Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın Rusiyadakı səfiri Moskvaya qayıdacaq

© MARK WILSON / Getty Images via AFPГосударственный департамент США в Вашингтоне
Государственный департамент США в Вашингтоне - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ paytaxtına gələn Rusiyanın səfiri Anatoli Antonovun geri dönməsini alqışlayır.

BAKI, 22 iyun - Sputnik. ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə Moskvaya qayıdacaq. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Prays əlavə edib ki, Vaşinqton bir gün əvvəl ABŞ paytaxtına gələn Rusiyanın səfiri Anatoli Antonovun geri dönməsini alqışlayır.

Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtona döndü

İki ölkə arasındakı münasibətlərin pisləşməsi fonunda mart ayında Moskvaya məsləhətləşməyə dəvət olunan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov iyunun 20-də ABŞ-a uçub.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirləri geri qaytarmaq barədə razılığa gəliblər.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan tezliklə Rusiyaya dönəcəyini bildirmişdi. 

Səfirin geri çağırılması

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden bu il martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.

Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavabında bildirib ki, “Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”. 

Rusiya XİN-in səfirin geri çağrılması ilə bağlı yaydığı bəyanatda deyilirdi: "Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün əlverişli səbəbdir". 

Nazirlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğunu və ən əsası bundan çıxmağın yollarını tapdığını qeyd edib:

"Amerikalılar bununla bağlı riskləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq".

Korlanan münasibətlər fonunda Anatoli Antonov Moskvaya dönəndən sonra Con Sallivan da məsləhətləşmələr üçün Vaşinqtona getmişdi. 

Xəbər lenti
0