Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva təsdiq edir: Bakının razılığı olmadan bölgəyə heç kim ayaq basmayacaq

© AP Photo / Darko VojinovicВид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива
Вид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
Fransa və almaniyalı həmkarları ilə söhbətdə Lavrov deyib ki, bölgədə baş verən hadisələrə beynəlxalq təsisatların qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür

BAKI, 8 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Fransanın Avropa məsələləri və xarici işlər naziri Jan-İv Le Drian və Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Haykoo Maas arasında telefon danışığı olub.

Moskvanın dəqiq mövqeyi

Sputnik Azərbaycan xəbər verir ki, söhbət əsnasında beynəlxalq gündəlikdə duran məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ ətrafında vəziyyət, eləcə də üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi məsələləri də müzakirə olunub.

Xarici siyasət idarələri rəhbərləri atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və meydana çıxan fikir ayrılıqlarının siyasi-diplomatik yolla həllinin zəruriliyini qeyd ediblər. Nazirlər həmçinin ATƏT Minsk qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində rolunu təsdiq ediblər.

Ən əsası isə Rusiya tərəfi vurğulayıb ki, məsələlərə beynəlxalq təsisatların qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür.

"Paşinyanın planı"

Rusiyalı nazirin bu cür bəyanatı faktiki olaraq Moskvanın "Paşinyanın nizamlanma planına" ilk reaksiyası olub. Bir müddət əvvəl Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə unison olaraq Azərbaycan və Ermənistan qoşunlarının əvvəlki mövqelərə qayıtmasını təklif edirdi.

Paşinyanın qənaətinə görə, yalnız bundan sonra, sərhədlərin dəqiqləşdirilməsi prosesi beynəlxalq missiyaların nəzarəti altında başlaya bilər. Onun sözlərinə görə, beynəlxalq missiya dedikdə Azərbaycan və Ermənistan sərhədi boyunca Rusiya və ya ATƏT MQ-nin digər üzvünün müşahidəçilərinin yerləşdirilməsi nəzərdə tutulur (Fransa və ABŞ).

Rəsmi Bakı Paşinyanın nizamlanma "plan"ına heç bir reaksiya vermir. Azərbaycan hökümətinin mövqeyi onsuz da bəllidir: Bakı Ermənistanla sərhədlərin delimitasiyası təklifini dəstəkləyir, amma yalnız ərazi bütövlüyünə riayət olunması şərti ilə.

Azərbaycan Xarici İşlər Nazirliyi əmindir ki, yalnız bu əsasda dövlətlərarası münasibətləri normallaşdırmaq, delimitasiya və demarkasiyanı başlamaq və nəhayət sülh şəraitində birgə yaşamaq üçün zəmin yaratmaq olar.

Moskva isə Paşinyanın təklifindən əvvəl də hər iki dövlətdən bu cür xahiş daxil olduğu təqdirdə Azərbaycan və Ermənistana sərhəddə gərginliyin nizamlanması üçün yardım göstərməyə hazır olduğunu bildirib. İndi isə Lavrov bu mövqeyi bir daha dilə gətirib.

Belə görünür ki, Ermənistan liderinin Avropa səyahəti heç bir nəticə verməyib.

Bakı artıq cavab verib

Avropalılar və amerikalılar Bakının icazəsi olmadan bölgəyə gələ bilməzlər və Moskva bir daha bunu təsdiq edib. Azərbaycan hökuməti isə, məlum olduğu kimi, bu məsələdə öz mövqeyini dəqiq bəyan edib və bu günlərdə Yerevana və Parisə xatırladıb ki, Qarabağda atəşkəs Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanat əsasında təmin olunur. Onun təmin olunması missiyasını isə Rusiya sülhməramlıları yerinə yetirirlər. Bölgədə sülhün təmin olunmasında Fransanın roluna gəldikdə isə, Azərbaycan hələ ki, onu bu rolda ümumiyətlə görmür.

Belə görünür ki, bunu Paşinyan özü də anlayır. Belə ki, parlament seçkiləri ərəfəsində o, nəinki məzuniyyətə gedib, həmçinin bir neçə qəribə bəyanatlar da verib. Həmin bəyanatlardan birində deyilir ki, "Bakı qazamatlarında olan erməni hərbi əsirləri Ermənistanın müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparırlar və 1-2 aylıq azadlıqdan məhrum olunduqlarına görə bağışlayarlar (Ermənistan hakimiyyətini – red.)".

Xəbər lenti
0