Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə görüş zamanı, 16 iyun 2021-ci il

İsveçrə prezidentindən Putin Baydenə özəl hədiyyə

252
(Yenilənib 19:04 18.06.2021)
Qi Parmelan ABŞ-Rusiya sammiti zamanı ABŞ prezidenti Cozef Bayden və Rusiya prezidenti Vladimir Putinə yerli istehsal olan “Tissot”un “T-Touch Connect Solar” modelli qol saatı hədiyyə edib.

BAKI, 18 iyun — Sputnik. İsveçrə prezidenti Qi Parmelan ABŞ-Rusiya sammiti zamanı ABŞ prezidenti Cozef Bayden və Rusiya prezidenti Vladimir Putinə yerli istehsal olan “Tissot”un “T-Touch Connect Solar” modelli qol saatı hədiyyə edib.

Bu barədə RİA Novosti-nin yaydığı məlumatda bildirilir. 

Saatın pərakəndə satış qiyməti 995 İsveçrə frankıdır (təxminən 1100 dollar). Bu model saatdan Rusiyada 2022-ci ildə satışa çıxarılacaq.

Xatırladaq ki, Cenevrədəki görüşdə Co Bayden də Vladimir Putinə hədiyyə verib. ABŞ Prezidenti rusiyalı həmkarına büllur heykəl və aviator eynəyi bağışlayıb.

Putin - Bayden görüşü

Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.

Rusiya - ABŞ birgə bəyanatı
Çərşənbə günü, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdın sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.

Bəyanatın əsas məqamları:

"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər. 

Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik. 

Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".

Həmçinin oxuyun:

Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?

Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratları

Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı

Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi

Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədə

Putin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib

252
Azərbaycan və Türkiyə hərbçiləri Karsda QIŞ-21 təlim zamanı

Peskov Azərbaycan Türkiyənin müştərək ordu yaratması barədə söhbətlər haqqında

20
Rusiya prezidentinin mətbuat katibi deyib ki, Türkiyə və ya Azərbaycan prezidentlərinin bu barədə hər hansı fikri məlum deyil.

BAKI, 29 iyul — Sputnik. Kreml ümid edir ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı bölgədə sabitliyə zərər vurmayacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bir müddət əvvəl Türkiyə parlamentinin rəhbəri Mustafa Şəntop bildirib ki, Türkiyə ilə Azərbaycan müştərək türk ordusu yaratmaq barədə danışıqlar aparırlar.

Belə bir layihəyə Kremlin münasibəti və həmin layihənin Rusiya və onun müttəfiqləri üçün potensial təhlükə olub-olmayacağı barədə suala cavabında Peskov bildirib: "Təbii ki, Azərbaycan və Türkiyə ikitərəfli münasibətləri inkişaf etdirirlər. Bu yenə də, onların suveren işləridir. Vacib olan odur ki, bu, bölgədə sabitlik ab-havasına və hadisələrin proqnozlaşdırıla bilən olmasına zərər vurmasın. Bununla bağlı bizim həm türkiyəli, həm də azərbaycanlı tərəfdaşlarla mütəmadi əlaqələrimiz var".

Rusiya prezidentinin mətbuat katibi onu da deyib ki, bu ölkələrin icra hakimiyyətlərinin – Türkiyə və ya Azərbaycan prezidentlərinin bu barədə hər hansı fikirləri məlum deyil.

Həmçinin oxuyun:

* Moskva Azərbaycanın NATO təlimlərinə qatılmasına münasibət bildirdi

* Kreml Paşinyanın sərhədə Rusiya hərbçilərini yerləşdirmək təklifinə reaksiya verdi

20
Agile Spirit 2021 təlimi

Moskva Azərbaycanın NATO təlimlərinə qatılmasına münasibət bildirdi

747
(Yenilənib 18:44 29.07.2021)
Putinin sözçüsü deyib ki, onlar üçün vacib olan bu cür təlimlərin ssenarilərinin Rusiyaya münasibətdə hansısa pərdələnmiş hərəkətləri nəzərdə tutmamasıdır.

BAKI, 29 iyul — Sputnik. Kremldə hesab edirlər ki, NATO-nun Gürcüstandakı təlimləri diqqətlə izlənilməli olan mövzudur. Belə bir açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

"Bu, bir daha sübut edir ki, NATO özünün hərbi infrastrukturu ilə bizim sərhədlərimiz ətrafındadır, özü də təkcə sərhədlər ətrafında deyil, bilavasitə sərhədlərimizdədir. Bu, əlbəttə, bizim tərəfimizdən diqqətlə izlənməli mövzudur", - deyə Peskov bildirib.

"NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması onu özünün təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görməyə vadar edir", - deyə o vurğulayıb.

"Bu barədə həm prezident, həm müdafiə naziri, həm də nümayəndələrimiz ən yüksək səviyyələrdə danışıblar", - deyə Peskov əlavə edib.

Prezidentin mətbuat katibi onu da deyib ki, Kreml NATO təlimlərinin ssenarisinin Rusiya əleyhinə pərdələnmiş hərəkətlər anlamana gəlməməsinin vacib olduğunu hesab edir.

Çərşənbə axşamı Gürcüstanda 15 ölkədən, o cümlədən Azərbaycandan olan 2,5 min hərbi qulluqçunun iştirakı ilə NATO-nun çoxmillətli Agile Spirit təlimləri başlanıb.

"Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla münasibətlərimizə dəyər veririk. Bu, tərəfdaş münasibətlərdir, münasibətlərin gələcək də inkişaf etdirilməsi üçün siyasi iradə var. Əlbəttə, bizim üçün vacibdir ki, bu cür təlimlərin ssenariləri bizim ölkəmizə münasibətdə... hansısa pərdələnmiş hərəkətləri nəzərdə tutmasın", - deyə Peskov Azərbaycanın bu təlimlərində iştirakına Kremlin münasibəti barədə suala cavab olaraq bildirib.

O, əlavə edib ki, "təlimlərin ssenariləri NATO-da, Alyansda tərtib olunur. Alyans isə əsas rəqib qismində kimi gördüyünü gizlətmir".

11:20

Müdafiə Nazirliyi NATO-nun Gürcüstandakı təlimlərinə qatılan hərbiçilərin sayını açıqladı

Azərbaycandan Gürcüstanda NATO-nun təlimlərində iştirak edəcək hərbiçilərin sayı bəlli olub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib. Onun sözlərinə görə, NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdə Azərbaycandan iki nəfər hərbiçi müşahidəçi qismində iştirak edəcək.

Dərgahlı Azərbaycan tərəfindən təlimlərə qatılan hərbiçilərin sayının belə az olmasını qabaqcadan nəzərdə tutulan planla izah edib. 

Qeyd edək ki, Gürcüstanda ABŞ-la birgə "Agile Spirit 2021" ("Çevik ruh") çoxmillətli hərbi təlimlər bu gündən start götürüb. İyulun 26-da başlanan təlimlər avqustun 6-dək davam edəcək.

ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2500-ə yaxın hərbi heyət iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Agile Spirit 2021" təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstandadır.

Məlumat üçün bildirək ki, "Agile Spirit" hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Həmçinin oxuyun:

* Gürcüstanda Agile Spirit 2021 təlimləri: hədəflər və vasitələr

* Zakir Həsənov NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb

* Rusiyanın Xəzər, Baltik və Şimal donanmalarının gəmiləri Qara dənizə nə üçün göndərilib

* Pentaqonun Defender Europe manevrləri və NATO-nun Baltops təlimləri – kimə qarşı?

747
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0