CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya MDB ölkələrinə könüllülər yollayacaq: adət etmədiyimiz peşələrə də tələb var

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidЕвгений Примаков, фото из архива
Евгений Примаков, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.06.2021
Abunə olmaq
Rossotrudniçestvo, Könüllü Mərkəzləri Assosiasiyası və Rus Humanitar Missiyası "Xeyir" adlı birgə layihə hazırlayıblar. Buraya elə bu il yüzlərlə rusiyalı könüllü daxil ediləcək.

BAKI, 26 iyun - Sputnik. "İndiyədək könüllü hərəkatının miqyasının sistemləşdirilməsi mövcud deyildi, ancaq artıq bu il "Xeyir" humanitar missiyasının sayəsində biz MDB, Avrasiya İqtisadi Birliyi, keçmiş SSRİ ölkələrinə 100-150 könüllü göndərəcəyik", - "Rossiya Seqodnya" beynəlxalq multimedia mətbuat mərkəzində "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov deyib.

O qeyd edib ki, layihədə müxtəlif yaşlı insanlar iştirak edə bilərlər. Onlar yerli qeyri-hökumət təşkilatlarıyla (QHT) əməkdaşlıq edərək 2-8 həftə ərzində rus dili dərsi verəcəklər. Könüllülərin orta yaş həddi hələlik 25-35-dir.

Primakov əlavə edib ki, humanitar missiyalarda öyrəşdiyimiz peşələrin sahibləri - həkimlər və ya tibb işçiləri ilə yanaşı, hətta mühasiblər də tələb olunacaq - "hansısa QHT-yə məhz mühasib təhsili olan şəxs gərək ola bilər". Əsas odur ki, bu, qeyri-hökumət sektoruna cəlbolunmadır. 

Könüllü Mərkəzləri Assosiasiyasının sədri Artyom Metelev bildirib ki, xaricdəki missiyaların istiqamətləri arasında təbii və texnogen xarakterli fövqəladə hallar zamanı, təhsil, mədəniyyət, ekologiya və tibb sahələrində humanitar yardıma xüsusi diqqət ayrılacaq. 

"Qaçqınlara yardım, ərazilərin təmizlənməsi və dağıntıların aradan qaldırılması, uşaqlara və yeniyetmələrə məktəblərdə baza fənlərinin öyrədilməsi, mədəni abidələrin və hərbçilərin qəbirlərinin bərpası, tibb, təhsil, mədəniyyət obyektlərinin tikintisi, təbii landşaftların bərpası, xəstəliklərin profilaktikası və səhiyyənin inkişafı - "Xeyir" missiyasının könüllülərinin həll edəcəyi məsələlərdir", - o qeyd edib. 

Maraqlıdır ki, ölkələrdən yardım üçün gələn sorğular arasında belə bir bənd də var - SHT təcrübəsinin yayılması (sağlam həyat tərzi).

2021-ci ildə missiyaların keçiriləcəyi ölkələr arasında Qazaxıstan, Belarus, Qırğızıstan, Moldova, Azərbaycan, Özbəkistan və Ermənistanın adları çəkilir.

"Anlamaq lazımdır ki, bu könüllü hərəkati burada, Rusiyada olanların hesabına gerçəkləşməyəcək. RF-də xəstəxanalarda, məktəblərdə və s. könüllü işləyən uşaqlar - onlar işləyirdilər, işləyirlər və işləyəcəklər. Yəni buradan götürüb oralara göndərməyəcəklər", - Yevgeni Primakov xüsusi qeyd edib.

O, bir neçə misal da gətirib. Tacikistanda antibiotiklərə dayanıqlı təbii vərəm ocağı var. Bu ölkədən insanlar aktiv şəkildə Rusiyaya miqrant qismində daxil olurlar. "Bir dövlət kimi bizə nə daha asan və sərfəlidir: bu problemi orada həll edək, yoxsa buradakıları, o cümlədən öz əhalimizi də sağaltmaqla məşğul olaq?" - Primakov sual edib.

"Xeyir" missiyasının təşkilatçıları bildiriblər ki, xaricdə könüllü missiyalarında iştirak üçün könüllülərin seçimi iyunun 25-də açılmış dobro.ru platforması vasitəsilə aparılacaq. Portalda qeydiyyatdan keçəndən sonra namizədlər bacarıqları və könüllülük təcrübələrini göstərməklə anket doldura, səlahiyyət testi (stressə davamlılıq, icra qabiliyyəti, komandada iş, liderlik və s.) keçə, onlayn kursda iştirak edə, müsahibə verə bilərlər. Sonra potensial könüllünü tədris və seçim gözləyir. Missiya müddətində könüllü sığorta olunacaq, səfərləri, mənzil kirayəsi və yeməyi ödəniləcək. 

Eləcə də oxuyun:

  • Primakov: "Biz təhsil vasitəsilə digər ölkələri gücləndirmək istəyirik"

  • "Azərbaycan Sovet İttifaqında kosmonavtikanın inkişafına böyük töhfə verib" - FOTO

  • Rusiya universitetlərinə daxil olmaq 5 dəfə asanlaşdı: xaricilər üçün superxidmət nədir?

Xəbər lenti
0