demək olar ki, 2019-cu ildəki həddə çatıb – onda 4.7 idi, indi 4.9-dur. Ancaq bu, orta göstərici, statistikadır, biz başa düşürük ki, bir çox insanlar hələ də işə düzəlməkdə çətinlik çəkirlər”, - Rusiya prezidenti bildirib.

O, əməkhaqlarının real dəyərinin artdığını bildirərək Nazirlər Kabinetinə yoxsulluğun azaldılması göstəricilərinə diqqət yetirməyi tapşırıb.

Hökumət hansı şərtlərlə qurulub

Rusiya Prezidenti bildirib ki, hazırkı hökuməti formalaşdırarkən orada milli layihələrdə “özlərini inamlı hiss edən” insanların işləyəcəyini, uğur qazanacaq bir komandanın çalışacağını düşünüb.

Dmitri Medvedevin hökuməti tam tərkibdə 2020-ci il yanvarın 15-də istefaya gedib. Mixail Mişustinin baş nazir təyin edilməsi haqda fərman onun sabahı gün dərc edilib. Yeni NK-nın tərkibi isə yanvarı 21-də müəyyənləşib.

“Qeyd etmək istəyirəm ki, hökumət formalaşdırılanda istinad nöqtəmiz bu oldu ki, orada məqsədləri hazırlayan, özlərini inamlı hiss edən insanlar çalışsınlar. Təqdim edilən materiallara fərqli rakursdan yanaşan həmkarlar gələrək bizi ümumi uğura aparacaq bir komanda qursunlar”, - Putin deyib.

O, həmçninin qeyd edib ki, ixtisaslı kadrların hazırlanması, eləcə də sürətli elmi-texniki inkişaf milli gündəmin vacib hissəsinə çevrilib.

Eləcə də oxuyun:

  • Putin Asiya-Sakit Okean bölgəsi liderlərinin görüşündə çıxış edib: əsas məqamlar
  • Moskvada İlham Əliyevi rəsmi səfərə gözləyirlər

  • Peskov Putinlə Baydenin hansı "əfqan" mövzularını müzakirə etdiklərini dəqiqləşdirib

267
Teqlər:
Rusiya, iclas, çıxış, Vladimir Putin
Azərbaycan və Türkiyə hərbçiləri Karsda QIŞ-21 təlim zamanı

Peskov Azərbaycan Türkiyənin müştərək ordu yaratması barədə söhbətlər haqqında

33
Rusiya prezidentinin mətbuat katibi deyib ki, Türkiyə və ya Azərbaycan prezidentlərinin bu barədə hər hansı fikri məlum deyil.

BAKI, 29 iyul — Sputnik. Kreml ümid edir ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı bölgədə sabitliyə zərər vurmayacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bir müddət əvvəl Türkiyə parlamentinin rəhbəri Mustafa Şəntop bildirib ki, Türkiyə ilə Azərbaycan müştərək türk ordusu yaratmaq barədə danışıqlar aparırlar.

Belə bir layihəyə Kremlin münasibəti və həmin layihənin Rusiya və onun müttəfiqləri üçün potensial təhlükə olub-olmayacağı barədə suala cavabında Peskov bildirib: "Təbii ki, Azərbaycan və Türkiyə ikitərəfli münasibətləri inkişaf etdirirlər. Bu yenə də, onların suveren işləridir. Vacib olan odur ki, bu, bölgədə sabitlik ab-havasına və hadisələrin proqnozlaşdırıla bilən olmasına zərər vurmasın. Bununla bağlı bizim həm türkiyəli, həm də azərbaycanlı tərəfdaşlarla mütəmadi əlaqələrimiz var".

Rusiya prezidentinin mətbuat katibi onu da deyib ki, bu ölkələrin icra hakimiyyətlərinin – Türkiyə və ya Azərbaycan prezidentlərinin bu barədə hər hansı fikirləri məlum deyil.

Həmçinin oxuyun:

* Moskva Azərbaycanın NATO təlimlərinə qatılmasına münasibət bildirdi

* Kreml Paşinyanın sərhədə Rusiya hərbçilərini yerləşdirmək təklifinə reaksiya verdi

33
Agile Spirit 2021 təlimi

Moskva Azərbaycanın NATO təlimlərinə qatılmasına münasibət bildirdi

774
(Yenilənib 18:44 29.07.2021)
Putinin sözçüsü deyib ki, onlar üçün vacib olan bu cür təlimlərin ssenarilərinin Rusiyaya münasibətdə hansısa pərdələnmiş hərəkətləri nəzərdə tutmamasıdır.

BAKI, 29 iyul — Sputnik. Kremldə hesab edirlər ki, NATO-nun Gürcüstandakı təlimləri diqqətlə izlənilməli olan mövzudur. Belə bir açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

"Bu, bir daha sübut edir ki, NATO özünün hərbi infrastrukturu ilə bizim sərhədlərimiz ətrafındadır, özü də təkcə sərhədlər ətrafında deyil, bilavasitə sərhədlərimizdədir. Bu, əlbəttə, bizim tərəfimizdən diqqətlə izlənməli mövzudur", - deyə Peskov bildirib.

"NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması onu özünün təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görməyə vadar edir", - deyə o vurğulayıb.

"Bu barədə həm prezident, həm müdafiə naziri, həm də nümayəndələrimiz ən yüksək səviyyələrdə danışıblar", - deyə Peskov əlavə edib.

Prezidentin mətbuat katibi onu da deyib ki, Kreml NATO təlimlərinin ssenarisinin Rusiya əleyhinə pərdələnmiş hərəkətlər anlamana gəlməməsinin vacib olduğunu hesab edir.

Çərşənbə axşamı Gürcüstanda 15 ölkədən, o cümlədən Azərbaycandan olan 2,5 min hərbi qulluqçunun iştirakı ilə NATO-nun çoxmillətli Agile Spirit təlimləri başlanıb.

"Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla münasibətlərimizə dəyər veririk. Bu, tərəfdaş münasibətlərdir, münasibətlərin gələcək də inkişaf etdirilməsi üçün siyasi iradə var. Əlbəttə, bizim üçün vacibdir ki, bu cür təlimlərin ssenariləri bizim ölkəmizə münasibətdə... hansısa pərdələnmiş hərəkətləri nəzərdə tutmasın", - deyə Peskov Azərbaycanın bu təlimlərində iştirakına Kremlin münasibəti barədə suala cavab olaraq bildirib.

O, əlavə edib ki, "təlimlərin ssenariləri NATO-da, Alyansda tərtib olunur. Alyans isə əsas rəqib qismində kimi gördüyünü gizlətmir".

11:20

Müdafiə Nazirliyi NATO-nun Gürcüstandakı təlimlərinə qatılan hərbiçilərin sayını açıqladı

Azərbaycandan Gürcüstanda NATO-nun təlimlərində iştirak edəcək hərbiçilərin sayı bəlli olub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib. Onun sözlərinə görə, NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdə Azərbaycandan iki nəfər hərbiçi müşahidəçi qismində iştirak edəcək.

Dərgahlı Azərbaycan tərəfindən təlimlərə qatılan hərbiçilərin sayının belə az olmasını qabaqcadan nəzərdə tutulan planla izah edib. 

Qeyd edək ki, Gürcüstanda ABŞ-la birgə "Agile Spirit 2021" ("Çevik ruh") çoxmillətli hərbi təlimlər bu gündən start götürüb. İyulun 26-da başlanan təlimlər avqustun 6-dək davam edəcək.

ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2500-ə yaxın hərbi heyət iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Agile Spirit 2021" təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstandadır.

Məlumat üçün bildirək ki, "Agile Spirit" hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Həmçinin oxuyun:

* Gürcüstanda Agile Spirit 2021 təlimləri: hədəflər və vasitələr

* Zakir Həsənov NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb

* Rusiyanın Xəzər, Baltik və Şimal donanmalarının gəmiləri Qara dənizə nə üçün göndərilib

* Pentaqonun Defender Europe manevrləri və NATO-nun Baltops təlimləri – kimə qarşı?

774
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

0
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

0