Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edəcək

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в режиме видеоконференции
Президент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в режиме видеоконференции - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
KİV-də gedən məlumata görə, Vladimir Putin forumun sessiyasındakı çıxışında dünya siyasətindəki və iqtisadiyyatındakı hazırkı vəziyyətdən danışacaq. Rusiya Federasiyası rəhbərinin çıxışının geniş həcmli olacağı gözlənilir.

BAKI, 4 iyun — Sputnik. Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edəcək

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak edəcək. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Rusiya liderinin tədbirə şəxsən qatılacağını bildirmişdi. Eyni zamanda qeyd etmişdi ki, prezident heç vaxt tamaşaçılardan birbaşa sualları qəbul etmir, bu işlə sessiyanın moderatoru məşğul olur. Bu dəfə moderator jurnalist Stas Natanzon olacaq.

KİV-də gedən məlumata görə, Vladimir Putin forumun sessiyasındakı çıxışında dünya siyasətindəki və iqtisadiyyatındakı hazırkı vəziyyətdən danışacaq. Rusiya Federasiyası rəhbərinin çıxışının geniş həcmli olacağı gözlənilir.

Ənənəvi olaraq Rusiya Prezidentinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı sosial-iqtisadi mövzulara, ölkənin iqtisadi inkişafı və investisiyaların cəlb edilməsinin vacibliyinə həsr olunur.

Qeyd edək ki, iyunun 2-si, çərşənbə günü Sankt-Peterburqda XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz fəaliyyətinə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İyunun 2-dən 6-na kimi davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edəcəklər. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır.

Daha sonra forumun gündəliyinə qlobal rəqəmsal platformalar dövründə çoxmədəniyyətli müxtəlifliyin qorunması, turizm sənayesi üçün yeni sərmayə və texnoloji imkanlar, beynəlxalq ticarət üçün rəqəmsal platformanın formalaşması məsələləri və bir çox digər aktual mövzular daxil ediləcək.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun tanıtım proqramı çərçivəsində hər il iri tədbirlər, biznes forumları və işgüzar dairələrin nümayəndələrinin görüşləri də keçirilir.

Xəbər lenti
0