Vladimir Putin, arxiv şəkli

Keçmişə baxmayaraq açıq olmaq - Putin

3543
(Yenilənib 14:04 22.06.2021)
Rusiya liderinin Böyük Vətən müharibəsinin başlanmaısnın 80 illiyinə həsr edilmiş məqaləsi Almaniyanın Die Zeit qəzetində çap olunub.

BAKI, 22 iyun - Sputnik. Almaniyanın gündəlik Die Zeit qəzetində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin "Keçmişə baxmayaraq açıq olmaq" adlı məqaləsi dərc olunub. Məqalə Böyük Vətən müharibəsinin başlamasının 80-ci ildönümünə həsr edilib.

Sputnik Azərbaycan məqalənin tam mətnini təqdim edir:

"1941-ci il iyunun 22-də, düz 80 il əvvəl, faşistlər praktiki olaraq bütün Avropanı fəth etdikdən sonra SSRİ-yə hücum etdilər. Sovet xalqı üçün Böyük Vətən müharibəsi, ölkəmizin tarixində ən qanlı müharibə başladı. On milyonlarla insan həlak oldu, iqtisadi potensiala və mədəni irsə nəhəng zərbə dəydi.

Biz Qızıl Ordunun qəhrəmanlarının və arxa cəbhəni zəhmətkeşlərinin əzmkarlığı və cəsurluğu ilə fəxr edirik. Onlar nəinki Vətənin müstəqilliyini və ləyaqətini müdafiə etdilər, həm də Avropa və dünyanın kölə olmaqdan qurtardılar. İndi kimin keçmişin səhifələrini yenidən yazmaq istəməsindən asılı olmayaraq – həqiqət ondadır ki, sovet əsgəri Almaniya torpağına almanlardan qisas almaq üçün deyil, nəcib, böyük xilaskar missiyası ilə gəlmişdi. Bizim üçün faşistlərlə mübarizə aparmış qəhrəmanların xatirəsi müqəddəsdir. Biz təşəkkür hissi ilə ümumi Qələbəni yaxınlaşdırmış antihitler koalisiyası üzrə müttəqfiqlərimizi, Müqavimətin iştirakçılarını, alman antifaşistlərini yada salırıq.

Dünya müharibəsinin dəhşətlərini yaşamış Avropa xalqları yenə də qarşılıqlı etimadı və hörməti bərpa edə bildilər, inteqrasiyaya istiqamətləndilər ki, ötən əsrin ilk yarısının Avropa faciələri təkrarlanmasın. Və xüsusi ilə qeyd etmək istəyirəm ki, belə Avropanın qurulması üçün bizim xalqımızın və müasir birləşmiş Almaniyanın həm şərqində, həm də qərbində yaşayan almanların tarixi barışması nəhəng rol oynadı.

Onu da xatırladım ki, məhz alman sahibkarları müharibədən sonrakı illərdə bizim ölkəmizlə kooperasiyanın pionerləri oldular. 1970-ci ildə konstruktiv qarşılıqlı asılılığın əsasını qoymuş, bir çox sonrakı möhtəşəm layihələrin, o cümlədən "Şimal axını" qaz boru kəmərinin tikintisinin əsasını təşkil etmiş SSRİ və AFR arasında Avropaya təbii qaz tədarükünə dair "əsrin razılaşması" bağlandı.

Biz ümid edirdik ki, soyuq müharibənin başa çatması Avropa üçün ümumi qələbə olacaq. Elə gəlirdi ki, bir az da keçəcək və Şarl de Qollun vahid qitə barədə arzusu hətta coğrafi "Atlantikadan Uraladək" yox, mədəni, sivilizasiyalı Lissabondan Vladivostokadək reallıq olacaq.

Rusiya məhz bu məntiqlə - ortaq dəyərlər və maraqlarla birləşdirilmiş Böyük Avropa qurma məntiqi ilə - avropalılarla münasibətlərini inkişaf etdirməyə çalışdı. Həm bizim tərəfimizdən, həm Avropa İttifaqı tərəfindən bu yolda çox işlər görüldü.

Ancaq fərqli bir yanaşma üstün oldu. Onun əsasında özü belə Soyuq Müharibənin qalığı olan Şimali Atlantika İttifaqının genişlənməsi dayanırdı. Axı o, məhz o dövrün qarşıdurması üçün də yaradılmışdı.

Məhz blokun Şərqə doğru, yeri gəlmişkən, sovet rəhbərliyinin faktiki olaraq birləşmiş Almaniyanın NATO-da üzvlüyünə razı salınmaısndan başlamış hərəkəti, Avropada sürətli qarşılıqlı etimadsızlığın artmasında əsas rol oynadı. O vaxt sözdə verilmiş vədlər, "bu sizə qarşı deyil", "blokun sərhədləri sizə yaxınlaşmayacaq" barədə tez bir zamanda unuduldu. Presedent isə yaradıldı.

Və 1999-cu ildən NATO-nun daha beş genişlənmə dalğası oldu. Təşkilata keçmiş Sovet İttifaqının respublikaları da daxil olmaqla 14 yeni ölkə üzv oldu. Bu isə faktiki olaraq ayırıcı xətlərisiz qitəyə ümidləri dəfn etdi. Bu barədə yeri gəlmişkən, 80-ci illərin ortalarında ASDP-nin liderlərindən biri olan Eqon Bar xəbərdarlıq etmişdi. O, Almaniya birləşəndən sonra Avropanın bütün təhlükəsizlik sistemini yenidən qurmağl təklif etmişdi, həm SSRİ-nin, həm də ABŞ-ın iştirakı ilə. Amma o vaxt nə SSRİ-də, nə ABŞ-da, nə də Avropada heç kim ona qulaq asmaq istəmədi.

Bundan əlavə, bir çox ölkələr süni seçim qarşısında qoyuldular – ya kollektiv Qərblə, ya da Rusiya ilə olmaq. Faktiki olaraq bu ultimatum idi. Belə aqressiv siyasətin hansı nəticələrə gətirdiyini biz Ukraynanın 2014-cü il faciəsinin misalında görürük. Avropa fəal şəkildə Ukraynadakı antikonstitision hərbi çevrilişi dəstəklədi. Hər şey də bundan başladı. Bunu etmək nəyə lazım idi? Onda fəaliyyətdə olan prezident Yanukoviç artıq müxalifətin bütün tələbləri ilə razılaşmışdı. Niyə ABŞ çevrilişi təşkil etdi, Avropa ölkələri isə onu iradəsiz olaraq dəstəklədilər və Ukraynanın özündə parçalanmaya, Krımın onun tərkibindən çıxmasına səbəb oldular?

İndi bütün Avropa təhlükəsizlik sistemi deqradasiyaya uğrayıb. Gərginlik artır, yeni sürətlə silahlanma riskləri real olur. Biz kooperasiyanın bizə verdiyi böyük imkanları əldən veririk. O indi daha vacibdir. İndi biz ümumi çağırışlarla, pandemiya və onun ağır sosial-iqtisadi nəticələri ilə qarşılaşmışıq.

Niyə belə olur? Və ən əsası, biz birlikdə hansı nəticələri çıxarmalıyıq? Tarixin hansı dərslərini yada salmalıyıq? Fikrimcə, ən əvvəl Böyük Avropanın bütün müharibədən sonrakı tarixinin nəyi təsdiqlədiyini: bizim ümumi qitəmizin çiçəklənməsi və təhlükəsizliyi yalnız Rusiya da daxil olmaqla bütün ölkələrin birgə səyləri ilə mümkündür. Çünki Rusiya ən iri Avropa dövlətlərindən biridir. Və biz özümüzün Avropa ilə ayrılmaz mədəni və tarixi əlaqəmizi hiss edirik.

Biz dürüst, yaradıcı qarşılıqlı fəaliyyətə hazırıq. Bizim Atlantikadan Sakit okeana qədər vahid əməkdaşlıq və təhlüsizlik məkanının yaradılması ilə bağlı ideyamız bunu təsdiq edir. Bu məkan özündə müxtəlif inteqrasiya formatlarını, o cümlədən Aropa ittifaqını və Avrasiya İqtisadi İttifaqını da billəşdirə bilərdi.

Bir daha təkrar edirəm: Rusiya Avropa ilə tam əhatəli tərəfdaşlığın bərpasına tərəfdardır. Bizim qarşılıqlı maraq kəsb edən çoxlu birgə mövzülarımız var. Bura təhlükəsizlik və strateji sabitlik, cəhiyyə və təhsil, rəqəmsallaşdırma, energetika, mədəniyyət, elm və texnologiya, iqlim və ekoloji problemlərin həlli daxildir.

Dünya dinamik şəkildə inkişaf edir, yeni çağırışlarla və təhdidlərə qarşılaşır və biz sadəcə olaraq keçmiş anlaşılmazlıqların, incikliklərin, münaqişə və səhvlərin yükünü özümüzlə daşıya bilmərik. O yükü ki, bizə diqqəti aktual problemlərin həllinə yönəltməkdə mane olacaq. Əminik ki, biz hamımız bu səhvləri etiraf etməli və onları düzəltməliyik. Bizim ümumi və heç bir mübahisə doğurmayan məqsədimiz – ayırıcı xətlər olmadan qitədə təhlükəsizliyin, Avropa və bütün dünyanın çiçəklənməsi naminə bərabər hüquqlu əməkdaşlıq və ümumi inkişaf üçün vahid məkanın təmin edilməsidir" - məqalədə deyilir.

2020-ci ilin iyununda ABŞ-ın The National Interest nəşri Vladimir Putinin İkinci dünya müharibəsi barədə məqaləsini dərc edib.

3543
İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

17
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

17
Arxeoloji qazıntılar

Xəzər xaqanlığı xalqlarının oturaq həyat tərzini sübut edən faktlar aşkar olunub

1131
(Yenilənib 12:22 26.07.2021)
Əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların həyətyanı heyvandarlıqla məşğul olduğunu, dənli bitkilər yetişdirdiklərini sübut edir.

BAKI, 26 iyul — Sputnik. Belqorod Dövlət Milli Tədqiqat Universitetinin (BelDU MTU) arxeoloqları Xəzər xaqanlığı tayfalarının VIII – X əsrlərə aid yaşayış məskənlərində qazma işləri apararkən saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların əkinçilik və həyətyanı heyvandarlıqla məşğul olduğunu, at, iri və xırdabuynuzlu mal-qara, donuz saxladıqlarını, dənli bitkilər yetişdirdiklərini sübut edir.

"Arxeoloqlarımızın əldə etdikləri nəticələr müasir Belqorod vilayəti ərazisində olmuş Saltov-Mayatsk mədəniyyəti nümayəndələrinin oturaq həyat tərzi keçirməsi ilə bağlı mülahizələri təsdiq edir", – deyə BelDU MTU pedaqoji institutunun tarix-filologiya fakültəsinin dekanı Andrey Papkov bildirib.

VII əsrdən X əsrə qədər xəzərlər Şərqi Avropa çöllərində əhəmiyyətli qüvvəyə çevrilir. Onlar özündə çoxsaylı bolqar, alan, hun tayfalarını özündə birləşdirirdi.

VIII əsrdə xəzərlər "Xəzər xaqanlığı" adlı geniş bir dövlət yaradırlar ki, onun da hakimiyyəti Şərqi Avropa xalqlarının böyük hissəsini əhatə edirdi. IX əsrdə xəzərlərin başçıları iudaizmi qəbul edir. Bu, daxili müharibələrə və xəzərlərin zəifləməsinə gətirir.

Xəzər xaqanlığının süqutu X əsrə, Kiyev knyazı Svayotoslavın yürüşü və onların əsas qalalarının məhv edildiyi dövrə təsadüf edir.

Xəzər xaqanlığına dair arxeoloji tapıntılar xəzəryanı bölgələrdə etnik cəhətdən yekcins olmayan əhali tərəfindən yaradılmış Saltov-Mayatsk mədəniyyətinə aiddir.

Bir qayda olaraq Saltov-Mayatsk mədəniyyətinə Podonye çölü, Azovyanı, Taman, Şərqi Krım, Aşağı Volqaboyu və Xəzəryanı Dağıstan əraziləri şamil olunur. Bununla yanaşı, çöl tayfalarının əksəriyyəti köçəri həyat tərzi keçirməkdə davam edirdi.

2021-ci ildə arxeoloqlar Belqorod vilayəti ərazisində iki abidəni tədqiq ediblər. Bunlar Veydelev rayonu ərazisində, Urayeva çayı dərəsində yerləşən "Şpenqarevo kəndi-1" və Alekseyevsk şəhər dairəsində, Qara Kalitva çayının yuxarı axarı boyunca yerləşən "Oturaq kənd-1" yaşayış məskənləridir.

Bir neçə gün ərzində tədqiqatçılar "Şpenqarevo kəndi-1" ərazisində tabaşir qatını yumağa və mədəni qata çıxmağa nail olublar. Burada onlar saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər. Bundan əlavə taxıl və ağac kömür qalıqlarının aşkar edilməsi üçün ərazidən qrunt nümunələri götürülüb.

"Oturaq kənd-1" yaşayış məskənində isə qalınlığı 1,5 m olan mədəni qat aşkar olunub. Burada tapılmış ən qiymətli tapıntılar arasında dəmir biz və metal bıçaq fraqmenti var. Bundan sonra tədqiqatçılar aşkar edilmiş tapıntıları tədqiq etməlidirlər.

Həmçinin oxuyun:

* Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

Şəkidə alban döyüşçülərin qəbirləri aşkarlanıb

1131

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

0
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

0