Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyanın ən iri miqrant vaksinasiyası mərkəzi neçə çalışır?

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidMoskvadakı Lujniki stadionundakı COVID-19 mərkəzində tibb işçisi
Moskvadakı Lujniki stadionundakı COVID-19 mərkəzində tibb işçisi - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
Moskvada əcnəbilər üçün yeni peyvəndlənmə mərkəzi açılıb. Burada həm müxtəlif şirkətlərin əməkdaşlarından təşkil olunmuş qruplara, həm də ayrı-ayrı şəxslərə peyvənd vurulur. Prosedur necə təşkil olunub, bunun üçün nələr lazımdır – bu barədə Sputnik-in icmalında oxuyun.

BAKI, 9 iyul — Sputnik. İyunun 29-da Moskva hökuməti əcnəbi fəhlələlərin koronavirusa qarşı peyvənd olunması kampaniyasına başlayıb. Proqram çərçivəsində Rusiya paytaxtında iki peyvəndlənmə məntəqəsi aaçılıb: Saxarovo kəndindəki miqrasiya mərkəzində və "Sadovod" ticarət mərkəzinin ərazisində. Bundan bir həftə sonra isə, iyulun 6-da Moskva meri Sergey Sobyanin "Lujniki" olimpiya kompleksində yeni peyvəndlənmə mərkəzini (PM) açıq elan edib.

Məsələ bundadır ki, iyulun 15-ə qədər Moskvanın ticarət, xidmət və ictimai iaşə sahəsində çalışan şirkətləri ən azı əməkdaşlarının 60%-ni peyvəndləməlidir. Lakin "Sadovod" və "Saxarovo" peyvəndlənmə məntəqələrinin buraxılış gücü sutkada 4 min nəfər təşkil edirdi. "Lujniki" PM-in buraxılış qabiliyyəti isə gündə 15 min nəfərdir.

"Turistlərə peyvənd vurmayacağıq. Yalnız leqal şəkildə uzun müddət burada olan əcnəbi vətəndaşlara. Pasport, sığorta nömrəsi, əmək müqaviləsi, əgər varsa, iş üçün patent kimi sənədlər lazımdır. Əgər tələbə müraciət edirsə, biz təhsil almasını təsdiq edən sənəd istəyirik", - deyə Moskvanın 191 saylı poliklinikasının baş həkimi Mariya Sokolova bildirib.

Peyvəndin qiyməti 1300 rubldur. Özəl şəxslər nağd hesablaşma zamanı mümkün riskdən qorunmaq üçün peyvəndin qiymətini yerində, onlayn şəkildə ödəyə bilərlər.

"Biz birkomponentli "Sputnik Layt" peyvəndindən istifadə edirik. Bu, Qamaleya mərkəzi tərəfindən hazırlanmış tamamilə təhlükəsiz peyvənddir. Onun tərkibində insan üçün patogen virus yoxdur və hüceyrədaxili və humoral immunitet yaradır (bakterial patogenlərdən orqanizmin müdafiəsi üçün zəruri olan immunitet – red.)".

Kompleksin sahəsi 145 hektardır. Təşkilatçıların sözlərinə görə, peyvəndlənmə mərkəzi üçün bu cür geniş ərazi xüsusi olaraq seçilib. Əcnəbilərin bilavasitə peyvəndlənməsi üçün idman arenasının iki sektoru ayrılıb – tribuna altındakı zallar, azarkeşlər üçün C və D zonaları. Bundan əlavə, bir sıra otaqlarda peyvəndlərin saxlandığı soyuducu kameralar, habelə fərdi mühafizə və dezinfeksiya vasitələri olan anbarlar da var.

Məntəqə əcnəbi vətəndaşların peyvəndlənməsi üçün nəzərdə tutulub. Lakin bura rusiyalılar da gələ bilərlər. Mərkəz hər gün, istirahət günü olmadan səhər saat 10-dan axşam saat 22.00-a qədər işləyir. "Lujniki"nin girişində könüllülər növbə çəkir, gələnlərə yol göztərirlər.

"Lujniki"dən əlavə, Moskvada peyvəndlənmə mərkəzləri 25 şəhər poliklinikasında da açılıb ki, buraya da əvvəlcədən telefonla qəbula yazılmaq olar. Lakin məhz "Lujniki" koronavirusa qarşı peyvənd olunmaq istəyən əcnəbilər arasında ən populyar məntəqəyə çevrilib. "Lujniki" peyvəndlənmə korpuslarından birinin rəhbəri Mariya Sokolovanın fikrincə, səbəb – mərkəzin rahat yerdə yerləşməsi, habelə prosedurun asan və tez həyata keçirilməsindədir.

"Bizim burada üç korpusumuz var, hüquqi şəxslər (şirkət əməkdaşları üçün – red.) və fiziki şəxslər üçün. Həm işəgötürənlərin buraya gətirdiyi əcnəbi fəhlələrdən ibarət mütəşəkkil qrupları, həm də müstəqil şəkildə peyvənd vurmağa qərar vermiş şəxsləri peyvəndləyirik. Peyvənd vurdurmaq üçün yaxşı əhval lazımdır, bundan sonra zəruri sənədləri götürüb gəlirsiniz və C və ya D sektoru qarşısında sizi inzibatçı qarşılayaraq gözləmə zalına ötürəcək. Burada siz cəmi bir neçə dəqiqə olacaqsınız, sonra isə sənədlərin doldurulması zonasına keçəcəksiniz", - deyə Sokolova bildirib.

"Lujniki"də dövlət xidmətləri mərkəzlərinin və Moskva əmək və əhalinin sosial müdafiəsi departamentinin əməkdaşları çalışırlar. Onlar sənədləri və pevəndlənmə barədə sertifikata daxil edilmiş məlumatları yoxlayırlar. Sertifikat dərhal verilir. 21 gündən sonra isə mobil telefon nömrəsinə QR kod göndəriləcək.

QR kodun sms vasitəsilə alınması bu yaxınlarda tətbiq olunub. Ona görə də Avrasiya İqtisadi Birliyi ölkələrinin yaşamaq üçün icazəsi rəsmiləşdirilmiş, lakin artıq peyvənd olunmuş vətəndaşları kodun mos.ru mobil tətbiqindən yüklənməsi zamanı problemlə qarşılaşıblar. Belə ki, sistem Rusiya ərazisində işləmək üçün patentin nömrəsini tələb edir. Halbuki, AİB ölkələri vətəndaşları üçün bu gərək deyil.

"Biz artıq bu cür müraciətlərlə toqquşmuşuq. Bu cür hallarda saytın texniki xidmətinə müraciət etmək və peyvəndlənmə barədə sertifikatın fotoşəklini də qoşmaq lazımdır", - deyə Sputnik-in müxbirinə Moskva hökumətinin nümayəndələri bildiriblər.

Kompleksdə 25 həkim və 99 tibb bacısı çalışır, peyvəndlənmə yerləri bir-birindən 1,5-2 metr məsafədədir. Hər bir zal ayrı-ayrı giriş və çıxış məntəqələri ilə təchiz olunub ki, insanlar bir-biri ilə qarşılaşmasınlar. Burada yeganə mənfi cəhət odur ki, işin bu cür təşkili zamanı peyvənd olunanlar heç də həmişə həkimləri və tibb bacılarını eşitmirlər. Ona görə də hər bir tibb işçisinin əlində göy rəngli kiçik bayraq var – peyvəndlənmə yeri boşalanda tibb işçiləri onların vasitəsilə insanlara işarə verirlər.

Eləcə də oxuyun:

  • Peyvənd müharibəsi: Avropa "Sputnik V" ilə necə mübarizə aparır

  • Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir - Nazir müavini

  • "Delta" ştammı Azərbaycana da gələcək - ÜST nümayəndəsi qorxunc virus barədə

  • Avropa İttifaqı Rusiya ilə COVID-19 sertifikatları üzrə əməkdaşlıq etməyə hazırdır

Xəbər lenti
0