Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Sərhədlərimizdəki risklər yüksək hərbi hazırlıq tələb edir"

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
"Bütün qoşun növləri və bölmələri dünyanın aparıcı hərbi güclərinin hərbi strategiyasında və taktikasında izlənilə biləcək mövcud tendensiyaları tam nəzərə alaraq balanslı və sistematik şəkildə inkişaf etməlidir", - Rusiya prezidenti.

BAKI, 25 may — Sputnik. Çətin beynəlxalq vəziyyət və Rusiya sərhədləri yaxınlığında potensial risklər Rusiya Silahlı Qüvvələrindən yüksək hərbi hazırlıq tələb edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksi müəssisələrinin rəhbərlərinin görüşü zamanı bildirib.

"Çətin beynəxlaq vəziyyət, sərhədlərimizin yaxınlığında da olmaqla Rusiya hərbi təhlükəsizliyinə potensial risklər və təhdidlər, Rusiya Silahlı Qüvvələrindən daimi və yüksək hərbi hazırlıq tələb edir. Bütün qoşun növləri və bölmələri dünyanın aparıcı hərbi güclərinin hərbi strategiyasında və taktikasında izlənilə biləcək mövcud tendensiyaları tam nəzərə alaraq balanslı və sistematik şəkildə inkişaf etməlidir", - deyə Putin qeyd edib.

 

Xəbər lenti
0