* AZƏRBAYCAN *
Antoniu Quterreş, arxiv şəkli

BMT Baş katibi Putinlə onlayn danışıqlar aparmaq niyyətində olduğunu bəyan edib

17
(Yenilənib 10:42 11.05.2021)
Quterriş: "Mən Rusiya rəhbərliyi ilə hər keçirilən diskussiyaları aparmaq üçün Moskvaya səfər dəvətini aldım və onu sevinclə qəbul etdim".

BAKI, 11 may — Sputnik. BMT Baş katibi Antoniu Quterriş bəyan edib ki, 12-14 may tarixlərində Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə onlayn danışıqlar aparmaq niyyətindədir.

Daha öncə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, BMT Baş katibi ilə Rusiya XİN başçısının görüşü mayın 12-də Moskvada keçiriləcək.

"Mən Rusiya rəhbərliyi ilə hər keçirilən diskussiyaları aparmaq üçün Moskvaya səfər dəvətini aldım və onu sevinclə qəbul etdim", - Quterriş deyib.

BMT Baş katibi Rusiya prezidenti ilə görüşünün virtual formatda olacağını deyib.

"Lakin, əlbəttə… əgər Baş Assambleya canlı olaraq toplaşsa, mən prezident Putini Nyu-Yorkda qəbul etməkdən məmnun olardım", - o əlavə edib.

17
Teqlər:
Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, BMT-nin baş katibi Antonio Quttereş, Antoniu Quttereş, BMT
Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus Defender

Rusiya Britaniya gəmisinin hərəkəti ilə bağlı təhqiqata çağırır

23
(Yenilənib 19:08 23.06.2021)
Rusiya MN Britaniya gəmisinin Qara dənizdə təhlükəli hərəkətlərini BMT konvensiyalarının pozulması kimi dəyərləndirib.

BAKI, 23 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi (MN) Böyük Britaniyanı Qara dənizdə gəmi insidenti ilə bağlı təhqiqat aparmağa çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Rusiya MN bu gün Qara dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender" minadaşıyan gəmisinin təhlükəli hərəkətlərini BMT konvensiyalaırnın kobud şəkildə pozulması kimi qiymətləndirib.

Qara dənizdə insident

Bu gün Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender" tipli minadaşıyan gəminin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb. Sərhəd keşikçi gəmisi xəbərdarlıq atəşi açıb, Su-24M bombardmançı təyyarəsi isə xəbərdarlıq məqsədli bomba atıb.

23

Putinlə İlham Əliyev arasında telefon danışığı olub

977
(Yenilənib 19:04 23.06.2021)
Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyev arasında telefon söhbəti baş tutub.

BAKI, 23 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevlə Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlərin fəallaşmasını müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Qeyd olunur ki, prezidentlərin söhbəti Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

"2020-ci il 9 noyabr və 2021-ci 11 yanvar tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işlərin fəallaşmasına xüsusi diqqət ayrılıb", - xəbərdə bildirlir.

Azərbaycan prezidenti və Rusiya lideri telefon danışığı zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə olan qətiyyətlərini təsdiq ediblər.

"İkitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi zamanı Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə olan qətiyyətlərini təsdiq ediblər. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda deyilir.

Üçtərəfli bəyanat

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

977
Milli Məclisin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

0
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyinə 12 məsələ daxil edilib

BAKI, 23 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, iyun ayının 22-də Milli Məclisin növbədənkənar iclası keçirilib və 14 məsələ müzakirə edilib.

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

0