Vaşinqtonda Rusiya səfirliyi, arxiv şəkli

Zaxarova: ABŞ özünün Rusiyada konsulluq fəaliyyətini puç etdi

17
(Yenilənib 16:17 01.05.2021)
Aprelin ortalarında Vaşinqton Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq etdi. Eləcə də on rusiyalı diplomatı arzuolunmaz şəxs elan etdi.

BAKI, 30 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik-ə müsahibəsində bildirib ki, ABŞ özü Rusiyadakı konsulluq fəaliyyətini puç edib.

Bundan bir qədər öncə ABŞ səfirliyi rusiyalılara xidmət göstərilməsinin xeyli azaldılacağı barədə xəbərdarlıq edib - konsulluq xidmətləri yalnız amerikalılara və çox az sayda təcili hallarda rusiyalılara təqdim ediləcək.

"Bir neçə il ərzində ABŞ nəinki konsulluq sahəsində biabırçı vəziyyətdə işləyirdi, bütün konsulluq fəaliyyətlərini tamamilə heç etdi. Ancaq bunu özləri etdilər, Rusiya tərəfdən hansısa təsir tədbirləri olduğu barədə məlumatlarla pərdələndilər, ancaq bu, yalandır", - Zaxarova deyib.

"Diplomatın hansı istqamətdə işlədiyi: mədəniyyət, iqtisadiyyat və ya konsulluq məsələləri ilə məşğul olması barədə qərarı ölkə özü verir. Müvafiq olaraq, Moskva Vaşinqtonu konsul əməkdaşlarının sayını azaltmağa məcbur etməyib, məhz konsulluq istiqamətində diplomatların sayının azaldılması Vaşinqtonun qərarıdır", - o qeyd edib.

ABŞ-ın viza vermə sistemini üzbəüz müsahibələr və gözləmə müddətləri baxımından Zaxarova arxaik adlandırıb. Öz növbəsində, Rusiya özünün Amerikadakı səfirliyindəki əməkdaşlarının ölkədən çıxarılmasına rəğmən amerikalı vətəndaşlara 7-10 gün müddətində viza verməyə davam edir.

Aprelin ortalarında Vaşinqton Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq etdi. Eləcə də on rusiyalı diplomatı arzuolunmaz şəxs elan etdi. Moskva buna "güzgü" effekti ilə cavab verərək Dövlət Departamenti və digər dövlət qurumlarının nəzarətində olan amerika fond və QHT-lərin Rusiya ərazisində fəaliyyətinin dayandırıldığını elan etdi. 

Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müsahibəsinin tam mətnini bu gün Sputnik Azərbaycan saytında oxuyun.

17
Teqlər:
Mariya Zaxarova, diplomatiya, fəaliyyət, konsulluq, ABŞ, Rusiya

Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

844
(Yenilənib 16:21 17.05.2021)
"Rəsmi Moskva sərhədlərin demarkasiya məsələsində Azərbaycan və Ermənistana yardım etməyə hazırdır".

BAKI, 17 may — Sputnik. Rəsmi Moskva sərhədlərin demarkasiya məsələsində Azərbaycan və Ermənistana yardım etməyə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya xarici işlər naziri Zəngəzurdakı (Sunik) vəziyyətə də toxunub.

O, qeyd edib ki, emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur.

“Orada heç bir atəş açılmayıb, heç bir qarşıdurma baş verməyib. Oturdular, sakitcə bu vəziyyəti necə həll edəcəyi barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər, razılaşma əldə edildi. Müntəzəm olmayan, lakin rahatlıqla tənzimlənən bu məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”, - deyə Lavrov Syerra-Leonenin xarici işlər naziri Devid Con Frensislə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir eyni zamanda bildirib ki, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasında Azərbaycan və Ermənistana yardım etməyə hazırdır: “Biz tərəflərə delimitasiya və demarkasiya işlərinə başlamağı təklif etmişik. Biz kartoqrafiya materialları və məsləhətləşmə xidmətləri təqdim etməklə onlara yardım etməyə hazırıq”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi sərhəddəki gərginliklə ilə bağlı bəyanatla çıxış edib.

"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır. 

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.

Həmçinin oxuyun:

Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

İlham Əliyev: Ermənistan tərəfi qeyri-adekvat reaksiya nümayiş etdirir

Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"

844
Nikol Paşinyan, arxiv şəkli

Məktub yetişmədi ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

730
(Yenilənib 14:51 17.05.2021)
Ötən həftə Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə bildirib ki, Sünikdə vəziyyətlə bağlı Putinə məktub yazaraq ondan kömək istəyib.

BAKI, 17 may — Sputnik. Rəsmi Moskva Bakı və Yerevanla daimi təmasdadır, Ermənistan və Azərbaycan sərhədində gərginliyi aradan qaldırmaq üçün səylər göstərir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfi daimi təmasdadır. Biz, həmçinin Bakı ilə də daimi təmasdayıq. Prezident üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativsizliyin sadiq tərəfdarıdır. İndi gərginliyi aradan qaldırmaq və vəziyyəti düzəltmək üçün güclü səylər göstərilir", - deyə Peskov jurnalistlərə bildirib.

"Rusiya Prezidenti Paşinyanın məktubunu alıbmı?" sualına Kreml təmsilçisi cavab verməyə çətinlik çəkib: "Mən sizə dəqiq deyə bilmərəm, lakin təbii ki, bütün bu məsələlər ikitərəfli əlaqələr zamanı müzakirə olunub".

Qeyd edək ki, ötən həftə Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə bildirib ki, Zəngəzur (Sünik) vilayətində Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə məktub yazaraq ondan kömək istəyib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanatla çıxış edib.

"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır. 

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.

Həmçinin oxuyun:

Putinlə Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi

730
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

0
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

0
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi