Rusiyada miqrantlar, arxiv şəkli

Rusiya miqrantlara qarşı tələbləri sərtləşdirir - Rusca bəzi ifadələri əzbər bilməlisiniz

1258
(Yenilənib 15:08 07.06.2021)
Hökumətin qərarına əsasən, iş icazəsi və ya patent almaq üçün müraciət edən şəxs "filan yerə necə getmək olar, filan yerim ağrıyır" və digər bu tipli ifadələri rus dilində sərbəst deyə bilməlidir.

BAKI, 7 iyun — Sputnik. Rusiyada işləmək üçün icazə və ya patent almaq istəyən əcnəbilər bundan sonra rus dilində polisə, poliklinikaya müraciət etmək və işə qəbulla bağlı müsahibədən keçmək üçün bu dili kifayət qədər bildiklərini təsdiqləməlidirlər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu tələblər, 7 iyun tarixindən qüvvəyə minən və Rusiya Prezidenti tərəfindən imzalanan bu ölkədə yaşayan əcnəbilərin hüquqi statusunu tənzimləyən qanuna edilmiş əlavə və dəyişikliklərdə yer alır.

Hökumətin qərarına əsasən, iş icazəsi və ya patent almaq üçün müraciət edən şəxs xarici dil kimi rus dilindən imtahan verdiyi vaxt sosial-məişət sahəsində ünsiyyət ehtiyacını (işə qəbul, polisə, poliklinikaya müraciət və s.) təmin etməyi bacardığını təsdiqləməlidir.

Bundan başqa, miqrantlar müsahibinin səsləndirdiyi və ya audio məlumat kimi ötürülən informasiyanı şifahi şəkildə qəbul etməyi də bacarmalıdır.

"Əsas məzmunu başa düşmək, söhbətin nədən getdiyini müəyyənləşdirmək üçün sosial-məişət və məhdud peşə sahələri ilə əlaqəli mətnləri (işə götürmə, polisə, poliklinikaya müraciət və s.) oxuyub anlamalıdır," – deyə sənəddə qeyd olunur.

Eləcə də, rus dili imtahanından müvəffəqiyyətlə keçmək üçün bəzi anketləri, formaları doldurmağı bacarmaq tələb olunur.

Rus dili sertifikatının etibarlılıq müddəti, həmçinin Rusiya tarixini və Rusiya Federasiyası qanunvericiliyinin əsaslarını bilmə tarixi sertifikatın verildiyi gündən müəyyənləşdirlir. Rusiya Federasiyasındakı "Xarici Vətəndaşların Hüquqi Statusu haqqında" Federal Qanunun 133-cü maddəsinə əsasən, sertifikatın etibarlılıq müddəti üç ildir.

Rusiyada yaşamaq üçün icazə alanlara sertifikat müddətsiz veriləcək. Yaşayış icazəsi ləğv olunarsa, sertifikatın etibarlılığı da avtomatik olaraq qüvvədən düşəcək.

Bununla belə, Rusiyada yaşamaq üçün icazə almaq istəyənlərin imtahan sualları daha çətin olacaq.

Rusiya Dövlət İdarəetmə Universitetinin professoru Vladimir Volox qanuna edilmiş dəyişikliyi belə şərh edib: "Biz bilirik ki, əvvəllər də Rusiyaya əmək fəaliyyəti üçün üz tutan miqrantlar, eləcə də yaşamaq üçün icazə və ya vətəndaşlıq almaq istəyənlər rus dili, tarix və qanunvericiliyin əsaslarından kompleks imtahan verirdilər. Mənim fikrimcə, qanuna indi edilən dəyişikliklər sadəcə əvvəllər qəbul edilmiş müddəaları konkretləşdirir".

Volox Rusiyada əvvəllər mövcud olan sistemi isə bu cür izah edib: "Rusiyada iki sistem mövcud idi: Onlardan birinə əsasən, federal tədris müəssisələri sertifikat verirdilər və onun müddəti beş il idi. İkinci sistemə əsasən, yerli orqanların tədris müəssisələri sənəd verirdilər ki, onun müddəti də bir il idi".

Voloxun sözlərinə görə, yeni qərarla "orta norma" müəyyən edilib ki, bu da üç ilə bərabərdir. Çünki üç ildən sonra dil yavaş-yavaş unudulmağa başlayır.

Professor onu da qeyd edib ki, indi imtahan vermə qaydası bir qədər dəyişəcək. Bundan sonra miqrantlar rus dili və tarix imtahanlarını ali təhsil müəssisələrində və ya onların filiallarında verəcəklər.

Həmçinin oxuyun:

Deportasiyanın bir addımlığında: Rusiya qeyri-leqal miqrantlar problemini necə həll edir?

Rusiyada miqrantlara xüsusi rejim tətbiq olunacaq

Rusiyada əmək miqrantları məhkumlarla əvəz oluna bilər

1258
Vladimir Putin, arxiv şəkli

Putin ABŞ-la münasibətlər, NATO, Suriya böhranı digər məsələlər barədə

1160
RF lideri Vladimir Putin NBC telekanalına müsahibə verib. Müsahibənin mətni Kremlin saytında dərc olunub.

BAKI, 14 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-da RF-Birləşmiş Ştatlar münasibətləri son illər kəskin daxili siyasi mübarizəyə qurban verilib. Bu barədə o, NBC telekanalına müsahibəsində deyib.

"Fikrimcə, Birləşmiş Ştatlarda son illər görülən iş ancaq bu olub ‒ Rusiya-Amerika münasibətləri ABŞ-ın özündə daima kəskin daxili siyasi mübarizəyə qurban verilib", - dövlət başçısı bildirib.

NATO-da söz sahibi kimdir

Müsahibə zamanı NATO ilə bağlı suala cavab verən Rusiya lideri alyansda formal olaraq kollektiv qərar qəbul olunmalı halda, Vaşinqtonun fikrinin prioritet kəsb etdiyini deyib.

"NATO soyuq müharibə dövründə meydana gəlib, lakin bu gün o niyə mövcuddur, çox da aydın deyil... Biz ondan çıxış edirik ki, bu hərbi təşkilatdır, lakin onlar Birləşmiş Ştatların müttəfiqləridir, yəqin ki, vaxtaşırı müttəfiqlərlə görüşmək lazımdır. Lakin mən orada necə bir diskussiya getdiyini təsəvvür edirəm. Aydındır ki, hər şey konsensusla həll olunur, lakin yenə də bir düzgün fikir var, digərləri isə belə desək, çox da düzgün deyillər", - prezident vurğulayıb.

Suriya böhranından çıxış üçün atılacaq addımlar

Putin bəyan edib ki, Suriya üzrə bütün fəaliyyət oradakı vəziyyətin sabitləşdirilməsinə yönəldilməlidir və humanitar yardım təşkil olunmalıdır.

"Bütün bizim məcmu hərəkətlərimiz vəziyyəti sabitləşdirməyə, onu normal məcraya istiqamətləndirməyə yönəldilməlidir. Rusiyanın dəstəyilə Suriya hakimiyyəti ölkə ərazisinin 90 faizdən çoxunda nəzarəti bərpa edib. İndi sadəcə heç bir siyasi kontekstdən asılı olmayaraq  insanlara humanitar yardımı təşkil etmək lazımdır", - dövlət başçısı qeyd edib.

Afroamerikalıların hüquqları və ekstremizm

Rusiya prezidenti ölkəsinin afroamerikalıların öz hüquqları uğrunda mübarizəsini dəstəklədiyini, lakin indi müşahidə olunan istənilən növ ekstremizmə qarşı olduğunu bildirib.

"Biz həmişə afroamerikalıların öz hüquqları uğrunda mübarizəsinə anlayışla yanaşmışıq və bunun müəyyən kökləri, əsasları var. Lakin eyni zamanda, kiminsə hər hansı xeyirxah məqsədlərdən çıxış etməsinə baxmayaraq, əgər bu hansısa əndazəni aşırsa, ekstremizm elementləri alırsa, biz, əlbəttə ki, bunu alqışlaya bilmərik. Və burada bizim buna çox sadə yanaşmamız var: biz afroamerikalıların öz hüquqları uğrunda mübarizəsini dəstəkləyirik, lakin biz indi hərdən təəssüf ki, müşahidə etdiyimiz istənilən ekstremizm növlərinə qarşıyıq", - Putin vurğulayıb.

Müsahibənin geniş mətni ilə Kremlin saytında tanış olmaq mümkündür.

1160
Sputnik V vaksini, arxiv şəkli

Rusiya istehsalı olan "Sputnik V"-nin ilk partiyası Türkiyəyə çatdırılıb

34
Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

BAKI, 14 iyun - Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin ilk partiyası bu gün Türkiyəyə çatdırılıb.

Sputnik Türkiyə xəbər verir ki, “Sputnik V” peyvəndinin ilk partiyasını daşıyan təyyarə Ankara Esenboğa hava limanına enib.

Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca iyun ayının sonunadək Türkiyəyə 30 milyon doza “Sputnik V”nin idxal ediləcəyini bildirib. O, hələ aprel ayında Türkiyənin 6 ay ərzində 50 milyon doza "Sputnik V" alacağını demişdi. 

 “Sputnik V”nin Türkiyədə istehsalı üçün də iki ölkə arasında müqavilə imzalanıb.

Türkiyədən Rusiyaya təşəkkür 

Türkiyə səhiyyə naziri Fahrettin Koca may ayında koronavirusla mübarizədə dəstək üçün Rusiyaya təşəkkür edib.

"Rusiyanın "Sputnik V" vaksini hazırlanmağa başlayandan bəri biz onun tədarükü üçün əlaqə qurmuşuq. İndi bu vaksinin tədarükü üçün razılaşma imzalanıb. Mən bu razılaşmaya görə Rusiya hökumətinə təşəkkürümü bildirirəm", - Koca jurnalistlərə deyib. 

O əlavə edib ki, Türkiyə müxtəlif koronavirus vaksinlərindən 270 milyon doza sifariş verib, bu isə ölkə əhalisinin sayından üç dəfə çoxdur. 

Sputnik V vaksini

Fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

34
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:04 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

0