Entoni Blinken, arxiv şəkli

ABŞ dövlət katibi Rusiya ilə dialoq üçün şərtini açıqladı

41
(Yenilənib 12:04 28.04.2021)
Prezident (Co Bayden – red.)... aydın şəkildə dedi ki, əgər Rusiya aqressiv və düşüncəsiz addımlar atarsa, biz cavab verəcəyik.

BAKI, 28 aprel — Sputnik. Əgər Moskva tərəfindən gərginlik olmazsa, Birləşmiş Ştatlarla Rusiya arasında bir sıra məsələlər üzrə danışıqlar mümkündür. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib. 

"Prezident (Co Bayden – red.)... aydın şəkildə dedi ki, əgər Rusiya aqressiv və düşüncəsiz addımlar atarsa, biz cavab verəcəyik. O, həmçinin dedi ki, biz daha sabit, proqnozlaşdırıla bilən münasibətlərə üstünlük verərdik, lakin son nəticədə bu, cənab Putindən asılıdır", - deyə Blinken qeyd edib.

Dövlət katibi əlavə edib ki, əgər Rusiya eskalasiyadan imtina edərsə, onda ABŞ onunla ümumi maraq kəsb edən məsələlər, məsələn, strateji sabitlik üzrə işləyə biləcək.

41
Teqlər:
şərt, dialoq, ABŞ, Rusiya
Robot süni intellekt barədə danışır, arxiv şəkli

Robot müəllim uşaqlara dərs keçəcək

7
Uşaqlar müxtəlif faydalı tapşırıqları yerinə yetirə bilən robotları proqramlaşdıracaq, həmçinin üz tanınması və insanlarla robotların ünsiyyəti prosesi ilə tanış olacaqlar.

BAKI, 18 may — Sputnik. Rusiyanın Yamal-Nen Muxtar dairəsindəki gimnaziyalardan birində robot müəllim məktəblilərə dərs deyəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, robot eyni zamanda bir neçə fəndən dərs deyə biləcək.

"Robot məktəblilərə bir neçə fəndən dərs deyəcək və eyni zamanda "canlı" laboratoriya stendi olacaq", - deyə "Promobot" şirkətinin məlumatında deyilir.

Bundan əlavə Labıtnanqi şəhərinin gimnaziyasında məktəblilərin servis robototexnikasını öyrənmək imkanı da olacaq. Burada uşaqlar müxtəlif faydalı tapşırıqları yerinə yetirə bilən robotları proqramlaşdıracaqlar. Uşaqlar həmçinin üz tanınması və insanlarla robotların ünsiyyəti prosesi ilə tanış olacaqlar.

Bir müddət əvvəl "Rusiya Poçtu" "Boston Dynamics" şirkətinin istehsalı olan "Stretch" markalı robot-yükləyicini Novosibirsk logistika mərkəzində sınaqdan çıxarmaq niyyətini açıqlayıb. Həmin robotun istifadəsi sutka ərzində 1,5 milyon bağlamanın avtomatik çeşidlənməsinə imkan verəcək.

7
Əldə telefon, arxiv şəkli

Rusiyada COVID-19-un aşkar edilməsi üçün mobil tətbiq işə salınıb

5
(Yenilənib 20:46 18.05.2021)
Bu günə qədər mobil tətbiqə COVID-19 pasiyentlərinin 3000-ə qədər şəxssizləşdirilmiş səs yazısı inteqrasiya olunub və hazırda onun dəqiqliyi 82%-ə çatıb

BAKI, 18 may — Sputnik. Cari ilin yanvar ayında "Sberbank" mütəxəssisləri bir dəqiqə ərzində nəfəs və öskürək əsasında koronavirusun aşkar edilməsi üçün mobil tətbiqi istifadəyə veriblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırlanmış alqoritmi artıq "Google Play" və "App Store" platformasından yükləmək mümkündür, lakin yeni tətbiq diaqnostik test deyil.

""Sberbank"-ın süni intellekt laboratoriyası bankın ekosisteminə daxil olan "SberMedİİ" ilə birlikdə nəfəs və öskürək səsini təhlil edərək insanda COVID-19-a xas əlamətlərin olub-olmadığını müəyyən edən "AI Resp" tətbiqini hazırlayıb", - deyə bankın idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin bildirib.

Vedyaxin onu da deyib ki, yanvar ayında tətbiq işə salındıqdan bu günə qədər mobil tətbiqə COVID-19 pasiyentlərin 3000-ə qədər şəxssizləşdirilmiş səs yazısı inteqrasiya olunub və hazırda onun dəqiqliyi 82%-ə çatıb.

"Sberbank-ın süni intellekt laboratoriyasının artıq kifayət qədər yüksək texnoloji tibbi layihələr portfeli var. Belə ki, bizim işlərimiz süni intellekt əsasında elektron tibbi kartlardakı qeydlər əsasında diaqnoz qoymağa imkan verir və kompüter tomoqrafiyası şəkillərində pnevmoniyaya xas olan dəyişiklikləri aşkar edir. Hazırda biz həkimlərin işini asanlaşdıracaq və insan həyatını xilas edəcək silsilə qabaqcıl həllər üzərində işləyirik. "AI Resp" də bu cür perspektiv həllərdən biridir", - deyə sədr müavini bildirib.

5

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35