Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Levitan adına müsabiqə beynəlxalq layihəyə çevrilir

© SputnikSkrin
Skrin - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
"Müsabiqəyə daxil olan işlər medianın hazırkı inkişaf tendensiyalarını mükəmməl şəkildə əks etdirir".

BAKI, 7 aprel — Sputnik. "Rossiya seqodnya" media qrupunun "Zəmanəmizin qəhrəmanları" adlı müsabiqəsi artıq beynəlxalq layihəyə çevrilir. Müsabiqəyə yalnız Rusiyadan deyil, Belarus, Qırğızıstan, Özbəkistandan da işlər daxil olmağa başlayıb. Daha çox iş "müəllif televiziya proqramı" və "videobloq" nominasiyaları üzrə təqdim olunub.

Ən yaxşı işlər "qısa-siyahı"ya (short-list) daxil ediləcək. Həmin siyahı iyunun 15-də layihənin internet səhifəsində yayımlanacaq. Müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən 24 iyun 2021-ci il tarixində onlayn-formatda keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

Jurnalistlər və blogerlər öz işlərini dörd nominasiya üzrə müsabiqəyə təqdim edə bilərlər: televiziya proqramı, müəllif radio proqramı, audio-podkast və video-bloq. Hər nominasiya üzrə mükafat fondu 80 min rubldur. Müraciətlərin qəbulu 5 may 2021-ci il tarixinə kimi layihənin ria.ru veb-səhifəsi vasitəsi ilə həyata keçirilir.

"Müsabiqəyə daxil olan işlər medianın hazırkı inkişaf tendensiyalarını mükəmməl şəkildə əks etdirir. Onların arasında videomaterialların çoxluğu bu formata tələbin yüksək olduğunu göstərir. Media buna uyğunlaşmalıdır, hətta qəzet və radiostansiyalar da", – deyə Sputnik rusdilli radioyayımının rəhbəri, müsabiqənin münsiflər heyətinin üzvü Aleksey Orlov bildirib.

Здание Международного информационного агентства Россия сегодня на Зубовском бульваре  после отключения подсветки в рамках экологической акции Час Земли в Москве.  - Sputnik Azərbaycan, 1920, 04.03.2021
RUSİYA
"Rossiya seqodnya" media qrupu jurnalistlər və blogerlər arasında müsabiqə elan etdi

Münsif, həmçinin qeyd edib ki, təqdim olunan əsərlər qiymətləndirilərkən mövzunun qəhrəmanları deyil, müəlliflərin jurnalist bacarığı, söhbət qurma, emosiyaları çatdırma, məsələyə yeni rakursdan yanaşma qabiliyyəti, eləcə də mövzunun tam şəkildə açılması, yazarın dilə nə dərəcədə hakim olması meyarları əsas götürüləcək.

Aleksey Orlov müəlliflərin hansı mövzulara toxunduğundan da danışıb: "COVID-19 pandemiyası kontekstində fədakarlıq, insanların bir-birinə əl tutması, yardım etməsi yeni davranış tendensiyası yaratdı və indi biz müsabiqəyə göndərilən əsərlərdə bunun təzahürünü görürük".

Onun fikrincə, göndərilən əsərlərdən hazırda insanların kimləri zəmanəmizin qəhrəmanı hesab etdiyi haqda tam təsəvvür yaranır: onlar adamları sudan və oddan xilas edir, nadir qoyun cinsləri yetişdirir, buğda əkir, ağır xəstəliklə mübarizədə təslim olmur və hətta eyni vəziyyətə düşənlərə də yardım edirlər.

Müsabiqəyə daxil olan oçerklərin və müsahibələrin qəhrəmanları arasında məşhur idmançılar, olimpiyaçılar, paralimpiyaçılar, məşqçilər yeni proqram və texnologiya yaradanlar, həyatını koronovirusla mübarizəyə həsr etmiş həkimlər və Tibb Universiteti tələbələri də var.

Təqdirəlayiq haldır ki, təkcə televiziya jurnalistləri deyil, blogerlər də dövlət adamları arasından özünə qəhrəman tapa biliblər. Müsabiqəyə ayrı-ayrı bölgələrdə insanların həyatını yaxşılığa doğru dəyişdirməyə və özü haqqında müsbət fikir yaratmağa nail olan regional turizm portalının gənc direktoru haqqında maraqlı teleoçerk də təqdim olunub. Teleoçerkdə qeyd olunur ki, o, kiçik qəsəbəni həm turistlər, həm də gənclər üçün maraqlı məkana çevirə bilib.

Bundan başqa, zəmanəmizin qəhrəmanları arasında zibilliklərin yerində eko-parklar yaradan, öz kəndinin inkişafı üçün çalışan, doğma diyarının azsaylı millətlərinin folklorunu toplayıb yaşadan insanlar da var.

Qeyd edək ki, "Rossiya seqodnya" media qrupunun müsabiqəsi ümumittifaq radiosunun əfsanəvi diktoru Yuri Levitanın adını daşıyır. Sovet İttifaqının bir neçə nəsli onun ecazkar səsinin təsiri altına böyüyüb. Levitanın adı insanların yaddaşında, ilk növbədə, "dövrün səsi", "qələbənin səsi" kimi qalıb. Levitanın adı gələndə onun Böyük Vətən müharibəsi dövründə bütün ölkəni əhatə edən radio şəbəkəsində oxuduğu Sovet İnformasiya Bürosunun cəbhə xəbərləri yada düşür.

"Zəmanəmizin Qəhrəmanları" müsabiqəsi "Rossiya seqodnya" media qrupunun Sovet İnformasiya Bürosunun 80 illik yubileyinə həsr etdiyi yubiley tədbirlərinin bir hissəsidir.

Sovet İnformasiya Bürosu Böyük Vətən müharibəsinin başlamasından iki gün sonra, 24 iyun 1941-ci ildə qurulub. Rusiyanın iki ən böyük beynəlxalq xəbər agentliyi – "Novosti" və "RİA Novosti"-"Rossiya seqodnya" beynəlxalq media qrupu da öz tarixini buradan götürür.

"Rossiya seqodnya" beynəlxalq media qrupunun əsas missiyası dünyada baş verən hadisələrin operativ və balanslı şəkildə işıqlandırılması, insanların əsas olaylara fərqli baxışlarla bağlı məlumatlandırılmasıdır. "Rossiya seqodnya" media qrupu bir sıra informasiya resurslarına malikdir: xaricdə - Sputnik beynəlxalq xəbər agentliyi və radiosu, Rusiyada – "RİA Novosti", "Praym", "InoSMI", "Ukraina.ru", Baltnews və TOK. "Rossiya seqodnya"nın xəbərlərini mətbuat xidmətinin "Zubovski, 4" teleqram kanalı vasitəsilə də izləmək olar.

Xəbər lenti
0