Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Tacikistana hücum olarsa, KTMT-nin atacağı addımları açıqladı

© © Russian Foreign Ministry Press Service via APМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Ötən gün İranın paytaxtı Tehranda Əfqanıstan hökumətinin və Taliban hərəkatının nümayəndələri arasında danışıqlar başlayıb.

BAKI, 8 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Əfqanıstana göndərilməsi ehtimalını şərh edərkən bildirib ki, cavab aydındır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Öz qoşunlarımızı Əfqanıstana göndərəcəyikmi? Mən hesab edirəm ki, cavab aydındır", - deyə Rusiya XİN rəhbəri Uzaq Şərq Federal Universitetində çıxışı zamanı bildirib.

Lavrov, eyni zamanda vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstandan olan yaraqlıların hücumu olacağı təqdirdə Tacikistana kömək məsələsini dərhal müzakirə edəcək.

Qeyd edək ki, ötən gün İranın paytaxtı Tehranda Əfqanıstan hökumətinin və Taliban hərəkatının nümayəndələri arasında danışıqlar başlayıb.

Əfqanıstanda nə baş verir

Birləşmiş Ştatlar Prezidenti Co Bayden aprelin 14-ü Əfqanıstanda hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib. Bu əməliyyat ABŞ tarixində ən çox davam edən xarici hərbi kampaniyadır.

ABŞ Əfqanıstanda əməliyyatlara 2001-ci ilin oktyabrında başlayıb. ABŞ qoşunlarının bu ölkədən çıxarılmasına bu ilin mayından başlanılıb. 2010-2013-cu illərdə əməliyyatların pik dövründə Əfqanıstanda koalisiya qüvvələrinin sayı 150 mindən çox olub. ABŞ və NATO-nun əsas qoşunları bu ölkədən 2014-cü ildə çıxarılıb.

Xatırladaq ki, ABŞ 11 sentyabr 2001-ci il terror aktlarından sonra Əfqanıstan və İraqda hərbi əməliyyatlar keçirib.

Vaşinqtonun keçirdiyi əməliyyatların məqsədlərindən biri "Əl-Qaidə" rəhbəri Üsamə bin Ladenin zərərsizləşdirilməsi idi. ABŞ Federal Təhlükəsizlik Xidməti (FTX) bin Ladenin yerinə dair məlumata görə 25 milyon dollar pul mükafatı da qoyub. Bin Laden 2011-ci ildə ABŞ tərəfindən zərərsizləşdirilib.

ABŞ və müttəfiqlərinin İraqda keçirdiyi hərbi əməliyyatlar mart ayında başlayıb və may ayına qədər davam edib. Vaşinqton Səddam Hüseyn rejimini "Əl-Qaidə" daxil olmaqla, beynəlxalq terrorizmdə və kütləvi qırğın silahlarının hazırlanması və saxlanılmasında ittiham edib. Əməliyyatlar nəticəsində Səddam Hüseyn devrilib və edam edilib.

Xəbər lenti
0