Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: ilk qədim peşə elə diplomatiyadır

11
(Yenilənib 23:09 21.05.2021)
Diplomat "həmsöhbətinə qulaq asmalı və onu eşitməli, öz nöqteyi-nəzərini arqumentlərlə sübut etməyi bacarmalı və heç bir vəziyyətdə təmkini əldən verməməlidir.

BAKI, 21 may — Sputnik. Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov diplomatın hansı xüsusiyyətlərə malik olmalı olduğunu açıqlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, "Yeni bilik" marafonu çərçivəsində çıxış edən XİN rəhbəri eyhamla diplomatiyanı "ilk qədim peşə" adlandırıb.

"Qədim peşə - məhz diplomatiyadır, daha hansısa başqa peşə deyil. Çünki bütün qalan işlər üçün, insanlar arasında istənilən əlaqə üçün razılığa gəlmək lazımdır", – deyə Lavrov deyib.

XİN rəhbəri hesab edir ki, diplomat beynəlxalq proseslərin başa düşülməsi, "öz ölkəsinin beynəlxalq proseslərdə yerinin dərk edilməsi" ilə əlaqədar olan digər peşə sahibinin malik olduğu vərdişlərə sahib olmalıdır.

Daha sonra nazir diplomatın ən azı iki xarici dil bilməli və erudisiyaya malik olmalı olduğunu deyib.

Onun sözlərinə görə, diplomat "həmsöhbətinə qulaq asmalı və onu eşitməli, öz nöqteyi-nəzərini arqumentlərlə sübut etməyi bacarmalı və heç bir vəziyyətdə təmkini əldən verməməlidir".

Xatırladaq ki, Forum Moskvada işinə başlayıb, paralel olaraq Sankt-Peterburq, Soçi, Kazan, Nijni Novqorod, Novosibirsk və digər şəhərlərdə keçiriləcək.

11
Vladimir Putin

Bunlar dünya üçün təhdiddir Putin siyahını açıqladı

347
(Yenilənib 11:49 23.06.2021)
Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

BAKI, 23 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizlik üçün təhdidləri açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Putin kütləvi qırğın silahlarının yayılması risklərini, beynəlxalq kriminal, kibercinayətkarlıq və terrorizmi dünyaya təhdid adlandırıb.

"Regionda silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd kriminal qruplaşmaların, narkobiznes və kibercinayətkarlığın aktivliyi ciddi narahatlıq doğurur. Beynəlxalq terrorizm hələ də əsas təhdid olaraq qalır." - deyə Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciətində bildirib.

O, həmçinin bildirib ki, Rusiya öz xalqı üçün sülh və sabitliyi təmin etmək məqsədilə hər şeyi edəcək, öz Silahlı Qüvvələrini təkmilləşdirəcək, diplomatiyanın imkanlarından istifadə edəcək və bütün maraqlı tərəfdaşlarla dialoq aparacaq.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

347
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Rusiyanın Dağlıq Qarabağda nizamlanmaya töhfəsi həlledici olub"

2139
(Yenilənib 11:14 23.06.2021)
Rusiya sülhməramlıları etibarlı şəkildə regionda sülh və təhlükəsizliyi təmin edir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görürlər.

BAKI, 23 iyun — Sputnik. Rusiyanın Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanmasına töhfəsi həlledici olub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciəti zamanı deyib.

Putin vurğulayıb ki, Rusiya sülhməramlıları etibarlı şəkildə regionda sülh və təhlükəsizliyi təmin edir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görürlər.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik bir forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

2139
Teqlər:
Moskva, Vladimir Putin

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

0
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək.
İnfoqrafika: Azərbaycanda toyların keçirilməsinə icazə verildi
© Sputnik / Elnur Salayev

Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.

Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.

Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

0