Rusiyada miqrantlar, arxiv şəkli

Rusiya Azərbaycana çağırış etdi - 120 min vətəndaşınızı qaytarmasanız...

1638
(Yenilənib 17:27 16.04.2021)
"Əgər prezidentin sərəncamında nəzərdə tutulduğu kimi, iyunun 15-dək bu rəqəmdən qurtulmasaq, onda bu insanlar qovulma və sərhədlərin bağlanması ilə cəzalandırılacaqlar".

BAKI, 16 aprel — Sputnik. Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu MDB-nin Parlamentlərarası Assambleyasında çıxışı zamanı Rusiyanın daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bildirib.

Nazir müavininin slaydda nümayiş etdirdiyi statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 mini, Qazaxıstanın 49 min vətəndaşı qeyri-qanuni Rusiyada yaşayır.

"Əgər prezidentin sərəncamında nəzərdə tutulduğu kimi, iyunun 15-dək bu rəqəmdən qurtulmasaq, onda bu insanlar qovulma və sərhədlərin bağlanması ilə cəzalandırılacaqlar. Mən istəyərdim ki, siz öz ölkənizdə KİV-lər, blogerlər vasitəsilə təbliğat işləri aparasınız", - deyə Qorovoy bildirib.

1638
Teqlər:
Azərbaycan, miqrant, DİN, Rusiya

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

399
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

399
Böyük Vətən Müharibəsi veteranının medalları, arxiv şəkli

Moskvada 4095 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır

121
(Yenilənib 09:18 09.05.2021)
2021-ci ildə Moskvada yaşayan bütün veteranlara verilməli olan birdəfəlik müavinətin həcmi 10 mindən 25 min rubla qədərdir.

BAKI, 9 may — Sputnik. Rusiya paytaxtında yaşayan Böyük Vətən müharibəsi veteranlarının sayı dəqiqləşdirilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Moskvada 4095 nəfər veteran yaşayır.

"Arxa cəbhə zəhmətkeşləri ilə birlikdə veteranların sayı 37351 nəfərdir", — deyə "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov "Telegram" kanalında bildirib.

Xatırladaq ki, 2021-ci ildə Moskvada yaşayan bütün veteranlara verilməli olan birdəfəlik müavinətin həcmi 10 mindən 25 min rubla qədərdir (təqribən 230-575 AZN).

Həmin müavinət veteranlara onların müharibə dövründə harada olmasından asılı olmayaraq veriləcək. Beləliklə, həmin müavinəti hazırda Moskvada rəsmi qeydiyyatda olan Leninqrad blokadası iştirakçıları da ala bilərlər.

Şəhər meriyasının qənaətinə görə isə, birdəfəlik maddi yardımı təqribən 83,2 min nəfər almalıdır.

121

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0