Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya Ukrayna səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi

26
Bundan öncə Rusiya Ukraynanın Sankt-Peterburqdakı konsulu Vasili Pokotilonu ölkədən çıxarmışdı. FTB-nin məlumatına görə, onu rusiyalı bir şəxsdən məxfi xarakterli informasiya alarkən saxlamışdılar.

BAKI, 26 aprel - Sputnik. Rusiya Ukraynanın Moskvadakı səfirliyinin əməkdaşını persona non-qrata elan edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

"Ukrayna tərəfinə xəbərdarlıq edilib ki, Rusiyanın Ukraynadakı diplomatik və konsul nümayəndəliklərinin əməkdaşlarına qarşı düşmən hərəkətlər davam edərsə, qarşılıqlı əsasda Ukraynanın səfirliyinin, baş konsulluq və digər konsulluqlarının personalı barəsində əlavə tədbirlər görüləcək", - XİN-in bəyanatında deyilir.

Bundan öncə Rusiya Ukraynanın Sankt-Peterburqdakı konsulu Vasili Pokotilonu ölkədən çıxarmışdı. FTB-nin məlumatına görə, onu rusiyalı bir şəxsdən məxfi xarakterli informasiya alarkən saxlamışdılar.

Buna cavabında Ukrayna hökuməti etirazımı bildirərək Rusiyanın Kiyevdəki diplomatik missiyasının əməkdaşını persona non-qrata elan etmişdi. O, aprelin 21-də Rusiyaya qayıdıb.

26
Teqlər:
persona-non qrata, diplomat, Ukrayna, Rusiya XİN, Rusiya
Xankəndi, arxiv şəkli.

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

431
(Yenilənib 16:08 06.05.2021)
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

431
Teqlər:
sülhməramlılar, Rusiya, Njde
Qarabağda yol, arxiv şəkli

Lavrov "Zəngəzur dəhlizi" barədə: "Razılaşmaların alternativi yoxdur"

1300
(Yenilənib 14:39 06.05.2021)
Rusiya Xİn başçısı: Liderlərin üçtərəfli bəyanatı əsasında hazırlanan kommunikasiyaların blokdan çıxarılması mexanizmi qarşılıqlı səmərəli əsasda yalnız könüllü şəkildə həyata keçirilməni nəzərdə tutur.

BAKI, 6 may — Sputnik. Ermənistan paytaxtı Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizi barədə sualı cavablandırarkən qeyd edib ki, razılaşmanın alternativi yoxdur. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Rusiyalı nazir qeyd edib ki, Yerevan səfəri çərçivəsində erməni həmkarı ilə post-münaqişə dövründə bütün problemləri - iqtisadi, humanitar və digər məsələlər müzakirə edib. Liderlərin üçtərəfli bəyanatı əsasında hazırlanan kommunikasiyaların blokdan çıxarılması mexanizmi qarşılıqlı səmərəli əsasda yalnız könüllü şəkildə həyata keçirilməni nəzərdə tutur.

"Bu mexanizm heç bir halda iqtisadi əlaqələri tam şəkildə bərpa etməyə imkan verən diplomatik razılıq və qərardan başqa bir şeyi nəzərdə tutmur", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, üç liderin razılaşmasına zidd olan hər hansı bir məsələ, əlbəttə ki, razılaşdırılanlara alternativ olaraq qəbul edilə bilməz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

1300
Xalidə Bayramova

Xalidə Bayramova işdən çıxarıldı

0
(Yenilənib 17:50 06.05.2021)
Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb

BAKI, 6 may — Sputnik. Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

0