Be-200 amfibiya təyyarəsi, arxiv şəkli

Putinin göstərişi ilə Türkiyəyə Be-200 amfibiya təyyarəsi göndərildi

393
(Yenilənib 09:55 09.07.2021)
Sergey Şoygu tərəfindən Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak üçün göndərilən Be-200 amfibiya təyyarəsi Adanadakı müvəqqəti bazaya uçub.

BAKI, 8 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Türkiyəyə yanğınların söndürülməsinə kömək etmək üçün Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasına məxsus Be-200 amfibiya təyyarəsi göndərilib.

Sputnik Türkiyə xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Sergey Şoygu tərəfindən Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak üçün göndərilən Be-200 amfibiya təyyarəsi Adanadakı müvəqqəti bazaya uçub.

"Rusiyanın Müdafiə Naziri Sergey Şoygu dövlət başçısı Vladimir Putin-in təlimatına uyğun olaraq meşə yanğınlarının söndürülməsinə yardım göstərmək üçün Rusiya Hərbi Dəniz Qüvvələrinin nəzdindəki Dəniz Aviasiyasına məxsus Be-200 amfibiya təyyarəsini Türkiyəyə göndərib. İyunun 8-də Moskva vaxtı ilə saat 16:00-da Krımdakı hava limanından qalxan təyyarə hazırda müvəqqəti eniş edəcəyi Adana hava limanına doğru hərəkət edib", - deyə nazirliyin yaydığı məlumatda bildirilir. 

Qeyd olunur ki, təyyarənin uçuş heyəti bütün vəzifələri yerine yetirmə məsələsində təcrübəyə malikdir. Təyyarənin müvəqqəti dayanacağı hava limanında texniki təchizatını Yeisk Aviasiya Mərkəzinin mühəndis və texniki heyəti həyata keçirəcək. 

Yanğınsöndürmə, zərərçəkmiş bölmələrə təcili yardım çatdırma, suda axtarış və xilasetmə işləri, ambulans, yük daşıma və ətraf mühitin mühafizəsi məqsədləri ilə hazırlanmış Be-200, saatda 150-190 kilometr sürətlə 14 saniyədə doldurduğu 12 ton suyu daşıya bilir. 

393
İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

13
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

13
Arxeoloji qazıntılar

Xəzər xaqanlığı xalqlarının oturaq həyat tərzini sübut edən faktlar aşkar olunub

1131
(Yenilənib 12:22 26.07.2021)
Əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların həyətyanı heyvandarlıqla məşğul olduğunu, dənli bitkilər yetişdirdiklərini sübut edir.

BAKI, 26 iyul — Sputnik. Belqorod Dövlət Milli Tədqiqat Universitetinin (BelDU MTU) arxeoloqları Xəzər xaqanlığı tayfalarının VIII – X əsrlərə aid yaşayış məskənlərində qazma işləri apararkən saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların əkinçilik və həyətyanı heyvandarlıqla məşğul olduğunu, at, iri və xırdabuynuzlu mal-qara, donuz saxladıqlarını, dənli bitkilər yetişdirdiklərini sübut edir.

"Arxeoloqlarımızın əldə etdikləri nəticələr müasir Belqorod vilayəti ərazisində olmuş Saltov-Mayatsk mədəniyyəti nümayəndələrinin oturaq həyat tərzi keçirməsi ilə bağlı mülahizələri təsdiq edir", – deyə BelDU MTU pedaqoji institutunun tarix-filologiya fakültəsinin dekanı Andrey Papkov bildirib.

VII əsrdən X əsrə qədər xəzərlər Şərqi Avropa çöllərində əhəmiyyətli qüvvəyə çevrilir. Onlar özündə çoxsaylı bolqar, alan, hun tayfalarını özündə birləşdirirdi.

VIII əsrdə xəzərlər "Xəzər xaqanlığı" adlı geniş bir dövlət yaradırlar ki, onun da hakimiyyəti Şərqi Avropa xalqlarının böyük hissəsini əhatə edirdi. IX əsrdə xəzərlərin başçıları iudaizmi qəbul edir. Bu, daxili müharibələrə və xəzərlərin zəifləməsinə gətirir.

Xəzər xaqanlığının süqutu X əsrə, Kiyev knyazı Svayotoslavın yürüşü və onların əsas qalalarının məhv edildiyi dövrə təsadüf edir.

Xəzər xaqanlığına dair arxeoloji tapıntılar xəzəryanı bölgələrdə etnik cəhətdən yekcins olmayan əhali tərəfindən yaradılmış Saltov-Mayatsk mədəniyyətinə aiddir.

Bir qayda olaraq Saltov-Mayatsk mədəniyyətinə Podonye çölü, Azovyanı, Taman, Şərqi Krım, Aşağı Volqaboyu və Xəzəryanı Dağıstan əraziləri şamil olunur. Bununla yanaşı, çöl tayfalarının əksəriyyəti köçəri həyat tərzi keçirməkdə davam edirdi.

2021-ci ildə arxeoloqlar Belqorod vilayəti ərazisində iki abidəni tədqiq ediblər. Bunlar Veydelev rayonu ərazisində, Urayeva çayı dərəsində yerləşən "Şpenqarevo kəndi-1" və Alekseyevsk şəhər dairəsində, Qara Kalitva çayının yuxarı axarı boyunca yerləşən "Oturaq kənd-1" yaşayış məskənləridir.

Bir neçə gün ərzində tədqiqatçılar "Şpenqarevo kəndi-1" ərazisində tabaşir qatını yumağa və mədəni qata çıxmağa nail olublar. Burada onlar saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər. Bundan əlavə taxıl və ağac kömür qalıqlarının aşkar edilməsi üçün ərazidən qrunt nümunələri götürülüb.

"Oturaq kənd-1" yaşayış məskənində isə qalınlığı 1,5 m olan mədəni qat aşkar olunub. Burada tapılmış ən qiymətli tapıntılar arasında dəmir biz və metal bıçaq fraqmenti var. Bundan sonra tədqiqatçılar aşkar edilmiş tapıntıları tədqiq etməlidirlər.

Həmçinin oxuyun:

* Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

Şəkidə alban döyüşçülərin qəbirləri aşkarlanıb

1131

Londonun su batmış küçələri

0
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

0
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.