Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Overçuk: "Azərbaycanda yollar möhtəşəm səviyyədədir, bunu orada olan hər kəs bilir"

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidПередача новых пассажирских вагонов Южно-Кавказской железной дороге
Передача новых пассажирских вагонов Южно-Кавказской железной дороге  - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq İqtisadiyyat Forumu çərçivəsində keçirilən müzakirə zamanı deyib ki, Azərbaycan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ərsəyə gəlməsi üçün çox iş görüb.

BAKI, 3 iyun - Sputnik. Azərbaycan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ərsəyə gəlməsi üçün çox iş görüb.

Sptunik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçuk Sankt-Peterburq İqtisadiyyat Forumu çərçivəsində keçirilən “Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı paneldə aparılan müzakirə zamanı deyib. 

"Azərbaycan daxilində yollar, dəmir yolları möhtəşəm səviyyədədir. Bir sözlə, nəqliyyat yollarını Azərbaycan inkişaf etdirib. Bunu Azərbaycanda olan hər kəs bilir. Təkcə dəmir və avtomobil yolları deyil, Azərbaycan Xəzər dənizində olan limanını da inkişaf etdirib. Bütün bunlar “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir”, - deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2021

İyunun 2-si, çərşənbə günü Sankt-Peterburqda XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz fəaliyyətinə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İyunun 2-dən 6-na kimi davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edəcəklər. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır.

Daha sonra forumun gündəliyinə qlobal rəqəmsal platformalar dövründə çoxmədəniyyətli müxtəlifliyin qorunması, turizm sənayesi üçün yeni sərmayə və texnoloji imkanlar, beynəlxalq ticarət üçün rəqəmsal platformanın formalaşması məsələləri və bir çox digər aktual mövzular daxil ediləcək.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun tanıtım proqramı çərçivəsində hər il iri tədbirlər, biznes forumları və işgüzar dairələrin nümayəndələrinin görüşləri də keçirilir.

Həmçinin oxuyun: 

* Zaxarova: "Xarici KİV-lərlə bağlı qanun "gözə göz, dişə diş" prinsipi ilə hazırlanmayıb

Xəbər lenti
0