Putinlə Lukaşenko Soçidə görüşdülər, lap əvvəldə isə Ryanair insidentini xatırladılar

35
(Yenilənib 23:22 28.05.2021)
"Sağ ol ki, gəlmisən. Danışdığımız kimi. Biz növbəti mərhələyə qədər bu barədə razılığa gəlmişdik...", - deyə Putin görüşün başlanğıcında bildirib. 

BAKI, 28 may - Sputnik. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə danışıqlar aparır. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya prezidenti hələ Ryanair-in təyyarəsi ilə bağlı insident yaşanmamışdan əvvəl belaruslu həmkarı ilə görüş barədə razılaşmışdı. 

"Sağ ol ki, gəlmisən. Danışdığımız kimi. Biz növbəti mərhələyə qədər bu barədə razılığa gəlmişdik...", - deyə Putin görüşün başlanğıcında bildirib. 

"Emosiyaların coşub-daşmasına qədər", - Lukaşenko əlavə edib.

"Bəli, emosiyaların coşub-daşmasına. Bizim bu hadisələr olmadan da danışmağa sözümüz var", - deyə Rusiya prezidenti bildirib.

Rusiya rəsmi mənbələri görüşün 3 saata yaxındır davam etdiyini bildirir.  

Ryanair təyyarəsi ilə bağlı insident

Ryanair aviaşirkətinin təyyarəsi mayın 27-də Belarus paytaxtındakı "Minsk" hava limanına eniş edib. Boeing 737-800 təyyarəsi Afinadan saat 10.29-da qalxıb, lakin Vilnüsə eniş etməyib. Təyyarə "Minsk" hava limanına eniş üçün müraciət edib. Səbəb təyyarənin göyərtəsinə mina qoyulması xəbəri olub. Daha sonra istehkamçılar təyyarəyə baxış keçiriblər.

Təyyarə ilə bağlı vəziyyət barədə Belarus Prezidenti Aleksandr Lukaşenkoya xəbər verilib və o, təyyarəni qəbul etmək əmrini verib. Təyyarəni müşayiət etmək üçün havaya MiQ-29 qırıcısı qaldırılıb.

Hadisə yerində DİN istehkam-pirotexniki qrupu və əməliyyat-istintaq qrupu işləyiblər. Partlayıcı vasitələr aşkar olunmayıb.

Təhlükə barədə yalan məlumat vermə faktı üzrə cinayət işi İstintaq komitəsinin Oktyabr rayonu (Minsk şəhəri) şöbəsi tərəfindən qaldırılıb.

Protaseviçin saxlanılması

Təyyarədə 100-dən artıq sərnişin olub.

Onların arasında Belarusda ekstremist sayılan Telegram kanalının yaradıcısı Roman Protaseviç də olub.

Ötən ilin noyabrında Belarus DTK kanalın yaradıcıları Stepan Putilo və Roman Protaseviçi terrorçuluğa aid şəxslər siyahısına daxil edib.

Onların barəsində Belarus Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb.

Məlumdur ki, ötən həftə DTK-nın terrorçuluğa aidiyyəti olan şəxslər sırasına daxil etdiyi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Afinada səfərdə olub. Mayın 13-də Tixanovskaya Yunanıstan Prezidenti Katerina Sakellaropullo ilə görüşüb. Tixanovskaya bir həftə əvvəl eyni reyslə Vilnüsə qayıdıb.

Həmçinin oxuyun:

Ryanair şirkətinin "başıbəlalı" təyyarəsi Vilnüsə çatıb

Lukaşenko: "İnsanları qorumaqla qanuna uyğun hərəkət etdim"

Minsk hava limanına təcili eniş və sonra baş verənlər: Nələr olur?

35

Ekspert Rusiyanın niyə dollardan imtina edə bilməyəcəyini izah edib

12
(Yenilənib 11:26 19.06.2021)
Mütəxəssisin fikrincə, dollardan tam imtina edə bilmək üçün ixracda neft əsas rollardan birini oynamamalıdır.

BAKI, 19 iyun - Sputnik. Rusiya tam olaraq ticari sövdələşmələrdə və qızıl-valyuta ehtiyatlarında dollardan imtina edə bilməz, çünki ixrac məhsullarından biri olan neft məhz bu valyutada kotirovka olunur. Bunu RİA Novosti ilə söhbətində Rusiyanın Analitik kredit reytinq agentliyinin rəhbəri Mixail Suxov deyib.

"ABŞ dollarının payının azalması qızıl-valyuta ehtiyatlarının ümumlikdə rezidentlərin öz ticari tərəfdaşları ilə hesablaşmalarla bağlı valyuta əməliyyatlarını əks etdirməsi baxımından düzgndür. ABŞ-ın Rusiya ilə ticarətdə ticari tərəfdaş kimi payı böyük deyil - 2018-ci ildə bütün ixracdan 3,2%", - Suxov qeyd edib.

Rusiyanın valyuta siyasətindəki dəyişikliklər

Rusiya Bankı 2020-ci ildə ölkənin beynəlxalq ehtiyatlarında avronun (29,2%), dolların (21,2%) və funt sterlinqin (6,3%) payını qızılın (23,3%), yuanın (12,8%) və digər valyutaların xeyrinə azaldıb. Dollardan kənarlaşma yalnız ehtiyatlarda deyil, ticarətdə də baş verir: dolların payı Rusiya ixracına görə hesablaşmalarda ötən ilin nəticələrinə əsasən tarixi minimuma düşüb - 55,8%, dördüncü rübün nəticələrində isə daha aşağıdır – 48,3%.

12
İki mühərrikli təyyarə, arxiv şəkli

Rusiyada təyyarə sərt eniş edib, ölənlər var

125
(Yenilənib 10:26 19.06.2021)
Kemerovo vilayətində “L-410” tipli təyyarənin sərt eniş etməsi pilotların və daha iki nəfərin ölümü ilə nəticələnib.

BAKI, 19 iyun — Sputnik. Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Ölənlərdən ikisi pilotdur. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Qəzaya təyyarənin mühərriklərindən birinin sıradan çıxması səbəb olub.

Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.

Hadisə Promışlennı rayonunun Juravlyovo kəndi ərazisində baş verib.

125

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

7
(Yenilənib 13:10 19.06.2021)
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

7