Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kazandakı məktəbdən ilk kadrlar: ölən və yaralananların sayı artır - Video

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidСтрельба у школы в Казани
Стрельба у школы в Казани - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Kadlarda məktəbin sinif otaqlarının qapı və pəncərələrinin sındırıldığı, təhsil müəssisəsinə ciddi ziyan dəydiyi öz əksini tapıb. Hazırda hadisə yerində təcili yardım qrupları fəaliyyət göstərir.

BAKI, 11 may — Sputnik. Rusiya Federasiyası Tatarıstan respublikasının paytaxtı Kazan şəhərində iki yeniyetmə tərəfindən silahlı insidentin törədildiyi məktəbdən ilk kadrlar yayımlanıb. Kadlarda məktəbin sinif otaqlarının qapı və pəncərələrinin sındırıldığı, təhsil müəssisəsinə ciddi ziyan dəydiyi öz əksini tapıb.

Hazırda hadisə yerində təcili yardım qrupları fəaliyyət gösətir.

Qeyri-rəsmi məlumata əsasən, Kazandakı 175 nömrəli məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı13 nəfərə çatıb, daha 32 nəfər isə yaralanıb. Məktəblilərdən ikisi qorxudan üçüncü mərtəbədən özlərini aşağı ataraq xəsarət alıblar.

Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbdə naməlum şəxslər odlu silahdan ətrafa atəş açmağa başlayıblar. Daha sonra hadisə yerində partlayış səsi eşidilib.

Sonradan hadisənin bir gənc və bir yeniyetmə tərəfindən törədildiyi və onlardan birinin saxlanıldığı, digərinin isə zərərsizləşdirildiyi bildirilib. Artıq saxlanılan yeniyetmənin şəxsiyyəti müəyyənləşdirilib. Onun 19 yaşlı Qalyaviyev İlnaz olduğu bildirilir.

Baş vermiş hadisə ilə əlaqədar mayın 12-i Tatarısatanda matəm günü elan olunub. Həmin gün məktəblərdə dərslər də təxirə salınıb.

Xəbər lenti
0