Bakı metrosunda qatar, arxiv şəkli

Qatar gəlir uzaqdan: RF-in metro vaqonları keçmiş SSRİ-nin hansı ölkələrinə göndərilir

39
(Yenilənib 14:53 03.07.2021)
Rusiya mühəndisləri  məxsusi olaraq Bakı metrosu üçün qatarlarda orijinal rəng-qrafika sxemi hazırlayıb, faraların dizaynını dəyişdirib və yerli şəraitə uyğun məlumat sistemi quraşdırıblar.

BAKI, 3 iyul — Sputnik. SSRİ-nin dağılmasından sonra heç də bütün müəssisələr ittifaq respublikaları ilə əlaqələrini davam etdirə bilmədi. Ancaq bu respublikalarla nəinki əvvəlki müqavilələrini saxlayanlar, hətta daha da geniş şəkildə əməkdaşlıq etməyə başlayanların arasında Rusiyanın "Transmaşholdinq" (TMH) Qapalı Səhmdar Cəmiyyəti də var.

Bu həftə Moskva yaxınlığındakı "Metrovaqonmaş" müəssisəsi (TMH-nin tərkibinə daxildir) Azərbaycanın paytaxtına hər biri beş vaqon olmaqla dörd metro qatarı göndərib. Ümumilikdə hazırda 19 metropolitenin qatarlarında Mıtişinsk vaqonlarından istifadə olunur. Bu sıraya Bakı ilə yanaşı, Daşkənd, Minsk, Tbilisi, Kiyev, Xarkov, Dnepr, həmçinin Praqa, Budapeşt, Varşava, Sofiya və digər şəhərlərdə fəaliyyət göstərən metropoliten idarələri aiddir.

Bakı

Rusiyanın Mıtişinsk zavodu Bakı metropoliteni ilə açıldığı vaxtdan, yəni, 1967-ci ildən bəri əməkdaşlıq edir. Bakı metrosu SSRİ-də Moskva, keçmiş Leninqrad, Kiyev və Tbilisidən sonra açılan 5-ci yeraltı nəqliyyat vasitəsi idi. Həmin vaxtdan Bakı metrosunun vaqon tədarükçüsü dəyişməyib. Bakı metropolotenində Moksva yaxınlığındakı zavodda istehsal edilən 300-dən artıq vaqon istismardadır.

2015-ci ildən yeni qatarlar Bakının yeraltı nəqliyyatının vaqon tərkibini genişləndirir. Həmin il Azərbaycana Rusiyadan beş vaqondan ibarət 3 qatar göndərilib. Sonuncu müqavilə 2019-cu ilin oktyabr ayında imzalanıb və 2020-2023-cü illəri əhatə edir. Sənəd Azərbaycana illik 20 ədəd müasir metro vaqonunun göndərilməsini nəzərdə tutur.

Bu həftə Bakı Metropoliteninin qatarları müasir metro vaqonları ilə genişləndirilib - hər biri beş vaqondan ibarət 4 metro qatarı Rusiyadan Azərbaycana göndərilib. Rusiya mühəndisləri həmin qatarlarda məxsusi olaraq Bakı metrosu üçün orijinal rəng-qrafika sxemi hazırlayıb, faraların dizaynını dəyişdirib və yerli şəraitə uyğun məlumat sistemi quraşdırıblar. Metro vaqonlarının istismar müddəti 30 ilə hesablanıb.

Ancaq Mıtişinsk zavodunun Azərbaycanla əməkdaşlığı Bakıda metro açılmasından bir xeyli əvvəl başlayıb. Hələ 1926-cı ildə SSRİ-də ilk dəfə olaraq zavodda elektrikləşdirilmiş yollar üçün elektrikli vaqonların istehsalına start verilib. SSRİ-də ilk belə yol Azərbaycanda 1926-cı ildə Bakı-Sabunçu-Suraxanı marşrutu üzrə açlılıb. Yeri gəlmişkən, Moskva - Mıtişi dəmir yolu bundan bir qədər sonra, yalnız 1929-cu ildə istifadəyə verilib.

Daşkənd

Bu ilin aprel ayında "Metrovaqonmaş" Daşkənd metropoliteni ilə 40 metro vaqonunun istehsalı və təchizatı üçün müqavilə imzalayıb. Qatarların 2021-ci ilin sonunadək istehsal edilərək sifarişçiyə təhvil verilməsi planlaşdırılır. Söhbət hər biri 4 vaqondan ibarət 10 ədəd qatardan gedir. 2019-cu ilin payızında zavod Daşkəndə beş ədəd dördvaqonlu qatar göndərib. Müasir salonlu və iki tərəfə də keçidi olan yeni analoji qatarlar Moskva, Kazan və Bakı metropolitenlərində fəaliyyət göstərir.

Daşkənd metrosunun "Metrovaqonmaş"la əməkdaşlığı 1977-ci ilə, Özbəkistanın paytaxtında ilk metronun açıldığı dövrə təsadüf edir. Daşkənd metrosunun bu ilk vaqonları 1985-ci ildə istismardan çıxarılaraq eksponat kimi muzeyə təhvil verilib. Ümumilikdə 1977-ci ildən bəri Özbəkistanın paytaxtına 20-dən çox metro qatarının çatdırılması təmin edilib.

Ancaq "Transmaşholdinq" QSC Özbəkistanla yalnız metro sahəsində əməkdaşlıq etmir. Belə ki, son üç ildə Özbəkistana yeddi elektrovoz və dörd yük lokomotivi göndərilib. Özbəkistan dəmir yolu işçiləri üçün elektrovozlar ən müasir modifikasiyada hazırlanıb.

Özbəkistana tədarük edilənlərə analoji dizel lokomotivlərindən Monqolustanın Ulan-Bator dəmir yolu, Buryatiyanın Tuqnuysk kömür mədəni, Şhubarkolsk mədəni və Qazaxıstandakı Sokolovsko-Sarbaysk mədən və emal istehsalat birliyində istifadə olunur.

Minsk

Son üç ildə TMH Belarusa 20 sərnişin vaqonu göndərib. Bu vaqonların hamısı müasir rahatlıq və təhlükəsizlik tələblərinə uyğun olaraq hazırlanıb, kondisionerlər, ekoloji təmiz tualet kompleksləri, suyu və havanı dezinfeksiya edən sistemlər, video-müşahidə kameraları və yanğın siqnalları ilə təchiz olunub.

1998-ci ildən bəri Belarus Dəmir Yollarının vaqon parkının yenilənməsi çərçivəsində Tverskoy vaqonqayırma zavodları ("Transmaşholdinq"in tərkibinə daxildir) Minskə 90-dan çox vaqon və Minsk Vaqon Təmiri Zavodunda sonradan yığılmaq üçün 57 vaqon dəsti göndərib.

Nur-Sultan

Son üç ildə holdinq Qazaxıstana iki magistral teplovozu, 17 manevr teplovozu, lokomotiv daşıyan vaqonların yığılması üçün 200-dən çox dəst tədarük edib.

Bununla belə, "Transmaşholdinq" Qazaxıstana yalnız öz məhsullarını göndərmir, həm də yerli dəmir yolu maşınqayırma sənayesinin inkişafında iştirak edir. Belə ki, zavod Qazaxıstanın elektrik lokomotiv yığma zavodu və dizel lokomotiv montaj zavodu kimi yeni müəssisələrin həmtəsisçisidir. Hər iki müəssisənin fəliyyəti ilk növbədə Qazaxıstanın daxili ehtiyaclarını ödəməyə yönəldilib, ancaq MDB ölkələrinə tədarük də həyata keçirilir.

Qazaxıstan üçün sərnişin vaqonlarının istehsalı Tver vaqonqayırma zavodunun texnologiyası və xüsusi dəstləri əsasında bu ölkədəki "Tulpar" müəssisəsində təşkil edilir.

Vilnüs, Kaunas, Şaulyay və Sillamyae

2005-2015-ci illərdə "Metrovaqonmaş" şirkəti dəmir yolları üçün RA-2 avtobusları istehsal etdi. 2008-ci ilin fevral ayında "Metrovaqonmaş" ASC və Litva Dəmir Yolları ASC həmin avtobusların tədarükü ilə bağlı müqavilə imzaladılar.

2008-ci ilin iyun ayında Vilnüsdə avtobusların təqdimetmə mərasimi keçirildi. Təntənəli mərasimdə Litvanın o zamankı baş naziri Gediminas Kirkilas, rabitə və nəqliyyat naziri Algirdas Butkyaviçyus, həmçinin "Lietuvos gelezinkeliai" (Litva Dəmir Yolları) və "Transmaşholdinq"-in rəhbərliyi iştirak edirdi.

Ümumilikdə, Vilnüsə dörd dəmir yolu avtobusu gətirildi ki, onların da ikisi 3, ikisi isə 2 vaqonlu isi. Dörd RA-2 qatarının hamısı Litva Dəmir Yollarının Vilnüs deposuna təhvil verildi və onlar Vilnüs, Kaunas, Şaulyay arasında hərəkət etməyə başladı.

"Transmaşholdinq"-lə əməkdaşlıq daha sonra da davam etdirildi. 2013-cü ildə Litva Dəmir Yollarına və Sillamyae limanına (Estoniya) 16 modul manevr TEM-TMH lokomotivi göndərildi.

Razılaşmaya əsasən, TMH teplovoz komplektlərini öz tərəfdaşına - "Vilnüs Lokomotiv Təmir Deposuna" ötürdü. Burada son yığılma və tamamlanma işlərindən sonra teplovozlar istehlakçılara çatdırıldı. Bütün lokomotivlər Euro IIIA emissiya standartına cavab verən "Caterpillar" dizelləri ilə işləyir.

Təqdirəlayiq haldır ki, bu manevr kapot tipli teplovozlar "Transmaşholdinq"-in təcrübəsində ilk idi və TEM18 lokomotivi əsasında Vilnüs Lokomotiv Təmir Anbarı və Çex şirkəti CZ LOKO ilə birlikdə hazırlanmışdı.

TEM-TMH teplovozları Baltikyanı ölkələrə 2010-cu ildən bəri tədarük olunur. Onlardan 17-si Litva dəmir yolu şəbəkəsində, biri isə Sillamyae limanındadır.

Eləcə də oxuyun:

  • Vaqonlar vandalizmə məruz qalıb? Metropoliten məsələyə aydınlıq gətirdi

  • Rusiyadan Bakıya yeni qatarlar göndərilib

     

39
Teqlər:
Azərbaycan, Rusiya, vaqon, metro, qatar
Pomidor satışı, arxiv şəkli

"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə

548
(Yenilənib 22:17 30.07.2021)
AQTA mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 %-ni təşkil edir.

30.06.2021

Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Sputnik Azərbaycan-ın "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Açıqlamada aşağıdakı sahibkarlıq subyektləri sadalanır:

Əliyev Xaqani Taleh – Tovuz rayonu

Cəfərov Vaqif Yusif – Şəmkir rayonu

Hüseynova Gülqız Ağahəsən – Bakı şəhəri Xətai rayonu

Musayeva Şəhla Qəzənfər – Şəmkir rayonu

Əkbərov Mətləb Fərayıl – Şəmkir rayonu

"Rus Aqro Alliance" MMC – Bakı şəhəri Nərimanov rayonu

Dəmirov Anar Yaşar – Tovuz rayonu

Əsgərov İlham Möhsun – Şəmkir rayonu

İslamov Musa İbiş – Bakı şəhəri Suraxanı rayonu

"Xəzər-R.R.R" MMC – Şəmkir rayonu

Mustafayev Niyaməddin Rüstəm – Şəmkir rayonu.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Oktyabrdan vəziyyət dəyişəcək

1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.

Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdılar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Həmçinin oxuyun:

548
Стенд телеканала RT (Russia Today) в ЭкспоФоруме

Xalid əl-Xatib adına beynəlxalq mükafat üçün müraciətlər qəbul olunmağa başlayıb

7
(Yenilənib 21:58 30.07.2021)
Münaqişə zonalarından ən yaxşı işlərə görə jurnalistlərə təqdim olunan növbəti mükafat mərasiminə start verilib.

BAKI, 30 iyul - Sputnik. RT telekanalı Khaled Alkhateb International Memorial Awards — münaqişə zonalarından ən yaxşı işlərə görə hər il jurnalistlərə təqdim olunan beynəlxalq mükafat mərasiminə müraciətlərin qəbuluna başlayıb. Mükafat 2017-ci il iyulun 30-da Suriyada həlak olmuş jurnalist Xalid əl-Xatibin xatirəsinə ehtiram olaraq təsis edilib. Xalid əl-Xətib RT Arabic ilə əməkdaşlıq edib. Bu il mükafat dördüncü dəfə təqdim olunacaq.

Mükafat üç kateqoriyada təqdim olunur:

"Münaqişə zonasından ən yaxşı iş: Uzun video",

"Münaqişə zonasından ən yaxşı iş: Qısa video",

"Münaqişə zonasından ən yaxşı iş: Mətn".

Khaled Alkhateb International Memorial Awards — 2021 mükafatının qalibləri 200 min Rusiya rublu həcmində pul mükafatı alacaqlar.

Müraciəti award.rt.com saytına təqdim etmək olar. Qaliblər noyabrın 30-da elan ediləcək.

Birinci il mükafatlar İraq, İrlandiya və Sinqapurdan olan iştirakçılara təqdim olunub. Mükafatların münsiflər heyətinə rusiyalı və əcnəbilər, o cümlədən, İradə Zeynalova və Yevgeni Poddubnı daxil olublar.

2019-cu ildə mükafata 25 ölkədən ola işlər namizəd olub. Müsabiqənin laureatları Suriya, İraq və Liviyadakı münaqişələrdən bəhs etmiş Rusiya, ABŞ, İtaliya və Hindistan nümayəndələri olublar.

2020-ci ildə RT mükafatını Rusiya, Suriya və Hindistandan olan hərbi müxbirlər alıblar.

RT telekanalı Khaled Alkhateb International Memorial Awards mükafatını RT Arabic ilə əməkdaşlıq etmiş 25 yaşlı jurnalist Xalid əl-Xətibin xatirəsinə ehtiram əlaməti olaraq təsis edib. O, 2017-ci ildə Suriyanın Xoms əyalətində silahlılar tərəfindən raket zərbəsi nəticəsində həlak olub. Öz reportajlarında Xalid Suriya hökumət qüvvələrinin silahlılarla döyüşlərini işıqlandırıb. 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin Xalid əl-Xətibin ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunması barədə fərman imzalayıb. Medal Khaled Alkhateb International Memorial Awards mükafatının ilk təqdimatı zamanı onun ailəsinə təqdim edilib.

Xalid əl-Xatib adın beynəlxalq mükafat üçün müraciətlər qəbul olunmağa başlayıb
Münaqişə zonalarından ən yaxşı işlərə görə jurnalistlərə təqdim olunan növbəti mükafat mərasiminə start verilib.

RT telekanalı Khaled Alkhateb International Memorial Awards — münaqişə zonalarından ən yaxşı işlərə görə hər il jurnalistlərə təqdim olunan beynəlxalq mükafat mərasiminə müraciətlərin qəbuluna başlayıb. Mükafat 2017-ci il iyulun 30-da Suriyada həlak olmuş jurnalist Xalid əl-Xatibin xatirəsinə ehtiram olaraq təsis edilib. Xalid əl-Xətib RT Arabic ilə əməkdaşlıq edib. Bu il mükafat dördüncü dəfə təqdim olunacaq.

Mükafat üç kateqoriyada təqdim olunur:

"Münaqişə zonasından ən yaxşı iş: Uzun video",

"Münaqişə zonasından ən yaxşı iş: Qısa video",

"Münaqişə zonasından ən yaxşı iş: Mətn".

Khaled Alkhateb International Memorial Awards — 2021 mükafatının qalibləri 200 min Rusiya rublu həcmində pul mükafatı alacaqlar.

Müraciəti award.rt.com saytına təqdim etmək olar. Qaliblər noyabrın 30-da elan ediləcək.

Birinci il mükafatlar İraq, İrlandiya və Sinqapurdan olan iştirakçılara təqdim olunub. Mükafatların münsiflər heyətinə rusiyalı və əcnəbilər, o cümlədən, İradə Zeynalova və Yevgeni Poddubnı daxil olublar.

2019-cu ildə mükafata 25 ölkədən ola işlər namizəd olub. Müsabiqənin laureatları Suriya, İraq və Liviyadakı münaqişələrdən bəhs etmiş Rusiya, ABŞ, İtaliya və Hindistan nümayəndələri olublar.

2020-ci ildə RT mükafatını Rusiya, Suriya və Hindistandan olan hərbi müxbirlər alıblar.

RT telekanalı Khaled Alkhateb International Memorial Awards mükafatını RT Arabic ilə əməkdaşlıq etmiş 25 yaşlı jurnalist Xalid əl-Xətibin xatirəsinə ehtiram əlaməti olaraq təsis edib. O, 2017-ci ildə Suriyanın Xoms əyalətində silahlılar tərəfindən raket zərbəsi nəticəsində həlak olub. Öz reportajlarında Xalid Suriya hökumət qüvvələrinin silahlılarla döyüşlərini işıqlandırıb. 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin Xalid əl-Xətibin ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunması barədə fərman imzalayıb. Medal Khaled Alkhateb International Memorial Awards mükafatının ilk təqdimatı zamanı onun ailəsinə təqdim edilib.

7
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib