Vladimir Putin və Nikol Paşinyan görüş zamanı,  7 aprel 2021-ci il

Paşinyan: "Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu..."

499
(Yenilənib 23:54 07.04.2021)
"Bu əsasda mən ümid edirəm ki, bu gün sizinlə Dağlıq Qarabağda, onun ətrafında, Ermənistanda və ümumilikdə bizim regionda təhlükəsizlik sisteminin arxitekturasına olan baxışlarınızı müzakirə edəcəyik" - Paşinyan

BAKI, 7 aprel — Sputnik. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğu regionda sabitlik və təhlükəsizliyin vacib amilinə çevrilir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

"Təbii ki, hər şeydən öncə vurğulamaq istəyirik ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğu regionda sabitlik və təhlükəsizliyin vacib amilinə çevrilir. Bu əsasda mən ümid edirəm ki, bu gün sizinlə Dağlıq Qarabağda, onun ətrafında, Ermənistanda və ümumilikdə bizim regionda təhlükəsizlik sisteminin arxitekturasına olan baxışlarınızı müzakirə edəcəyik", - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

499
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

8
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

8
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu
Aleksey Navalnı, arxiv şəkli

Navalnını vərəm xəstəxanasında təkadamlıq kameraya saldılar

8
Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı.

BAKI, 20 aprel - Sputnik. "Hazırda sərt rejimli koloniyanın vərəm xəstəxanasının təkadamlıq kamerasında olan Aleksey Navalnı özü ona qlükoza köçürülməsinə razılıq verib". 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə onun vəkili Olqa Mixaylova jurnalistlərə deyib.

Moskvanın Simonov məhkəməsinin fevralda "İv Roşe" şirkəti üzrə işə görə şərti cəzanı ləğv edib 3.5 il ümumi rejimli koloniyada həbs cəzası kəsdiyi Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı. Olqa Mixaylova Navalnının durumu ilə əlaqədar bildirmişdi ki, onun ayaqları və kürəyi ağrıyır. Federal Cəzaların İcrası Xidməti (FCİX) müayinədən sonra Navalnının vəziyyətini stabil və qənaətbəxş adlandırmış və koloniyada bütün lazımi tibbi yardımı aldığını bildirmişdi.

Ötən həftə Vladimir vilayətinin FCİX-dən bildirmişdilər ki, Navalnını aprelin 5-dən 9-dək Pokrovdakı islah koloniyasının tibbi-sanitar bölməsində saxlayıb, sonra "səhhəti yaxşılaşdığından" geriyə, dəstəyə qaytarıblar. Bazar ertəsi isə həkimlər komissiyası Navalnının koloniyadan Vladimirdəki məhkumlar üçün vilayət xəstəxanasına köçürülməsinə qərar veriblər.

 

8
Teqlər:
kamera, vərəm, həbsxana, Rusiya, Aleksey Navalni
Manat, arxiv şəkli

Ünvanlı dövlət sosial yardımın ödəniləcəyi tarixi açıqlandı

0
(Yenilənib 10:31 21.04.2021)
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

BAKI, 21 aprel — Sputnik. Aprel ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, aprelin 23-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

0