Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Abdullayevin həlak olmasına dair cinayət işi: hazırda nə məlumdur

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidСотрудник отряда мобильного особого назначения (ОМОН) на блокпосту при въезде в Москву
Сотрудник отряда мобильного особого назначения (ОМОН) на блокпосту при въезде в Москву - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
RF Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə şura Novosibirsk vilayətinin qəsəbəsində19 yaşlı gəncin polisin təsadüfi atəşindən sonra həlak olması ilə bağlı yaranmış vəziyyəti nəzarətdə saxlayır.

Avtomüfəttiş barəsində cinayət işi Rusiya İstintaq Komitəsinin (RİK) Novosibirsk vilayəti üzrə istintaq idarəsindən RİK-in mərkəzi aparatına verilib.

Səs-küylü insident mayın 28-də baş verib: YPX müfəttişi Aleksandr Qusev Moşkovo qəsəbəsi rayonundakı avtoyolda qanunu pozmuş 19 yaşlı azərbaycanlını saxlayarkən, müstəntiqlərin bildirdiklərinə əsasən, həmin şəxs öz yoldaşını polisdən qurtarmağa cəhd edəndə təsadüfən onun başına atəş açıb. İki gündən sonra Abdullayev xəstəxanada keçinib.

Polis nəfəri istintaq təcridxanasına aparılıb, onun barəsində səlahiyyətlərini aşmaqla əlaqədar cinayət işi açılıb. Cümə günü məlum olub ki, RF İK rəhbəri Aleksandr Bastrıkinin göstərişinə əsasən novosibirskli polis heç yerə çıxmamaq barədə iltizam verməkdə təcridxanadan azad edilib. O hələ də şübhəli statusundadır, bütün istintaq hərəkətləri davam etdirilir.

Həmçinin novosibirskli polislərə qarşı güc işlətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Məhz bu şəxslərlə qarşıdurma Abdullayevin həlak olmasına gətrib çıxarıb. Novosibirsk Mərkəzi rayon məhkəməsi tərəfindən şənbə günü 19 yaşlı Vəkil Abdullayevlə birlikdə olan və qanunu pozmaqda şübhəli bilinən iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Onların barəsində avqustun 4-dək həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Eləcə də oxuyun:

  •  Bakıda hakim arvadını qətlə yetirdi
  •  Sevgilisini qətlə yetirəndən sonra özünü güllələyən polis ölüb

Xəbər lenti
0