Rusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il

Putindən SSRİ-nin bərpası ilə bağlı gözlənilməz açıqlama

143
(Yenilənib 17:10 30.06.2021)
Rusiya Prezidenti Vladimir Putin canlı yayımda bu ölkənin vətəndaşlarının suallarını cavablandırır. O, SSRİ-nin bərpası ilə bağlı suala da özünəməxsus cavab verib.

BAKI, 30 iyun — Sputnik. SSRİ-ni bərpa etmək məqsədəuyğun deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiyanın ərazisi dünyada ən böyükdür:

"Bundan əlavə, Rusiya, şübhəsiz, müxtəlif mineral ehtiyatların dünya anbarıdır. Bunda ölkənin böyük üstünlüyü var. Bununla belə, Rusiya ondan ağılla istifadə etməlidir".

Rusiya Prezidenti eyni zamanda qeyd edib ki, ölkənin "qızıl ehtiyatı" insanlardır.

Putin canlı yayımda vətəndaşların suallarını cavablandırır

Rusiya Prezidenti Vladimir Putin canlı yayımda bu ölkənin vətəndaşlarının suallarını cavablandırır. O, ölkədə COVID-19-la mübarizə ilə bağlı tədbirlər, vaksin, ABŞ və digər dövlətlərlə münasibətlər barədə insanları maraqlandıran suallara cavab verir.

Eləcə də oxuyun:

143
Teqlər:
Vladimir Putin, SSRİ, Rusiya
ABŞ, Gürcütsan və Bolqarıstan ordularının birgə təlimi, arxiv şəkli

Gürcüstanda Agile Spirit 2021 təlimləri: hədəflər vasitələr

9
ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir.

 

BAKI, 24 iyul — Sputnik. Gürcüstan Müdafiə Qüvvələri ilə ABŞ Ordusunun Avropa və Afrikadakı Agile Spirit 2021 birgə təlimləri 26 iyul - 6 avqust tarixlərində beş təlim nöqtəsində - poliqonda və Vaziani hava limanında, Senaki aviabazasında, Orfololo və Sorta təlim meydançalarında baş tutacaq. Artıq ABŞ ordusunun zirehli avtomobilləri hava və dəniz yolu ilə Gürcüstana çatdırılıb ki, bu da faktiki olaraq manevrlərin "benefisiarı" sayılır.

Agile Spirit-in 2021-ci il deklarativ məqsədi – 15 iştirakçı ölkənin qoşunları arasında "operativ uyğunlaşdırmanı" artırmaqdır ki, bu da heç bir əhəmiyyət kəsb etmir. Çünki ortada uyğunlaşdırılmalı xüsusi bir şey yoxdur. Təlimlərin sayı çox deyil və faktiki olaraq iki tərəf – Amerika və Gürcüstan iştirak edir. 2500 iştirakçıdan 700-ü Amerika, 1600-ü isə Gürcüstan hərbçiləridir. Əgər yerdə qalan 200 "süngü"nü digər iştirakçı ölkələrin sayına bölsək, hər bayrağa cəmi 20 nəfər düşər.

Bu cür təmsil olunma, çətin ki, "Tərəfdaşlıqdan keçən güc" devizi altında təşkil olunan çoxmillətli döyüş əməliyyatlarının keyfiyyətini artırsın. Aydın məsələdir ki, təlimlərin əsl məqsədi Amerika hərbi komandanlığı tərəfindən regional əməliyyatlar teatrının öyrənilməsi və Cənubi Qafqazdakı Rusiya Federasiyası və müttəfiqlərinə qarşı yeni təxribatlardır. ABŞ və tərəfdaşlarının növbəti güc nümayişinin yalnız və yalnız Rusiyaya ünvanlandığını anlamaq üçün Qafqazın coğrafi xəritəsinə baxmaq kifayətdir.

Amerika ordusu bu komanda heyətləri ilə təmsil olunur: ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatları, 21-ci Müharibə Dəstək Teatrı, 7-ci Ordu, 173-cü Hava-Desant Briqadası, 1-ci Piyada Briqadası, ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri, Corciya Milli Qvardiyası və başqaları... Bu komandanlıqların tabeliyindəki bütün qoşunlar qəfildən Gürcüstanda peyda olsalar, hər şey baş verə bilər.

Agile Spirit 2021 proqramına briqadaların komanda məntəqələrində qarşılıqlı fəaliyyət, batalyon səviyyəsində döyüş atəşi ilə poliqon təlimləri ("real təlim şəraitində") daxil edilib.

Ən nəzərəçarpan epizodlar - Gürcüstan, Böyük Britaniya və Polşanın iştirakı ilə hava-desant əməliyyatı və Gürcüstan, ABŞ, Böyük Britaniya, Rumıniya və Polşanın Sorta poliqonunda xüsusi əməliyyat qüvvələrinin bəzi birgə hərəkətləridir.

Qalan iştirakçıların - Azərbaycan, Almaniya, Latviya, Litva, Estoniya, Kanada, İtaliya, İspaniya, Türkiyə və Ukraynanın nə işlə məşğul olacağı hələ məlum deyil. Lakin alyans rəsmi olaraq Rusiyanı 2030-cu ilədək əsas hərbi təhlükə hesab edir və "varyaqlar"ın Gürcüstanda olması üçün konseptual və taktiki əsas budur.

Onuncu "ruh"

Agile Spirit 2021 manevrləri dinc əhalisinin təhlükəsizliyinə birbaşa təhdiddir. Məsələn, estoniyalı tərəfdaşlar təlim zonasında meşələri tez-tez yandırırlar, Ukrayna əsgərləri təsadüfən gürcü kəndlərini atəşə tuta bilərlər, Amerika xüsusi təyinatlıları isə kənd təsərrüfatı müəssisələrinə basqın etməyə alışıblar. Hər şeydən əvvəl isə Gürcüstan zirehli texnika kolonnaları Senaki-Leselidze və Xaşuri-Axalsixe-Vale avtomobil yollarını bağlaya bilər.

Agile Spirit təlimləri dinc, nisbətən çiçəklənən Gürcüstanda 2011-ci ildən bəri keçirilir və hazırki təlimlər sayca onuncudır. 2018-ci ildən bu yana Agile Spirit təlimləri hər iki ildən bir keçirilir (2020-ci ildə pandemiya nəticəsində təlimlər baş tutmayıb).

ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir. Xarici qoşunlar on illərdir ki, "dəstək bazaları" şəbəkəsi yaratmaq, sabitliyi pozmaq üçün Gürcüstandan istifadə edir və bununla da yalnız Cənubi Qafqazdakı hərbi-siyasi gərginliyin artmasına xidmət edirlər.

Vaşinqton inadla Tbilisini Moskva ilə ikinci silahlı qarşıdurmaya itələyir, halbuki 2008-ci ilin avqustunda "Təmiz Sahə" Gürcüstan əməliyyatının nəticələrini hələ heç kim yaddan çıxarmayıb.

Müstəqil Gürcüstanın "NATO kursu" ilə getməyə, yenidən silahlanmağa və "əməliyyat uyğunluğunu "inkişaf etdirməyə daha yüz il haqqı var, ancaq Gürcüstanın nöqteyi-nəzərindən "üsyankar" qonşularının təhlükəsizliyi Rusiyanın iqtisadi və hərbi gücü tərəfindən möhkəmləndirilib.

Moskva Tbilisi ilə NATO arasında yaxınlaşma təhlükəsi barədə bir neçə dəfə açıq xəbərdarlıq edib və RF Silahlı Qüvvələri Baş Qərargahının qarşılıqlı strateji planlaşdırması heç kimə sirr deyil.

Alyansın Gürcüstan dağlarındakı manevrləri bütün iştirakçılar üçün ağır itki və nəticələrə gətirib çıxara bilər. Bir də ki, ümumiyyətlə, hərbiləşdirmə heç vaxt ölkələrin inkişafına və çiçəklənməsinə töhfə verməyib.

Yenidən silahlanma və "qoparılış"

3,9 milyon əhalisi olan kiçik və yoxsul Gürcüstan dünya hərbi güc reytinqində Çad və Zimbabvedən sonra 92-ci yerdədir.

Gürcüstan ordusunun 20 000 fəlaiyyətdə olan hərbçisi var. Quru qoşunlarında döyüşqabiliyyətli dörd briqada mövcuddur, silahlanmasına 163 tank, təxminən 156 özüyeriyən texnika və yedəkli silah, 50 raket qurğusu var. Üç il ərzində tank və artilleriya sayı əhəmiyyətli dərəcədə azalıb, lakin Gürcüstan müasir və bahalı NATO standartları ilə ayaqlaşaraq hava hücumundan müdafiə sistemini uğurla inkişaf etdirir. Və nədənsə yüzlərlə tank əleyhinə raket alır.

Heç kim bu respublikanı təhdid etməsə də, kifayət qədər silahı var (hava məkanına nəzarət obyektləri - Qara dənizin qərb hissəsi və Rusiyanın cənubu daxil olmaqla, qonşu ölkələr – 470 kilometrə qədər radius əhatə edir).

Gürcüstan ərazisinin qərbdən şərqə qədər uzunluğu 440 kilometr, şimaldan cənuba isə 200 kilometrə çatmır. İnkişaf etmiş hava hücumundan müdafiə sisteminə yüz milyonlarla lari xərcləməyin heç bir mənası yoxdur, bu yalnız ABŞ və NATO qoşunlarının Qafqazdakı genişmiqyaslı əməliyyatı zamanı yerləşdirilməsi üçün lazım gələ bilər.

Gürcüstan təkcə Amerika istehsalı olan "Javelin" Tank Əleyhinə Raket Kompleksinə 75 milyon dollardan çox vəsait xərcləyib, ancaq belə məlum olub ki, bu da kifayət etmir və silahın yeni partiyasına ehtiyac var.

Tbilisinin Rusiya sərhədləri yaxınlığında NATO hərbi potensialından hər hansı bir şəkildə istifadə etmək planları təəccüb doğurur.

Alyansa üzv ölkələrin keçmiş Yuqoslaviya, Liviya, Əfqanıstan, İraq və Suriyada apardıqları son hərbi əməliyyatların nəticələri yalnız NATO-nun "təcrübə" ölkələrinin regional sabitliyi və milli təhlükəsizliyi ilə uyğunsuzluğundan xəbər verir. Gürcüstanı həqiqi təhdidlər isə yalnız ABŞ və Şimali Atlantika Alyansından gözləyir.

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 23-də bəyan etdi: "Yaxın qonşularımızı, bizə qardaş xalqları "ya Qərb, ya Rusiya Federasiyası" şəklində seçim etməyə məcbur qoyaraq ətrafımızda qeyri-stabillik kəməri yaratmağa çalışırlar"..

Dağıdıcı düşmənçilik məntiqinin kökündə Qərb tərəfdaşlarının tətbiq etdiyi silahlanma, Gürcüstanın Rusiyadan "qoparılması, Qərblə qarşılıqlı öhdəliklər olmadan hərbi-siyasi "münasibətlər" dayanır – yəni, dalana aparan yol...

Eləcə də oxuyun:

9
Tibb işçisi əlində Sputnik V peyvəndinin ampulasının tutub, arxiv şəkli

"Sputnik V" peyvəndi onkoloji xəstələrə tövsiyə olundu

8
(Yenilənib 22:09 24.07.2021)
Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib ki, hormonal terapiya da daxil olmaqla (ancaq hematoloji toksikasiya əlamətləri olmayan) uzunmüddətli müalicə kursu alan bütün pasiyentlər vaksinasiyaya cəlb edilə bilərlər.

 

BAKI, 24 iyul — Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi yetkinlik yaşına çatmış vətəndaşların COVID-19-a qarşı peyvənd olunmasına dair müvəqqəti xarakter daşıyan təlimatları yeniləyib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Beləliklə, dəyişikliklərə əsasən, "Sputnik V" peyvəndi başlanğıc səviyyəsindən asılı olmayaraq müalicəsi başa çatmış bütün xərçəng xəstələri üçün tövsiyə olunur. Əməliyyat olunması planlaşdırılan xəstələr isə bundan 14 gün və ya daha əvvəl vaksinasiya oluna bilərlər.

"EpiVakKorona" (Rusiyanın "Vektor" mərkəzinin istehsal etdiyi peyvənd preparatı) peyvəndi isə allergiyanın ağır formalarından, bədxassəli şişlərdən, ilkin immun çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərə əks-göstəriş sayılır.

Ancaq kəskin infeksion və ya yoluxucu olmayan xəstəlik keçirmiş şəxslərə sağaldıqdan 2-4 həftə sonra bu preparatla peyvənd olunmaları tövsiyə edilir.

Peyvəndin hər hansı bir komponentinə qarşı həssaslıq, xəstəlik tarixçəsində şiddətli allergik reaksiyalarla bağlı halların mövcud olması, ana südü ilə qidalanma vaksindən imtina üçün səbəb sayıla bilər. Bununla belə, hamiləlik inyeksiya üçün əks göstəriş hesab olunmur.

Nazirliyin mətbuat xidməti əmin edir ki, xərçəng əleyhinə müalicə alan xəstələr üçün peyvənd sonrası reaksiyaların artma riski yoxdur.

Nazirlikdən o da bildirilib ki, hormonal terapiya da daxil olmaqla (ancaq hematoloji toksikasiya əlamətləri olmayan) uzunmüddətli müalicə kursu alan bütün pasiyentlər vaksinasiyaya cəlb edilə bilərlər.

 

8
Teqlər:
onkoloji xəstəlik, Rusiya, Sputnik-V peyvəndi, peyvənd
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü