Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin iyunun 30-da ölkə vətəndaşlarının suallarını cavablandıracaq

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ В. Путин провел встречу с выпускниками программы развития кадрового резерва Высшей школы госуправления
Президент РФ В. Путин провел встречу с выпускниками программы развития кадрового резерва Высшей школы госуправления - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Proqram Moskva vaxtı ilə saat 12:00-da "Birinci kanal", "Rossiya 1", "Rossiya 24", "NTV", "ORT", "Mir" telekanalları, "Mayak", "Vesti FM" və "Rusiya radiosu" radiostansiyalarının efirində yayımlanacaq

BAKI, 20 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da birbaşa xəttə çıxacaq. Proqram Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə 13:00) yayımlanacaq.

"İyunun 30-da Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin daha bir "Birbaşa yayım"a çıxacaq. Proqram Moskva vaxtı ilə saat 12:00-da "Birinci kanal", "Rossiya 1", "Rossiya 24", "NTV", "ORT", "Mir" telekanalları, "Mayak", "Vesti FM" və "Rusiya radiosu" radiostansiyalarının efirində yayımlanacaq", - deyə RİA Novosti-nin məlumatında bildirilir.

Prezident sərbəst rejimdə rusiyalıları maraqlandıran sualları cavablandıracaq.

Xatırladaq ki, Rusiya prezidenti vaxtaşırı birbaşa yayıma çıxaraq ölkə vətəndaşlarını maraqlandıran ən müxtəlif suallara cavab verir. 

Xəbər lenti
0